Mən Pakistan deyiləm atom bombamla fəxr edim. Mən Amerika deyiləm gücümlə, hakimiyyətimlə digərlərini boyun əydirim. Mən Rusiya deyiləm generallarımla, ordumla qürurlanım. Mən Ermənistan deyiləm başqasının malına göz dikim. Mən şəhid deyiləm bir parka torpağa görə keçmişimi boşa verib gələcəyimin üstünnən xətt çəkəm. mən mücahid deyiləm həyatımı nəyinsə uğrunda qurban verim. Mən mürşid deyiləın insanları arxamca aparım. Mən mürid deyiləm kiminsə arxasınca gedim. Mən Kant deyiləm tanrı yoxdu deyim. Mən Coelho deyiləm tanrının olduğunu iddia edim. Mən Məcnun deyiləm sevgiylə ömrümü çürüdüm. Mən Nitşe deyiləm sevgi yoxdur deyim. Mən sudanlı deyiləm acınnan ölüm. Mən Rockfeller deyiləm ölülərin puluyla dünyanı ələ keçirim. Üzeyir deyiləm insanların qulağını ağrıdım. Motsart deyiləm kiminsə zövqünü oxşamaq üçün simfoniya bəstələyim. Məhlə uşağı deyiləm hər mənasız şeyə görə “söhbət” eliyim. Mən modern gədə deyiləm hər diyilən sözü peysərə atım. Ruski yazıçnı deyiləm. Tureçski priçoska sahibi də deyiləm. Avropa geyim tərzinə də sahib deyiləm. Milliyyətçi deyiləm milli dəyərlərlə nəfəs alım. Şərəfsiz deyiləm millətimi alçaldanlara baxıb hırıldıyım. Radikal deyiləm hamiıya din soxum. Tolerant deyiləm dəyərlərimə hörmət eləmiyənlərə bir söz demiyim. Communist deyiləm hər kəs bərabər yaşasın deyim. Capitalist deyiləm insanlararsı təbəqələşmənin dərinləşməsinin tərəfdarı olum. Filosof deyiləm kimlərəsə öz əndrəbadi fikirlərimi deyim. Kimlərinsə həyatı dəyişsin deyə fırranıb fırranıb eyni yerə gələcək mövzularda qıçımnan mülahizələr uydurum. Dindar deyiləm ona qarşı gələn hər şeyi mənasız sayıb maraq dairəmdən çıxarım. Təkamülçü deyiləm ömrümü nəyisə isbat eləməkçün həyatımı fosillərnən keçirəm. yaxşı oxuyan deyiləm əlaçı çıxım. Avara deyiləm çayxanalardan çıxmıyım. Ata deyiləm övlad qayğısı çəkim. Övlad deyiləm ata qayğısı gözləyim. Papa Carlo deyiləm hər kəsin problemini həll edim. Saturnus deyiləm öz qaranlıq dünyama qapılıb hər şeyi unudum. Metallica deyiləm heç nəyi vecimə almıyıb kefnən yaşıyım. Isa deyiləm dünyanın necə xilas olacağının yükünü çiyinlərimdə daşıyım. Rasist deyiləm irqlər fərqlidi deyim. Fresco deyiləm insanlar bərabərdi, eynidi deyim. Mən sən deyiləm facebook`da yatım. Mən sən deyiləm bütün maşınların detallarını bilim. Mən sən deyiləm telefonları əzbər tanıyım. Mən sən deyiləm 6 xarici dili təmiz bilim.Mən sən deyiləm bir anı belə boşa vermədən kitab oxuyum. Mən sən deyiləm bilmədiyim zibil qalmasın. Mən sən deyiləm bütün seriallardan xəbərim olsun. Mən sən deyiləm güclü məntiqim, sürətli düşünmə qabiliyyətim, yüksək intelektim olsun. Mən sən deyiləm nəyləsə fəxr etmək kimi məcburiyyətim olsun… fəxr eliyim…. Özümü yüksəkdə, fərqli hiss eliyim. Nəyləsə üstün olmağı özümə borc bilim…. Mən sən istiyən deyiləm yüksək əxlaq, tərbiyə, mədəniyyət çərçivəsində olum. Mən sən deyiləm ağzıma gələni danışıb yerimi bilməyim, hamıya söz atım. Mən sən istiyən deyiləm hər şeyi bilim, mən sən deyiləm heç nə bilməyim. Mən sən deyiləm insanlara gözlərim(!)ə görə qiymət verim. Mən sən deyiləm qulaqlarımla aldanım. Mən sən deyiləm başqalarının seçimlərinə görə onları ”aşağılayım”. Mən sən deyiləm mənim bəyəndiyim yaxşıdı, onnan yaxşısı yoxdu deyim.
Mən bunlar deyiləm. rahat buraxın məni. Tək buraxın. Özümlə baş başa….. bunların heç biri deyiləm. Mən insanam. Əgər insan dedikləri budursa, mən insan deyiləm….