Melanxolia
Posted by A-Psychosis | Posted on 8:49 AM
Ara sıra səssizliyin digər ucundan
yavaş yavaş yaxınlaşan və yaxınlaşdıqca artan maşın səsləri idi tənha
gecənin sükutunu pozan. Səsi artdığı kimi də səssizliyin digər ucuna getdikcə
azalırdı. Aylardı tərpənməyən o dirəklər idi onların yollarını işıqlandıran, öz
zəif, insanın bir müddət baxdıqca gözlərini ağrıdan, qüssə yağdıran
işıqlarıyla, saatlarla, heç fasiləsiz, davamlı...
Funeral-ın
səsi o qədər zəif idi ki, ətrafdakı hər şeyin səsini eşitmək olurdu, hətta o səs
təbiətin əhvalı ilə elə uyğunlaşmışdı ki, sanki hamısı bir simfoniyanın paralel
notlarıymış kimi...
Artıq
noyabr gəlmişdi. Hətta getməyə hazırlaşırdı... Amma bir yarpaq belə tərpənmirdi
ağaclarda... Göyün üzü qarma qarışıq... Elə bil insanlar da hiss etmişdi
bunu... Təbiətin ritminə uyğun rəqs edir, ona qarşı çıxmır, əksinə bir şey
etmirdilər...
Gecə
yarını keçmişdi...
Qəlbim
sığmırdı 4divarın içinə... Bir dəyişiklik ümidilə çıxdım evdən... Amma
görünür ümidim elə ümid olaraq
qalacaq...
Çünki
təbiət də yorğun və yuxusuz idi... Gecə də bezmişdi sanki hər axşam düşməkdən...
bezmişdi özündən əvvəl və sonra, hər gün qarşılaşdığı sərt, duyğusuz, gobud,
boz günlərdən...
Gecə də
susqun idi, küsgün idi... O da heç nə danışmaq istəmirdi, sadəcə susurdu. Qəlbini
qırmışdı uzaqdan gələn yad buludlar onun... Qapanmış özünə, gözləyir, səbr
edirdi, içini yeyə-yeyə...
Insanlar
da hiss etmişdi bunu sanki... Hətta külək, buludlar, maşınlar, işıqlar belə...
Külək
deməyə söz tapmır sadəcə sükut edirdi... küləyin dərk edə bilməyəcəyi qədər
böyük idi gecənin dərdi... İşıqlardan kədər yağırdı, buludlarsa dolmuş amma
ağlaya bilmirdi... İnsanlar da hər zamankı kimi deyildilər.. Hər zamankı tələskənlik
yoxdu üzərlərində, bir yorğunluq, bezmişlik, durğunluq amma....
əvvəlki izdihamı, səs küy, şənlik və gülüş səsləri
yerini tək tük dayanmış 2-3 nəfərlik qruplara və onların pıçıltılarına
vermişdi... Gülüşlərin yerinə sakit, təmkinli simalar gəlmişdi...
Maşınlar
da çox səs salmaq istəmir, sakitcə ordan keçib özünü hiss elətdirmədən
uzaqlaşmaq istəyirdilər, səssizcə...
Siqaretimin
son tüstüsü qalxor havaya aramla. Düşüncələrim də, hislərim də qarma qarışıq,
bir pişiyin oynadığı yumaq kimi, param parça, dolaşıq,zamanın belə düyünlərini
aça bilmədiyi...
Heç
kim anlamadı dərdini, bəlkə də heç kimə anlatmadı, belkə də kimsə anlamaq istəmədi
bu sükutun səbəbini, bəlkə kiminsə anlaya biləcəyini düşünmədi, ya da anlada
biləcəyini, sözlərə güvənmədi bəlkə də, kiminsə anlamağını istəmədi ya da anlaya biləcəyini gözləmədi...
Bəlkə də boğmaq istəmədi kimisə öz kədəriylə, heç kimə maraqlı olmayan, hər kəsin
unutduğu o gerçəklərin səbəb olduğu...
Bir dəfə
demişdi mənə... Demişdi ki ən ağır dərdin dərdini anlayanlanların olmamasıdı. Və
əlavə eləmişdi, heç kimdə günah görmürəm, deyə, təmkinlə, uzaqlara baxaraq,
sözlərə illər öncə güvənim itib, insanlar neynəsin... onda bildim onu
anlamaqçun sözlərdən vaz keçmək gərəkdiyini...