Məktublar Pt.1

Posted by Sximnik | Posted in | Posted on 12:28 PM

Məğlubların övladıyıq biz. Onlardan daha məğlubuq. Heç döyüşə başlamamış uduzmuşuq. Heç bir mübarizə görməmiş kürəyi yerə dəyənlərik. Rəqib nədi bilmədən, düşmən görmədən məğlub olanlarıq... Doğulmamış ölənlər... Ən güclülərik. Gücümüzü zəifliyimizdən alırıq. Məğlubiyyət bizə güc, inam verir. Sonda qalanların öndə gedənlətiyik. Həyatımız bitdikdən sonra atomar səviyyədə torpağa qarışıb kainatın bir parçasına çevrilib iyrənc varlığınızı davam etdirməyiniz üçün ilahi görəvimizə davam edəcəyik. Həyatımız bitdikdən sonra... heç başlamayan həyatımız. Biz öldükdən sonra var olanlarıq. Göyün üzərindəki qəhvəyi dənəciklər. Mövcudiyyətimizin məqsədi sadəcə bir gül yetişdirməkdir bizim. ən gözəl gülü bitirmək üçün yığışmışıq. ən gözəl gül ən çox peyin olan yerdə bitirmiş. O cındır tarixi qəhrəman, tarixin axışını dəyişəcək ağzı sperma qaynayan qəhbə... içəcək qanımızı, udacaq enerjimizi... 39cu gün gözünü açanlarıq biz. Dözmədi tanrı, 39cu gün üfürdü bizə ruhundan. Adəmdənn əvvəl yarananlarıq... çox gördü bizə sevinc yağışın. Sadəcə kədər qaldı bizə... 30gün yağıb bir ömür sürəcək kədər... ShamRain. Süni seçmədən artaqalanlarıq biz... hiperbolular... heç var olmayan divarlarla örtülü, darısqallıqda nəfəs alanlar. Divarlardan nəfəs alanlar... Ən güclülərik. Sizə məğlub olmuşuq. Sizin oğraş “insanlıq” anlayışıvıza. Ama özümüzə qalib gəlmişik. Qıra bilmədik divarlarınızı, amma dırnaqlarımızı itirdik, barmaqlarımızdan axıtdıq damla damla qanımızı. Siz böyüdükcə biz kiçildik, siz öldükcə biz dirildik. Siz nəfəs aldıqca biz öldük. Əzildik., sizin baxışlarınızın altında... yüdiz bitirdiz ömrümüzü... biz qorxmadıq mövcudiyyətimizin yox olmasından, sona çatmasından... heç başlamayacağından qorxduq... Bilmədik həzsiz, zövq almadan yaşamaq nədir. Heç dadını bilmədik. Və 39 günə yarandıq. Və var olmadıq heç, sadəcə mövcudiyyətimiz oldu... yaşlanmadıq... sonumuzu bildik ama unutduq. Cavabını bilə bilə suallara səhv cavab verdik. Kəsiləcəyimizi bilsək belə həyəcanlandıq nəticələri gözlərkən. Murdar olmadıq sizin kimi. Itirmədik səbəblərimizi, insanlığımızı... heç bataqlığa düşmədik... cığırla getdik... əl uzatdıq sizə, ama bizi də aparmaq istədiz... daşdan divrlar hördü qəlbimizə, qoyadız çırpınmağa... Hər şeyimizi aldız... kədəri və tanrının ilk bəxşişinni qoyduz arxanızca... bizim üçün... lazımsız bildiz... üz çevirdiz... lağ elədiz... halbuki var olma səbəbiniz idi. Wondering why the pain never deserted me The sadness sorrow bewilderness that never ends... My sweet nightmares end... And İ wake alone And İ hear the sound of raindrops On the windiwglass again... My sorrow rains And the sky falls down To the oceans... Hər zaman alçaldıq, qoparıldıq, tapdalandıq. Ama dayandıq, köksümüzü sipər etdik. Dözdük, səbr etməyi öyrəndik... döyüşməyi öyrəndik, özümüzə qarşı... Antonius olmadıq, Antisfen olduq, Napoleon olmadıq, Krişnamurti olduq, Attikus olduq, Ömər olduq.. Müxtəlif zamanlarda zühur etdik. Antisfenlə, Diyogenlə, Ömərlə, Şəmslə, Mövlana ilə.... Sartrla, Celine ilə... Bardamu, Raskolnikov, Mışkin, Marseult, Turqut, Hikmət, Sürəyya, Sadık ilə.... Sonra qruplar şəklində zühur etdik.... adımıza Anathema, Saturnus,ShamRain, Wolverine, Draconian, Katatonia, Agalloch, Dark the Suns, The Howling Void dedilər... Acedia dedilər...

Lənət Olsun Sənə...

Posted by Sximnik | Posted in | Posted on 9:07 AM

Hamsı sənə görə oldu... tək səbəbkarı sənsən... sən alçaq... insani hissləri heç dərk eləməyən qəlbsiz məxluq.... sən oğraşın ucbatınnan oldu... bu nə əzabdı bu nə vəziyyətdi düşmüşəm. sən bivecə görə mən artıq `sevdiyim`ə nifrət eliyirəm... nə qədər olar axı? Nə taxtabaş adamsan sən... ay it balası sənə 100 dəfə demişəm ki bu telefonuva kontur al daaa... konturun yoxdu bu nə danışmaq sevgisidi baş qaldırıb səndə? Yoxdu konturun sox içivə deyəcəklərivi məni görəndə dinən də blət... bəsdi dəə... artıq sinir krizləri keçirirəm.. artıq sənin atdığın bu bakcell`in belə xəbəri olmayan vızıvlardan təngə gəldim artıq. Onların əlindən artıq hər dəfə ən sevmədiyim insan zəng edəndə belə ehvalım çox yaxşı olsun, ona gözəl əhvalla cavab verim deyə zəngə qoyduğum ən `sevdiyim` track`ə də nifrət edirəm. nə fikirləşirdim nə oldu... sənə görə.. sənə görə... düşünürdüm ki hər zəng gələndə şad olum ki yenə ən sevdiyim səs gəlir... ama indi o qədər sinirlərimə toxunub ki zəng gələndə lap `mozalan`ın gününə düşürəm. ən sevdiyim insan belə zəng edəndə ona ağır bir şəkildə yaşıma görə çooooxxx `incə` olan səsimlə `bağıraraq` `həəəə.. :@` deməkdən başqa çarəm qalmır... lənət olsun sənə...

İstəklərim sonsuzdur... Ama "sən" yetərsən...

Posted by Sximnik | Posted in | Posted on 1:01 PM

Yemək istiyirəm. mədəm partdıyana kimi... boğazımda tıxansın qalsın nefes ala bilmiyim... Qaçmaq istiyirəm.. miolin liflərindən nitrit turşusu ifraz olunub əzələ hüceyrələrinin qılaflarını dağıdanacan... damarda qanın sürəti artsın, ürək döyüntülərim tavana vursun, tab gətirmiyib partlasın... Piylənmək istiyirəm, ama nə qədər? bilmirəm.. hər bir qram piy hüceyrəsinə 40km kapilyar lazım imiş. Hesablamaq lazımdı.. o qədər piylənməliyəm ki ürək çatdırmıyıb diyansın. Qusmaq istiyirəm, o andaca mədə təzyiqi yetməsin, nəfəs borusunun klapanlarının bağlandığı vaxtda nə yuxarı qalxa bilsin nə geri qayıda bilsin.. Nəfəs almaq istiyirəm, elə dərindən ki alveollarım cırıq cırıq olsun o təzyiqdən.. Okeanın dibində canlıları araşdırmaq istiyirəm, araşdıran yerdə oksigen balonu deşilsin ya da nəbilim, şlanq cırılsın.. Kosmosa uçmaq istiyirəm, gəminin pəncərələrinin UNO məhlə uşaqları tərəfindən atılmış daş nəticəsində qırılması ümidilə.. Tasmaniyaya getmək istiyirəm, Qrant`ı xilas etməyə. O oğraş Ayrton`un gəmini batırması niyətiylə.. Üsyan etmək istiyirəm, doğrasınlar tikə tikə. Bidət eləmək istiyirəm soysunlar dərimi.. əllərimi kəssinlər, dırmaqlarımı çıxarsınlar, lezvalasınlar hər yerimi... dərimi yandırsınlar, sümüklərimi sındırsınlar.. tam xod`da Brutal Death`e qulaq asmaq istiyirəm kar olsun qulaqlarım. Bütün gün kompüterin qabağında oturum görməsin gözlərim.. bədənimi yara bassın istiyirəm, ciyərlərimə vərəm çöksün... istiyirəm fotosintez dayansın, çox demirəm bir sutkalıq... bütün beyin kapilyarlarımın partlayacağı qədər vaxt istiyirəm sadəcə. Oksigen çatışmazlığından hər hüceyrəmin gəbərib gedəcəyi qədər... xaricə getmək istiyirəm.. bəlkə bir təyyarə qəzasına düçdüm... yatmaq istiyirəm bir də oyanmamaq beklentisiyle... qazı yanıq qoymaq istiyirəm, düzdü bizdə o bəxt yoxdu ama yenə də birdən partdıyar fikriylə.. səni istiyirəm... tərəzinin bir tərəfində bu “istəklərim” bir tərəfində də sən...

Dosta Məktublar 6: "Humanizm" doğru kəlimə deyil, amma ilk ağla gələndir..

Posted by A-Psychosis | Posted in | Posted on 8:39 AM

   Yaz sonunu sevirəm daha çox, yox, payızı, payızı bəlkə də, hər nəisə, havanın sərinliyi ruhumda alışan istiliyi soyudub üz cizgilərimdəki gərginliyi yumşaltdığı üçün bəlkə də, bir rahatlıq dalğası, bir yüngülləşdirici duyğu seli vurur içimə.. Dünyada o qədər çirkli kömür birlikdə alışıb yanır ki, kirli tüstünü sinəsinə çəkmiş insanların baxışları tündləşir, iyrənc qoxan nəfəsləri burnumu qıcıqlandırır, bir çuxura yığılmış pox kütləsindən saçılan iyrənclik qədər ürəkbulandırıcı nəfəsləri.. Yağışı sevirəm, qardan daha çox, yağış yuyub aşkar edərkən gizlənənləri, qar qaraları örtüb bəyaz göstərər gözlərə. Ah, lənətə gəlmiş yağışın doldurduğu dərələrin gölməçələri, ölüm yatır oralarda, sənin ölümün, baxmaq istəməzsən yığılmış su kütləsinə, bənzərin düşər üzərinə, səni qətlə yetirmiş əkizin, hər şey eynidir, fərqli olan baxışların, gözlərinə təcavüz etmişlər sanki.. Dünyada o qədər plastik kütlə birlikdə alışıb yanır ki, soyuduqdan sonra insanların üzünə maska olur, əllərinə qandal, düşüncələrinə cəllad. Zorlayırlar beynimi götsifətli insanlar. Ha, bir də insanlıq eşqindən dəm vurub xeyirxahlıq damğası ilə dolaşan insanlar var, ki onlara həmişə söyləmək istədim: “insanlıq səni seçər, sən insanlığı seçməzsən!”..

Eşitmə...!

Posted by Sximnik | Posted in | Posted on 1:35 PM

Çıxartma o nauşnikleri qulağınnan... çıxartma... eşitmə bu oğraşdarın qeybətlərini. Etdikləri qəhbəlikləri, alçaqlıqlarını danışmalarını... lovğalıqlarını, başqalarını alçaltmalarını... kimisə xor görməklərini, lazımsız söhbətlərini, qızları analiz etmələrini, özlərini öymələrini, paltarlarını, maşınlarını, telefonlarını hardan aldıqlarını... lazım deyil eşitməyin onların panyatka söhbətlərini. Kimnən harda nə söhbət etdikləri, kimi harda necə yerində oturtmaqlarını, kimi necə sındırmaqlarını... Açma qulaqlarını... qoyma səni aldatsınlar... qoy birini maşın vursun, o biri yansın, o birisini bıçqlasınlar, o biri kömək istəsin.. lazım deyil... qoy eləcə də qalsınlar... açma qulaqlarını... qoyma qəlbinə kin, nifrət, şübhə salsınlar... qoyma ruhuna qara ləkə atsınlar... öyrənmə onlardan alçaqlıq, oğraşdıq, qız bişirmə, başqasının haqqını yemək, başqasına küfr etmək metodlarını... çixartma o nauşnikləri... eşitmə onların yalan vədlərini, boş “fəlsəfə”lərini, qıçlarınnan uydurduqları 1 aylıq xoşbəxtlik fəlsəfələrini, səviyyəsiz musiqilərini... Disarmonia Mundi`yə qulaq as, Norma Jean`ə qulaq as yaxşısı... Yalnızlıq ağır basanda Shamrain dinlə, bircə onları dinləmə... onları eşitmə... və əlinnən gələni elə... dinləmə onların yalan inanclarını, saxta tedris prosesini, beynini yumalarını... içiboş inkişaf, progress planlarını... eşitmə lənətə gəlmiş motor səslərini, metronun danqadurunqlarını, siqnal səslərini, şoferlərin söyüşməyini, qocalı cavanlı “məşğul, səviyyəli, komforta öyrenceli” basabasda tər iyniyən millətimizin lazımsız deyinmələrini.... Sən işində ol... Qulaq as Hurts`ın Unspoken`inə... ayrıl buralardan... qanadlan... ekstaza gir... bircə burdan uzaqlarda ol... bacardığın qədər...