Kitabdan Seçmələr 3: Adam Fawer - Empati (1-ci hissə)

Posted by A-Psychosis | Posted in , , | Posted on 2:24 AM

"Deyingən bloqda kitablardan seçmələri paylaşmağa davam edirik. Məqsəd kitab oxumayanlarda həvəs oyatmaq, və oxumaq istəyənlərə maraqlı kitab seçimində yardım etmək. Seçmələr kitabın mövzusunu tam əhatə etməsə də, nisbətən nədən bəhs edildiyini anlamağınıza kömək olur. "Ehtimalsız" kitabı ilə məşhur olan A.Favver-in "Empati" əsəri də öncəkindən geri qalmır, amma mənə görə digəri daha maraqlıdır. Empati - insanın duyğularını sezib qəbul edən, yönləndirən, demək olar ki, hər insanda var olan, amma nadir insanlarda daha da güclü bir vəziyyətdə olan bir cür "anormallıq"dır. Kitabı oxuduqca bu barədə daha ətraflı xəbərdar ola bilərsiniz. Yenə yazıçının ən evdiyim tərəfi bu əsərdə də üzə çıxır, sürprizlər və əsərin axıcılığı, sonrakı hadisələr üzərinə çoxlu ehtimallar formalaşır oxuyucunun beynində, və bu əsərin marağını daim yüksək səviyyədə tutur. Bir rejissor olsaydım film çəkməyə ilk öncə Favver kitablarından başlayardım deyə düşünürəm. Və "Ehtimalsız"da olduğu kimi "Empati" də elmi bilgilərlə doludur, xüsusilə tibb və insan anatomiyası, psixologiya üzərinə qiymətli bilgilər əldə edə biləcəyiniz kitabdır. Oxumağınız özünüzə verəcəyiniz mükafatdır!"

I.    Yaşamınızın idarəsi sizdə deyil. Elə olduğunu düşünə bilərsiniz, amma yanılırsınız. Əlbəttə öz qərarlarınızı özünüz verməkdə azadsınız. Bu kitabı oxumaya bilərsiniz. O stulda oturmağa davam edə bilərsiniz. Ya da gözlərinizi oymaq kimi dəlicə bir şey edə bilərsiniz. Nə istəyirsinizsə etməkdə azadsınız. Amma problem buradadır: Nə istəyəcəyinizi idarə edə bilməzsiniz. Hər davranışınızı öncədən müəyyənləşdirən arzularınız ruhunuzun dərinliklərinə o qədər işləmişdir ki, onlara diqqət belə etməzsiniz. Və bu da sizdən mükəmməl bir kölə yaradar. Bu səbəb üzündən yaşamağa davam edin. Nə istəyirsinizsə edin. Sadəcə istəklərinizin tamamilə sizin idarənizdə olmadığı gerçəyi üzərinə başınızı çox yormamağa çalışın.

II.    İllər boyunca insanların hisslərini gizlətməkdə də, ən az onları idarə etməkdə olduğu qədər çətinlik çəkdiyini öyrənmişdi. Və onun gerçəyi qəbul etməsinə izn verən də yaradılışdan gələn bu idarə əksikliyi idi. Çünki Elijah əksəriyyətin qəbul etməyi rədd etdiyi bir gerçəyi səmimi qəlbdən qəbul etmişdi: İnsanın əsl sahibi zehni deyil, bədəni idi. Schopenhauer nə demişdi? Der Mensch kann was er will; er kann aber nicht ıvollen was er ıvill. İnsan istədiyini edə bilər, amma nə istədiyini istəyə bilməz. Elijah başını salladı. Doğru idi bu. Bədən arzuları idarə edirdi, arzular da iradəni. Başqa hər şey boş idi, şüuru aldadıb, bir kölədən fərqli olduğuna inandıran fakt bəlli idi.


III.    Hər zamankı itaətliliyi ilə otağa girən VVinter atasının yanına oturdu, amma onun lotus duruşunu təqlid etməyə çalışmadı, elə oturmaq ayaqlarını ağrıdırdı. Bir müddət heç nə söyləmədi, taxtadan düzəldilmiş uzun tüstüləyən çubuqları seyr edib, şirin və kəskin qoxunu içinə çəkdi. “Buddistlər niyə tüstüləyən çubuqlar yandırırlar, ata?” Atası güldü, gülüncə gözlərinin və ağzının kənarındakı dəri büzüldü: “Əslində çox səbəb var, amma əsl səbəb səni təəccübləndirə bilər.” “Nədir o?” Atasının hekayələrini hər zaman həyəcanla dinləyən VVinter önə doğru əyildi. “İki min il öncə Budda Sidatra Gautama bir ayin verirdi. Ayinin ortasına doğru keşişlərdən birini ağcaqanad sancdı. Müqəddəs insan düşünmədən vurub ağcaqanadı öldürdü. Sonra qan bulaşmış ovucuna baxıb dəhşətə gəldi, Buddanın önündə cinayət etmişdi. Ayindən sonra müdrik insan olan Gautama problemin həll yolunu tapdı: Tüstü.” “Anlamadım” dedi VVinter təəccüblənərək. “Böcəklər tüstünü sevmir. Tüstü ağcaqanadları yaxınlaşmağa qoymadığından bu həm konsentrasiyanı artıracaqdı, həm də lazımsız cinayətlərə maneə olacaqdı.” “Yəni buddistlər tüstüdən böcəkləri uzaqlaşdırmaq üçünmü istifadə edirlər?” “Bu ənənə belə başladı, amma keçən iki min il boyunca inkişaf etdi, dəyişildi. İndi tüstü bir çox səbəbdən dolayı istifadə edilir. Xoş olmayan qoxuları maskalamaq, meditasiya seanslarının müddətini müəyyən etmək, Buddaya əhd etmək, ya da otağı arıtmaq üçün.” “Otağa nə olub ki?” “Heç nə. Amma əgər eh-i enerjini kainatla tarazlamaq istəyirsənsə saf olmalıdır.” “Bruce Lee filmlərində ch-idən bəhs edirlər. O bizim yaşam gücümüz, elə deyilmi ata?” “Tam olaraq deyil. Buddistlər kainatdakı hər şeyin daimi olaraq dəyişdiyinə, həm də bir-biri ilə əlaqəli olduğuna inanırlar. Qədim filosoflar maddənı açıqlamağa çalışarkən onun iki özəlliyi olması gərəkdiyinə qərar verdilər: görünməzlik və hərəkət. İndi ətrafımızdakı hər şey bu özəlliklərə sahibmi?” VVinter bir anlıq düşündü, sonra çiyinlərini silkələdi. “Sənə bir ipucu verim.” Atası dodaqlarını büzdü və qulağına həfif üflədi. VVinter güldü. “Hava!” deyə bağırdı kiçik qız. “Doğru. Ch-inin anlamı budur: ‘hava’ və ya ‘nəfəs’.” “Amma onda niyə Enter the Dragon-da çh-inin insanın yaşam gücü olduğunu söyləyirlər?” “Çox fərqli növ eh-i vardır. Yaşam gücü kimi olan şəxsi eh-i var, amma universal eh-i də ən az onun qədər önəmlidir. Zehin, bədən və ruh olaraq sağlam olmaq üçün kainatla uyğun şəkildə yaşamalısan.” “Bunu necə edə bilərik?” “Kainatla birlikdə özünün də dəyişməsinə izn verərək. Amma diqqətli olmalısan, çox az ya da həddindən artıq dəyişiklik tarazlığın pozulmasına gətirib çıxarar, bu da səni xəstə edə bilər.” “Yəni kainatla tarazlıqda qaldığın müddətcə sağlammı olursan?” “Öz içində də tarazlıqda olmalısan. Yin və yang-ın mütləq bərabər olmalıdır.” VVinter divardakı ağ-qara dairəni göstərdi. Simvol ona hər zaman iki qurbağa balasını xatırladırdı. “Bu dairəvi şeyin içimdə olduğunumu söyləmək istəyirsən?” “Yox, Taijitu sadəcə bir rəsimdir, amma yin və yang-ı simvolizə edir.” “O zaman yin və yang nədir?” “Dünyadakı bütün canlılarda olan ilkəl qarşı güclərdir. Yin adətən belədir, üzgün, qaranlıq. Yang isə adətən atəş olaraq bilinir, xoşbəxtlik, aydınlıq, gündüzü bildirər. Gördüyün kimi hər şey tamamilə yin və yang deyil. Hər şey içində əksinin ən azından toxumunu saxlayır: Qış yaya çevrilir, yuxarı çıxan hər şey aşağı enmək məcburiyyətindədir. Bənzər şəkildə, yang olmazsa, yin də olmaz: eynilə isti olmadan soyuğun, aydınlıq olmadan qaranlığın olmayacağı kimi.” VVinter atasını iriləşmiş gözlərlə və tək bir söz qaçırmadan dinləyirdi. “İçimizdə həm yin-i, həm də yang-ı saxlayırıq. Ən qaranlıq gecədə belə ulduzlardan gələn işıq vardır. Amma yin, ya da yang artarsa, digəri azalmalıdır. Doğan günəşi gecəni qovar. Mükəmməl bir tarazlığa sahib olduğun zaman kainata uyğunlaşmış şəkildə olarsan. Buddist meditasiyanın çatmaq istədiyi şeylərdən biri də budur: Şəxsi ch-i ilə universal eh-i arasında mükəmməl tarazlıq.” “Sən bunun üçünmü tüstülətdin otağı, ata?” “Ah, yox”, Yu Han hüznlü bir şəkildə güldü, “Mən yalnızca qoxusundan xoşlanıram.”

IV.    Stevie arxasına söykəndi, ağzını açdı və yan masada oturan gənc cütlüyün diqqətini çəkəcək qədər gurultulu şəkildə gəyirdi. “Bilirsənmi” dedi gülərək, “Fransada gəyirmək aşpaza tərif sayılırmış.” “Sən Fransızlara nifrət edirsən.” “Doğrudur. Amma xarab bir saat belə gündə iki dəfə doğru zamanı göstərir.”

V.    “Mənə duyğuların necə işlədiyindən danışın.” Elijah insan içində danışmaqdan nifrət edərdi. Bunun bir imtahandan başqa bir şey olmadığını özünə xatırladaraq, diqqətini sadəcə asistant həkimə verməyə çalışdı. Və məsələ imtahan isə, bu işdə Elijah-dan yaxşısı yoxdur. Öskürərək boğazını həfifcə təmizlədi. “Qan təzyiqi, bağırsaqlardakı qabarıqlıq, dəri temperaturu, işıq, cinsi reaksiya və s. haqqında bilgilər beyinə göndərilir. Hipotalamus bu bilgiləri aclıq, susama, həzz, ağrı, cinsəl doyum, nifrət kimi duyğulara çevirir. Sonradan bədənin qalan hissələrinə otonom sinir sistemi vasitəsilə əmrlər göndərir.” “OSS hansı üç hissədən ibarətdir?” “Sempatik, Parasempatik və Enterik.” “Bunların xüsusiyyətləri nədir?” “Sempatik sistem vücudu təhlükəyə qarşı hazırlayan (qaç) ya da (döyüş) refleksini hərəkətə gətirir. Göz bəbəklərini böyüdür, göz qapaqlarını açır, tər vəzilərini oyandırır, qan dövranını artırmaq üçün böyük əzələlərdəki qan damarlarını açır, qan təzyiqini yüksəltmək üçün digər damarları büzür, ürək döyüntüsünü sürətləndirir, ağciyərlərdəki bronxial balonları açır. Eyni zamanda epinefrin ifrazı üçün adrenalin vəzilərini tətikləyir.” Reaksiya gözləyərək bir an üçün dayandı, gəlməyincə davam etdi: “Parasempatik sistem isə tam tərsini edir. Göz bəbəklərini kiçildir, tüpürcək vəzilərini tətikləyir, mədə ifrazını oyandırır, bağırsaqları hərəkətə keçirir, bronxial balonları büzür və ürək döyüntülərini yavaşladır.” “Bəs enterik sinir sistemi?” “Mədə fəaliyyətini nizamlayır” dedi Elijah, sonra da söyləmək olduğu sözdəki ironiyanı düşünərək bir an durdu. “Bu da sinirli olduğunuz zaman mədə bulantısı hiss etmənizə səbəb olur.”