Mən O idim,"Mən" deyə bilmədiyim O..İnsanlıq!

Posted by A-Psychosis | Posted in | Posted on 12:49 PM

Parkda yenə “solğun mavi”də oturdu O.”Sirdaş”ın yarpaqlarından saralmış “solğun mavi”,əyriayaq dostu köhnə skamyada..Yorğun gözləri ilə “sirdaş”a baxdı,yaxın dostu qoca ağaca,”dostum,qocalırsan,saçların tökülür,üzün də xeyli qırışmış” dedi içindən,-“havamız kirli,nəfəs almaq çətin,bir az oksigenindən ver dostum..”,gözlərini yumdu və susdu bir müddət əlində toxunuş hiss edənədək,tərpənmədi,qulaqlarında “yardım edin,xilas edin” səsləri cingildədi,göz qapaqlarını ağırca araladı,ətrafında dağıntılar,qarşısında bir ayağı qopmuş uşaq və palçıqlı ayaqqabılarının batdığı qan gölməçəsi,dondu hissləri,ətrafına ağır qaranlıq çökdü,günəş tutulması kimi bir şey,sözlərlə ifadə edə bilmədiyi qaranlıq..Bir anlıq dərin ağrı titrətdi içini,”solğun mavi”yə yığışıb qaldı eləcə,solğun səmanı və xəstə axan suları xatırladan dostuna sığındı yenə..Oyandığında piano qarşısında idi zəif gövdəsi,qulaq batırıcı alqışlar ucalırdı,çirk örtmüş üzlərini seçə bilmədiyi yaşıl geyimli camaat ətrafında..Bir pianoya baxdı,bir ona “qəribə sevgi” ilə baxan gözlərə.Romandan bir hissə xatırladı,-“Piano çala bilməyi çox istərdim,sözlərlə ifadə etməyi bacarmadığım duyğularımı,ağrılarımı dillərinə tökərdim.Bəzən şiddətli,bəzən yavaş toxunardım onlara.Bəlkə də necə incə özəllikləri vardır o toxunuşların.Sözləri daha öncə elə pis istifadə etdim ki,korlayar deyə qorxdum hisslərimə toxunarsa.Səslərin başqa cür toxunulmazlığı var..”,-keçdi ağlından.Nəticəsini bilməsə də dillərə toxunmaq eşqi oyandı içində birdən,qərarsızcasına ilk toxunuşu etdi həmişəki kimi,elə o anda yaşıl camaat tərəfdə partlayış..Dizləri üzərinə çökdü O,yenə məhv etmişdi qərarsız addımı ilə ətrafını,o “yaşılları”,dəyərli yaşılları..Başını qaldırdığında əzabları ilə qarşılaşmalı oldu,güzgülü otaqda idi bu dəfə,özünü məhv edirdi hər baxışı,hər dəfə varlığındakı yoxluğunu seyr edirdi,gözəl şeylərin yoxluğunu,çirkinləşirdi hər baxdığında o parıltılı güzgülərə,hüceyrələri parçalanıb yox olurdu otaqda,soyuq sakitlikdə üşüdüyünü hiss edirdi,üzərinə tökülən “yaşıllar”ın qoxusu ürəyini bulandırırdı..Birdən ətrafındakı hər şey tündlüyünü itirərək şəffaflaşdı,yerini sonsuz boşluq aldı,içini boş,həcmsiz müstəvidən fərqsiz hiss eməyə başladı.Uzaqdakı tabut və ona doğru qaçan biri çəkdi diqqətini...O tabutun önündə idi,özünü itirmişdi,baxışları heç bu qədər canlı olmamışdı,zəif bədəni heç bu qədər əsməmişdi.Tabutda O uzanmışdı,ölmüşdü(?!),üzərində müxtəlif cür silahlar,qanlı bayraqlar və ayıra bilmədiyi üzü naxışlı dini kitablar səpələnmişdi.Gözləri dolmuşdu,çarəsiz idi peşmanlıqları önündə,hər hüceyrəsinin ağrısını,sancısını hiss edirdi,hər bir hüceyrəsi ona hökm etmək istəyirdi.Nəhayət O,susqun vəziyyətini pozmağa cəhd etdi,quru dodaqlarının arasından pıçıldadı: “Mən O idim,mən deyə bilmədiyim O,...İnsanlıq!”