PT.2: 3-Ə GİRİŞ

Posted by Sximnik | Posted in | Posted on 1:31 PM




Bəziləri bilmək istər ya yaşayaraq ya da düşünərək
Bəziləri axtarıb tapmaq
Bəziləri hiss etmək istər
Amma bəziləri var olduğunu nə bilər nə hiss edər…
Sevgini sadəcə azad insanlar hiss edər, digərləri sadəcə
onun kölgəsini görər…


… və birdən alovun səviyyəsinin artdığını hiss etdim. Artıq sinəmə çatanda ürəyimdə bir sancı hiss etdim. Dayanar dedim ama gözüm yandı… yerimdə dayana bilməyib ayağa qalxdım. əlimdə Filipp`in qılıncı olaydı da bu`nun başından vurub bədənini ikiyə ayıraydım. Yumruğum toppuz olardı da beynini dağıdardım. Ama… Yanından keçib onun arxasındakı pəncərəyə yaxınlaşdım. Bütün hirsimi pəncərədən çıxdım onu açanda… var gücümlə içimdəkiləri tüpürdüm. Yerə düşən ləkələrdən anladım divara vurduğum yumruğun ağrısını hiss etmədiyimi. Bəzən daha əhəmiyyətli işlər olan zaman beyin endorphin ifraz edir. Sinapslardan ağrı hissinin siqnalları keçmir onurğa beynindən baş beyninə… gözlərimi yerdəki qan ləkələrindən ayırıb başımı qaldırdığımda isə…
Ah Bardamu… !
Oradan keçən zaman başım dəmirə dəyməsin deyə başımı əyəndə zamanın nə olduğunu düşündüm. Düşündüm… hətda zamanın yükü altında əzildim… Mahiyyətini dərk etdim. Və bir gün 11 yaşımda çəkilmiş şəklimi görəndə. Və uşaqlıq şəklimdə gözlərimə baxanda. Bir həyat eşqi, sevgi, sevinc saçan gözlərimə. Və indi bir də indi güzgüdə gözlərimdəki kədəri görəndə anladım… - zaman.və əllərimə baxanda… Bir gün anasını qucaqlayan o kiçik, totuş-potuş əllər… Atasının əlindən tutub yolu keçən o uşağın əlləri. Bir gün insanları sevgiylə qucaqlayan o əllər indi hansısa qadının bədənində ehtirasla gəzişir…kimisə vurur, kimisə incidir, kimisə əzir. Və gözlərimi qaldırıb yuxarı baxanda… Beynimə nəzər salanda. O vaxtkı “öz beynim”lə indiki Bardamu`nun beyni, düşüncələri və həyat tərzi arasındakı uçurumları görəndə, anladım zamanın ihtişamını.bir gün barmaqlarımın ucu o dəmirə dəysin deyə tərləyib, nəfəsim kəsilənə kimi, əzələlərim yanana kimi hoppanmışdım. Ama indi başımı əyirəm dəyməsin deyə… və indi… ba hadisə, bu varlıq qarşımda durduğu bu anda… mənim onun arxasına keçdiyimi görüb o da fırlanan piano stolunu fırladıb düz gözlərimin içinə baxırdı. Yaşla dolu, işıl işıl, parlayan, qəmli, dünyanın yükünü içində daşıyan, içinə yığmış, özü ayrı bir dünya olan gözləriylə… hmm… və indi anladım zamanın qüdrətini. Və cəmiyyətin, insanların, ətrafın insana təsirini…
Nə oğraş, alçaq insanlığın əhatəsində yaşayırıq… bu gözəlliyin bu məsumiyyətin qarşısında necə laqeyd durmaq olar? Bu gözəl gözləri, heyranedici saçları…necə məhv etmək, görməzdən gəlmək olar?

T.B.C.

Adını qoymadım...

Posted by Sximnik | Posted in | Posted on 9:53 AM


Bu gün çox şey öyrəndim... Heç nə bilmədiyimi bilirdim, amma heç nə bilmədiyimi bilmədiyimi bilmirdim... Bu gün onu öyrəndim... “Heç kimi” özümnən çox sevməyəcəyimi düşünürdüm, amma hər şeyin mənim düşündüyüm kimi olmadığını öyrəndim. Hər şeyin mənasız olduğunu öyrəndim... “Onun” haqqında hər şeyi bildiyimi düşünürdüm amma belə olmadığını öyrəndim.. “Onun” mələk olmadığını bilirdim, amma pislik, aşşalık bir fahişə olduğunu öyrəndim.. Amma hər nə olursa olsun sevəcəm onu... Heç vaxt – nə olursa olsun unutmayacam səni...Sənnən nəfəs almışam həmişə də nəfəs almağımın tək səbəbi sən olacaqsan....
11.01.2010
..... ve dogum gunumde tesadufen bu yazi ile rastlasdim ve bir elave elemek istedim.....


SİKİM SENİN İCİVİ DE COLUVU DE!!! AMİNA QOYUM!!! FUCK YOU!!!

19.01.2011

Kitabdan Seçmələr 3: Adam Fawer - Empati (2-ci hissə)

Posted by A-Psychosis | Posted in , , | Posted on 5:44 AM

I.    “Neyronun nə olduğunu bilirsən, elə deyilmi?” Stevie “yox” anlamında başını salladı. “Neyron sinir hüceyrəsinin bəzəkli adıdır. Beynimizdə təxminən yüz milyard neyron vardır və bir-birləri ilə elektrik siqnalları vasitəsilə əlaqə saxlayırlar.” “Üç təməl neyron vardır. Aferent neyronlar toxuma və orqanlardan beyinə məlumat göndərir. Eferent neyronlar isə o məlumatı işləyib beyindən göndərilən siqnalları köçürür. Vasitəçi neyronlar da beyin və mərkəzi sinir sistemi içindəki əlaqəni təmin edir.” “Anladım.” “Yaxşı, 1996-da Giacomo Rizzolatti və Leonardo Fogassi adlı iki italyan elm adamı meymunların motor neyronlarını tədqiq edirdilər. Bir fasilə zamanı Fogassi bir bananı əlinə alınca, Rizzolatti meymunda hərəkət olmamasına rəğmən premotor korteksindəki bir neyron qəfəsinin atəşləndiyinə diqqət etdi. Normal olaraq neyronlar sadəcə bir hərəkət, hadisə əsnasında atəşlənir, amma o vəziyyətdə meymun hərəkəti gördüyü anda da atəşlənmişdi. Meymunun bananı əlinə alması ilə eyni şeyi elm adamının etdiyini görməsinin fərqi yox idi: hüceyrələr hər iki halda eyni reaksiyanı vermişdi. Rizzolatti bu hüceyrə qəfəslərinə “güzgü neyronlar” adını verdi.” “Qoy təxmin edim” dedi Stevie, “Bu güzgü neyronlar duyğuları da təqlid edirlər.” “Doğrudur. Biri ilə qarşılıqlı təsirə girdiyimiz zaman, o insanın davranışlarını müşahidə etməkdən daha artığını edirik. Beynimizdə onların hərəkət, təəssürat və duyğularının əksini yaradırıq, hərəkət edən, qəbul edən və hiss edən özümüzmüş kimi.” “Meymun gördü, meymun etdi” dedi Stevie. “Eynilə. Güzgü neyronlar, məsələn bir qolf taxtası ilə qarışıq hərəkətləri, sadəcə bir başqasının onları edişini seyr edərək etməyimizi təmin edir. Eyni zamanda duyğuları da göndərirlər ki, bir boksyora yumruq dəydiyi zaman olduğumuz yerdə təsirlənməyimizin də səbəbi budur, güzgü neyronlarımız o yumruğun bizə dəydiyi hissini verir.” “Ya da bir porno film seyr edərkən...” “Anladın” dedi Elijah onun sözünü kəsərək. “Hər nəisə... Elm adamları bizi digər heyvanlardan fərqləndirən şeyin beynimizdəki güzgü neyronların sayı olduğuna inanır, bəzi şeyləri öyrənməyimiz onların vasitəsilə mümkün olur. Alət istifadə etmək, söhbətləri anlamaq...” Elijah bir anlıq dayandı: “Və empati hiss etmək.”

II.    Christina dodaqlarını yaladı, ona doğru əyildi, atəşli və sərt şəkildə öpməyə başladı. Dilini ağzının içinə sürüşdürdü. Sərin və şokolad dadında idi. Amma altında bir istilik var idi: islaq və qaranlıq idi. Jill əlini yavaşca onun yanağında gəzdirdi, sonra boynunu oxşadı. Christina da onu özünə doğru çəkdi, bir əli ilə belini qucaqlarkən, digərini saçlarının arasında gəzdirdi. Sonra əli ayağı boyunca sürüşüb dizinə, oradan da gecəliyinin altına getdi. Oxşamalar yavaşca ayaqlarının arasına doğru çıxarkən Jill həzzdən partlayacağını zənn etdi. Bütün bədəni ürpərirdi. Sümükləri jele kimi olmuşdu. Zehni bütün düşüncələrdən təmizləndi və Christinanın ehtirasla titrəyən mavi arzusu onunkinə qarışdı. Bütün qorxuları yox olan Jill özünü buraxdı. Əlləri Christinanın üzündə və saçlarında dəlicə dolaşdıqdan sonra bədəninə sürüşdü. Gecəliyinin düymələrini açdı və əlini gecəliyin açılan yaxasından içəri soxub qadının ilıq, dolğun döşlərinə toxundu. Bədənləri bir-birinə bağlanarkən dərin bir nəfəs alıb Christinanı yeni bir həvəslə qucaqladı. Artıq özünün harada qurtarıb, onun harada başladığını bilmirdi. Tək bildiyi toxunduqları hər nöqtədə birlikdə olduqları idi. Birdən çılpaq qalmaq üçün dərin bir arzu hiss etdi, bədənlərinin arasında heç bir şey olmamalı idi. Ayağa qalxdı, gecəliyini başından çıxarıb atdı. Sərin hava dərisinə dəyincə hiss etdiyi ürpərti Christinanın soyunmasını izlərkən tərli həyəcana çevrildi. Qadının dolğun döşləri üstlərini örtən incə pambıqlı parçadan qurtulub sərbəst qalınca Jill onlara doğru çəkildiyini hiss etdi. Onu qucaqlamaq, bədəninin hər parçasının özününkünə dəydiyini duymaq üçün ayağa qalxdı. Christina onu özünə çəkib dıqnaqlarını kürəyində gəzdirdi. Jill ağzını açıb boynunu həfifcə dişləyərkən, həm də dili ilə incə dərisini yalayırdı.

Kitabdan Seçmələr 3: Adam Fawer - Empati (1-ci hissə)

Posted by A-Psychosis | Posted in , , | Posted on 2:24 AM

"Deyingən bloqda kitablardan seçmələri paylaşmağa davam edirik. Məqsəd kitab oxumayanlarda həvəs oyatmaq, və oxumaq istəyənlərə maraqlı kitab seçimində yardım etmək. Seçmələr kitabın mövzusunu tam əhatə etməsə də, nisbətən nədən bəhs edildiyini anlamağınıza kömək olur. "Ehtimalsız" kitabı ilə məşhur olan A.Favver-in "Empati" əsəri də öncəkindən geri qalmır, amma mənə görə digəri daha maraqlıdır. Empati - insanın duyğularını sezib qəbul edən, yönləndirən, demək olar ki, hər insanda var olan, amma nadir insanlarda daha da güclü bir vəziyyətdə olan bir cür "anormallıq"dır. Kitabı oxuduqca bu barədə daha ətraflı xəbərdar ola bilərsiniz. Yenə yazıçının ən evdiyim tərəfi bu əsərdə də üzə çıxır, sürprizlər və əsərin axıcılığı, sonrakı hadisələr üzərinə çoxlu ehtimallar formalaşır oxuyucunun beynində, və bu əsərin marağını daim yüksək səviyyədə tutur. Bir rejissor olsaydım film çəkməyə ilk öncə Favver kitablarından başlayardım deyə düşünürəm. Və "Ehtimalsız"da olduğu kimi "Empati" də elmi bilgilərlə doludur, xüsusilə tibb və insan anatomiyası, psixologiya üzərinə qiymətli bilgilər əldə edə biləcəyiniz kitabdır. Oxumağınız özünüzə verəcəyiniz mükafatdır!"

I.    Yaşamınızın idarəsi sizdə deyil. Elə olduğunu düşünə bilərsiniz, amma yanılırsınız. Əlbəttə öz qərarlarınızı özünüz verməkdə azadsınız. Bu kitabı oxumaya bilərsiniz. O stulda oturmağa davam edə bilərsiniz. Ya da gözlərinizi oymaq kimi dəlicə bir şey edə bilərsiniz. Nə istəyirsinizsə etməkdə azadsınız. Amma problem buradadır: Nə istəyəcəyinizi idarə edə bilməzsiniz. Hər davranışınızı öncədən müəyyənləşdirən arzularınız ruhunuzun dərinliklərinə o qədər işləmişdir ki, onlara diqqət belə etməzsiniz. Və bu da sizdən mükəmməl bir kölə yaradar. Bu səbəb üzündən yaşamağa davam edin. Nə istəyirsinizsə edin. Sadəcə istəklərinizin tamamilə sizin idarənizdə olmadığı gerçəyi üzərinə başınızı çox yormamağa çalışın.

II.    İllər boyunca insanların hisslərini gizlətməkdə də, ən az onları idarə etməkdə olduğu qədər çətinlik çəkdiyini öyrənmişdi. Və onun gerçəyi qəbul etməsinə izn verən də yaradılışdan gələn bu idarə əksikliyi idi. Çünki Elijah əksəriyyətin qəbul etməyi rədd etdiyi bir gerçəyi səmimi qəlbdən qəbul etmişdi: İnsanın əsl sahibi zehni deyil, bədəni idi. Schopenhauer nə demişdi? Der Mensch kann was er will; er kann aber nicht ıvollen was er ıvill. İnsan istədiyini edə bilər, amma nə istədiyini istəyə bilməz. Elijah başını salladı. Doğru idi bu. Bədən arzuları idarə edirdi, arzular da iradəni. Başqa hər şey boş idi, şüuru aldadıb, bir kölədən fərqli olduğuna inandıran fakt bəlli idi.

Kitabdan Seçmələr 2: Chuck Palahniuk - Döyüş Klubu

Posted by A-Psychosis | Posted in , , | Posted on 7:45 AM

"Bəzi əsərlər vardır, ana fikri çərçivəyə salınmış cümlələrlə, hirs, nifrət kimi hissləri olduğu kimi deyil, müəyyən məhdudlaşdırmalar ilə oxuyucuya çatdırır. Bəzən belə əsərlər qıcıqlandırır, sanki istədiyin emosiyaları istədiyin şəkildə oğurlaya bilmirsən kitabın səhiələrindən. Palahniuk-un yazı tərzi yuxarıdakılarla tam tərsdir. "Döyüş Klubu" əsəri yayımlandığı 1996-dan bəri yeraltı ədəbiyyatının bir klassik əsəri olaraq tanınmışdır. Həyatın bəsitliyindən, insanların soyuqluğundan, bahalı əşyalar, ucuz insanlar, standart iş rejimi, maaş çekləri, yalnızlıq və yadlaşma, yalanlar və yalanlardan boşluğa sürüklənən bir gənc adamın hekayəsi. Və ondan törəyən Tyler Durden, bir intiqam mələyi. Tyler fiziki ağrı ilə tanış olaraq yenidən doğmaq istəyir. Bu məqsədlə döyüş klubu yaradılır və çox keçmədən hər yerə yayılır. Onun dünyasında sərhədlərə və qaydalara yer yoxdur. Palahniuk bu əsəri ilə dünyanın dərinləşən çirkinlərini ortaya qoyur və fəqli üslubu ilə onları aydınladır. Əsərə çəkilmiş filmi izləyənlər aranızda mütləq vardır. Hər kəsə ciddi məsləhət görəcəyim romandır.."



I.              “Əgər nə istədiyini bilmirsənsə” dedi qapıcı, “özünü istəmədiyin bir çox şeyi satın almış vəziyyətdə taparsan”.

II.            Atam hər zaman “seks darıxdırıcı olmağa başlamazdan əvvəl evlən, yoxsa heç vaxt evlənməzsən” deyərdi.

III.           İrlandiyadasan. Gözlərini bağla. Universitetdən ayrıldıqdan sonrakı yaz İrlandiyadasan və hər gün dolu avtobuslarda amerikan və ingilis turistlərin Blarney daşını öpmək üçün gəldiyi qalanın yanındakı kafedə içki içirsən. “Buna son vermə” deyir Tyler. “Sabun və insanların qurban edilməsi əl-ələdir.” İnsan kütləsi arasında kafedən çıxır, yenicə yağan yağmurdan islanmış küçələrdəki səssiz maşın sıraları içində gəzirsən. Blarney daşının olduğu qalaya çatana qədər gecə düşür. Qaladakı yerlər çürümüşdür və hər addım atışında ətrafdakı qaranlığın dərinləşdiyi daş nərdivanlara dırmaşırsan. Hər kəs bu üsyankarlıq hərəkəti adətinə qarşı səssizdir. “Məni dinlə” deyir Tyler, “aç gözlərini.” Qədimdə insanlar bir çayın üzərindəki təpədə qurban edilərdi. Minlərcə insan. Qurban edilən cəsədlər bir odun yığının üzərində yandırılardı. “Ağlaya bilərsən” deyir Tyler, “Tualetə qaçıb, əlini suyun altına tuta bilərsən, amma öncə axmaq olduğunu və öləcəyini bilməlisən. Mənə Bax!”. “Bir gün” deyir Tyler, “öləcəksən və buna qədər mənim üçün bir qəpik də dəyərin yoxdur.” İrlandiyadasan. “Ağlaya bilərsən” deyir Tyler, “amma əlinin üzərinə düşəcək hər damla əlində bir siqaret yanığı yarası açacaq.” Rəhbərli meditasiya. Universitetdən ayrıldığın yaz İrlandiyadasan və bəlkə də bura ilk dəfə anarxiya istədiyin yer. Tyler Durdenlə tanış olmamışdan illər öncə, ilk kremli şirniyyata işəməmişdən öncə, kiçik üsyankarlıqlar öyrənmişdin. İrlandiyada. Qaladakı nərdivanların sonundakı platformanın üstündə durursan. “Yanmağı neytrallaşdırmaq üçün sirkə istifadə edə bilərsən” deyir Tyler, “amma öncə imtina etməyin lazımdır.” Yüzlərlə insan qurban edilib yandırıldıqdan sonra qurban daşından aşağı, çaya bəyaz qalın bir maye axar. Öncəliklə dibə vurmalısan. İrlandiyadakı bir qalanın platformasında dibsiz bir qaranlığın içində durursan və bir metr irəlidə, qarşında qayadan bir divar vardır. “Yağış” deyir Tyler, “illərboyu yanan qurban daşını yuyar və hər il insanlar yandırılar və qurban daşından axan su odunların küllərinin arasından sızaraq kül suyu qarışığını formalaşdırar və kül suyu yanan qurbanların əriyən yağları ilə qarışdığında qurban daşının altından çaya doğru qalın və bəyaz sabun axardı.” Və qaranlıqdakı üsyankar tərzi ilə ətrafındakı irlandiyalılar platformanın ucuna gedib, dibsiz qaranlığın ucunda durub işəyərlər. Və sənə tərəf dönüb, durma, ifrat vitamindən saralmış zəngin amerikan sidiyini boşalt deyərlər. “Bu həyatının ən önəmli anı” deyir Tyler, “və sən bunu əldən verirsən.” İrlandiyadasan. Ah, bəli, edərsən. Oh, bəli. Amoniak və gündəlik qəbul edilən B vitaminlərinin qoxusunu duyarsan. “Sabunun suya qarışdığı yerdə” deyir Tyler, “insanların öldürülməsindən minlərlə il sonra insanlar paltarlarını o məkanda yuduqlarında paltarlarının daha təmiz olduğunu sezdilər. Blarney daşına işəyirəm. “Tanrım” deyir Tyler. Üstündə müdirimin ürəyini bulandıran qan ləkələri olan qanlı şalvarıma işəyirəm. Paper küçəsində kirayəlik bir evdəsən. “Bunun bir mənası var” deyir Tyler. “Bu bir işarədir” deyir. Tyler bir çox yararlı bilgi ilə doludur. “Sabunu olmayan cəmiyyətlər” deyir Tyler, “paltarlarını və saçlarını yumaq üçün özlərinin və itlərinin sidiyini istifadə edərdilər.” Uzanıb gedən yolun sonunda sirkə və əlindəki yanığın qoxusu var, kül suyunun qoxusu və xəstəxanaların qusdurucu sidik və sirkə qoxusu var. “Bütün o insanları qurban etmək doğru idi” deyir Tyler. Əlimin arxası eynilə Tyler-ın öpüşü şəklində bir dodaq kimi qırmızı və parlaqdır. Öpüşün ətrafında ağlayan birinin göz yaşlarının yaratdığı siqaret yanığı izləri var. “Aç gözlərini” deyir Tyler və üzü yaşlardan dolayı parlayır. “Təbriklər” deyir Tyler, “Dibə çökməyə bir addım daha yaxınlaşdın.” “İlk sabunun qəhrəmanlardan düzəldildiyini görməlisən” deyir Tyler. Məhsul testlərində istifadə edilən heyvanları düşün. Kosmosa göndərilən meymunları düşün. “Onların ölümü, hiss etdikləri ağrılar, qurban edilmələri olmasa” deyir Tyler, “əlimizdə heç nə olmazdı.”

Kitabdan Seçmələr: Adam Fawer - Ehtimalsız

Posted by A-Psychosis | Posted in , , | Posted on 6:12 AM

"Bir sürükləyici roman yazarı kimi Adam Fawer-dən oxuduğum zaman zaman-ın necə zaman olmaqdan çıxıb işıq sürətinə qovuşduğunu mütləq qeyd etməliyəm, bir-birinin davamını gətirən sürprizdolu hadisələr və yazarın çox güclü təsvir bacarığı ilə ərsəyə gəlmiş maraqlı personajlara heyran olmamaq mümkün deyil. "Ehtimalsız" romanı bir macəradır, David Caine adlı şəxsin başından keçən hadisələr, xəstəliyinin əslində bir möcüzəvi qabiliyyət olduğunu anlamasından bəri onu gözləyən təhlükələr, tələbələrinə öyrətməyə çalışdığı həyati təcrübələr, daha nələr nələr. Əsərin ən önəmli tərəflərindən biri, oxuyucunun elmi qidalanmasıdır, elmi fakt və məlumatların geniş yer aldığı əsər biliklərinizi daha da artıracaq, və həyata baxışınıza mütləq təsir edəcəkdir. Bir oxuyucu kimi romandan çıxardığın əsas nəticə ehtimallara güvənilməməsidir, böyük və ya kiçik ehtimallar yoxdur, hər an hər şey ola bilər, önəmli olan An-ı yaşamaqdır.. Kitabı məsləhət etməyəcəm, dediklərim zatən məsləhətdir, oxumağınız yalnızca özünüzə bir mükafatdır!" - Alim Babayev

I.
    Gəlin, ehtimaldan bəhs edək. İlk öncə ehtimal dediyimizdə ən çox ağıla gələn lotoreyalardan bəhs edək. Amerikadakı ən böyük lotoreyanı, Powerball-I qazanabilmə ehtimalı 120.000.000-da 1-dir. Powerball-ın ilk oynanmağa başlandığı 1997-dən bəri 50-dən çox insan bu ehtimalı alt-üst edərək böyük mükafatı qazanmışdır. Onlar, bu planetdəki ən şanslı, ən zəngin insanlar arasındadır. Onlara nifrət edirəm, amma mövzumuz bu deyil.
İndi də aşağı ehtimallı bir hadisədən bəhs edək: Dünyaya nəhəng bir göy daşı (asteroid və s.) çarpacaq və hər şey yox olacaq. Geofiziklərə görə, hər il bunun baş vermə ehtimalı 1.000.000-da 1-dir. İnsanoğlunun atalarını da nəzərə alsaq, yeddi milyon ildən çox bir müddətdir ki, bu planetdə varlığımızı davam etdirdiyimizə görə, bir göy daşının bu günədək bizi məhv etmə ehtimalı 100-də 700-dür. Yəni anladığınız kimi, bir dəfə deyil, yeddi dəfə ölmüş olmalıydıq indiyədək. Amma çoxunuzun bildiyi kimi, insan sülaləsinin yazılı tarixindən bu tərəfə məhv olmadıq.
Nə deməyə çalışıram sizcə? Bir göy daşı bizi məhv edəcək deməyə çalışmıram. Aşağı ehtimallı hadisələr barədə bir şərh verməyə çalışıram. Demək istədiyim: Hər an hər şey ola bilər!