Bloqlarımız ("qəhrəmanlar")

Posted by A-Psychosis | Posted in | Posted on 6:55 AM

 "Başına siyasi qəzet keçirib yaşayanların siyasi tənqidi çürütmələri anormal deyil, sadəcə ürəkbulandırıcıdır..."

Azərbaycan adlı igidlər diyarında qəhrəman çoxdur, amma hansı qəhrəmandan ?! Qısaca cinayətkar psixologiyasına deyinmək istəyirəm. Bir cinayətkarın düşünmə tərzini, onu cinayətə yönləndirən səbəbləri təhlil etsək, öz əməllərinə yaxşıca düşünülüb planlaşdırılmış qəhrəmanlıq davranışı kimi baxdığını görə bilərik. Cinayətkar öz davranışının ona müəyyən üstünlük gətirdiyi fikrindədir. Yəni məsələn, planlı şəkildə bank soyma əməliyyatını həyata keçirən oğru polisdən daha ağıllı və üstün olduğunu düşünər, öz gözündə o bir qəhrəmandır, lakin etdiyi hərəkətin qəhrəmanlıqla heç bir əlaqəsi olmadığının, düşüncəsində canlandırdığı igidlikdən çox uzaqda bir məna daşıdığının fərqinə vara bilməz, anladığında isə artıq gecdir. “Qəhrəmanlıq” anlayışının yanlış anlaşılması təkcə ölkəmiz üçün yox, bütün dünya üçün xarakterikdir. Məsələn, güclü viruslar yaradıb kompüter şəbəkələrini yoluxduran bir xaker öz gözündə böyük qəhrəmandır, əslində zərərli bir həşərat olduğunu heç düşünməz. Bəli, xakerlik heç olmasa qlobal bir “qəhrəmanlıq” problemidir, bəs ölkəmizdə kiçik və bəsit “qəhrəmanlıqlar”a nə deməli ?! Bütün gününü netin qıztutma əməliyyatının uğurlu olma ehtimalının yüksəl olduğu yerlərində keçirən insanlar böyük qəhrəmanlardır məsələn, amma bu çürüdülmüş məsələləri çürütmək fikrim yoxdur.

Tüstünü duman etdiyim gecələrimin nəğməsi idin..

Posted by A-Psychosis | Posted in | Posted on 4:31 AM

Tüstünü duman etdiyim gecələrimin nəğməsi idin..Sən axardın sakitcə,mən dinlərdim sübhəcən
Kənarında pəncərəmin canlanardı təsvirin,həm izlərdim heyrətlə
Soyuq gecə,şəhər işıqlarında itərdin..
Uzaqlarda,dumanlarda
Keçmişimdən kölgələr,gözlərimdə çizilərdin
Rəngsiz çalarlarda,həm qara ağ zolaqlarda
Gecəni səhər etdiyim günlərimin yuxusu idin..
Sərxoş ruhuma bələdçi,baxışlarına dilənçi
Oturardım səkilərdə,qarışardım küləklərə
Melodik gözlərinlə toxunardın simlərə
Gecənin ritmi sən,sakini mən
Melanxolik əhvalınla rəqs edərdin kölgələrlə
Baharı payız etdiyim mövsümlərin tanrısı idin..
Mən quru yarpaq,sən incə yağış,hey tökərdin üstümə
Solğun bədənim islaq,qollarım açıq sənə
Hər damlada qoxun,hər küləkdə pıçıltın,toxunardın hisslərə
İçimi titrədərdin,qışqırığım göylərə
Gizlənərdim boşluğumda,qaranlıq aşırımında
Əbədi yürüşüm sakitlik dəhlizində,sıldırımın küncündə
Tutqun gecə simfoniyası səslənərdi uzaqlarda
Parlaq ay işığında,qırıq son nəfəsimdə...

her seyin kotuye gittigini soylememe gerek yok.... Herkez kotu oldugunu biliyor..... dolar sent kadar degersiz..... bankalar batiyor.... dьkkan sahipleri tezgahin altinda silah buluduruyor.... Punklar sokaklarda azitti.... ne yapacagini bilen kimse yok... ve nasil bitecegini bilen de.... havamiz solunmayacak kadar kirli.... yemeklerimiz yenemeyecek kadar kotu.... Oturmus televizyon izliyoruz ve yerel muhabirler bize: "bugun 15 cinayet ve 63 siddetli suc meydana geldi"- diyor, sanki hersey normalmis gibi.... (!).... Herseyin kotuge gittigini biliyoruz, kotuden de beter..... herkez cildirmis.... sanki heryerde herkez cildirmis gibi.... o yuzden artik disari da cikamiyoruz.... evimizde oturuyoruz ve yasadigimiz dunya yavasca kuchuluyor.... Ve tek soyledigimiz: lutfen, bari bizi oturma odalarimizda rahat birakin.... Bana sadece tost makinemi, televizyonumu, celik radyatorumu birakin size hic bir sey soylemem.... lutfen bizi rahat birakin....

AMA BEN SIZI RAHAT BIRAKMAYACAGIM!!! KIMANIZI ISTIYORUM!!!

protesto etmenizi istemiyorum, isyan etmenizi istemiyorum, milletvekillerinize yazmanizi istemiyorum, cunki size ne yazdiracagimi bilmiyorum.... ekonomik kriz ya da enflasyon ya da ruslar ya da sokaklardaki siddet hakkinda ne yapilacagini da bilmiyorum.... Tek bildigim oncelikle kizmaniz gerektigi...
Soyle demelisiniz: Ben bir insanim, lanet olsun!!! Hayatimin bir degeri var!!!

Dosta Məktublar 4: Yanlış istəklər

Posted by A-Psychosis | Posted in | Posted on 10:07 AM

   “Salam dostum. Əyriayaq stulumu pəncərənin önünə çəkib yarı söykənmiş formada oturdum və küçədə enli yolun kənarları ilə kölgə tapmaq istəyi ilə gəzən insanlara baxıram. Məhlənin məşhur narkomanı Əli də adətincə tində üzüüstə uzanaraq çox güman ki kül edən istidən xəbərsiz özünü çimərlikdə hiss edir. Alkaş Saşa da əyninə xeyli uzun olan şalvarını hərdən yuxarı dartaraq binanın tam altındakı səkidə o yan - bu yana gəzir lomka addımlarla, günün istisindən daha çox içmək istəyi ilə alışıb yanır. Yayın qızmarında otağımın yanğından qaralmış divarlarının səthini isidən sarı-narıncı günəş şüaları pəncərəmdən içəri süzüldükcə sanki düşüncələrimi də aydınladır.. Arada bir əlimdəki pivə butulkasından qurtum alıram, spirtin sinir sistemini sakitləşdirərək beynimi zorlayan düşüncələri məzuniyyətə göndərməsi ümidi ilə neyronlara yalvarıram. Kiçik otağımda xoşbəxtəm, həyatın içində olmamaq, onu kənardan izləmək rahatladır. Cəmiyyətin saqqız kimi çeynənib çürüdülmüş söhbətlərinin dolaşdığı yollarda yürümək, yalnış istəkli yanlış seçimləri edən insanların toplaşdığı sürüləri görüb özümü fermada otlayan qoyun kimi hiss etmək istəmirəm sadəcə. Bir Mən olaraq əslində heç nə vecimə deyil, amma insanları bir “insan” kimi görmə istəyindən də uzaqlaşa bilmədiyimi etiraf etməliyəm. Şopenhauer demişkən, insan istədiyini edə bilər, amma nə istədiyini istəyə bilməz. Yanlış kitabın yanlış səhifəsindəki yanlış personajların ətrafında olmaq kimidir yanlış istəklər. Onları məhv etmək üçün yanlış səhifəni cırıb ata bilməzsən, bütün kitaba od vurmaq lazımdır. İradən zəifdir istəklər qarşısında, amma hər kəs istəklərinin köləsi olduğunu anlamaz. İnsanlar istəklərinin yaratdığı hissləri gizlətməkdə olduğu kimi idarə etməkdə də çətinlik çəkirlər. Əslində istəklər məntiq tələb etmir, başqaları tərəfindən yanlış kimi qarşılanan hər hansı hərəkətin sənin istəyin nəticəsində olduğu üçün olduqca məntiqlidir və doğrudur. Dostum, odur ki, kimsə azadlıqdan bəhs etdiyində sadəcə içimdən gülüb keçirəm, o kimsənin sahibinin istəkləri olduğu və onu köləsi etdiyi barəsində zərrə qədər məlumatı olduğunu sanmıram. İstəklərini idarə etməyi bacaran bir cəmiyyətdədir xoşbəxtlik. Hər kəs dünyanı (kütlələri) idarə etmək istəyindən əl çəkdikdə bütün insanlıq “yaşayacaq”, siyasət adlı iyrənc məxluqun iri caynaqları, ya sadəcə nəcisi olmaq istəyini yerin dibinə gömdükdə “insan”lar doğacaq (nəisə, bu ayrı mövzudur, dostum)...

Void of Wordlessness

Posted by Sximnik | Posted in | Posted on 1:58 AM

Ən cazibədar adlı yazı...

Posted by Sximnik | Posted in | Posted on 1:19 AM

Gecənin qaranlığında, tək başıma, yarıuzanmış... Yüngül küləkdən cırıldaya-cırıldaya açılıb bağlanaraq sanki düşüncələrimi mismar kimi ürəyimə vurur. İçimdə iyrənc bir aqressiya yaradır. Ruhumu oxşayan, cismimi sakitləşdirən külək isə pəncərədən içəri daxil olub hərəkətsiz otağımı hərəkətə gətirir. Tam da o hadisələrin, o lənətli hadisələrin başlandığı an – Le`Beatrice meydanında “Hey, Bardamu” çağırışı eşitdiyim o an gözlərimin qarşısında canlandığında birdən qapının ürküdücü bir səssiz səslə açıldığını hiss etdim. Qapını yenə kilidləməmişdim. Dostoyevskinin xoşbəxt insanlar haqqında dediklərini xatırlayıb özümü bu xaraba zülmətdə bir anlıq xoşbəxt hiss edib, özümə təsəlli verdim. Çöldən gələn zəif işıq arxadan düşdüyü üçün qaraltıdan başqa bir şey seçə bilmədim. Hər zamankı hissiyyatsızlığım üzərimdə idi. O qoca, xəstə görünüşlü, çəlimsiz məxluq gəlib tam çarpayımın önündəki stulda oturdu. Üzünü seçə bilirdim artıq. Ama yarısını. Çöldən gələn işıq sadəcə yarısına həyat verirdi. Yenə qüsursuz dərisi, dərinliyində bir tülkü olan parlaq, bunu gizlətmək üçün linzalı gözlər, insanı heyrətləndirən üz cizgiləri, göz alan uzun, düz, göz qamaşdırıcı parlaq saçları. Yenə üzbəüz oturub, gözünü mənə zilləyib, günahsız yerə həbsə düşmüş leopard kimi çarəsiz, qəzəbli və kin dolu baxışlarla mənə baxırdı. Vecimə almayıb siqaretimdən aldığım zövqü bölmək istəmirdim,amma bölməmək mümkün deyil. Onun varlığı, onunla bir otağın havasını ciyərlərimə çəkməyim, onunla bir məkanda olmağım belə məni qıcıqlandırır.
- yenə niyə gəldin? Nə İstəyirsən?
- ...
- Axı niyə başa düşmürsən? Neçə dəfə səni döyüb, söyüb yola salmalışam, amma hər dəfə məni ən sevdiyim vaxtda narahat etməklə vəzifələndirilmiş kimi gəlib gözümün qabağında oturub bütün əsəbimi oynadırsan. Bu vaxtacan dediklərimdən, yumruqlarımdan bir dərs almamısan. Bilirsən niyə?
- ...
- Mən bilirəm. Çünki sən həqiqət axtarışındasan. Sən məndən həqiqətləri eşidəndə əl çəkəcəksən. Amma bilmirəm hardan başlayım.
Inanılmaz əsəb məni boğurdu. Çünki qol gücü ilə başa sala bilmirdim mən bunu. Və məni sonsuz hiddətləndirən şeyi eləməli idim indi. Ürəyimi bulandıran, sinir sistemimi bərbad edən.... ürəyimi boşaltmalı bütün həqiqətləri deməli idim. Qusmalı idim indiyəcən içimdə qalanları, demək istəyib də demək isəmədiklərimi. Hamısını deməli idim. Amma bu zamansız gəlişdən o qədər narahat olmuşdum ki, hardan başlayacağımı bilmirdim....
Nə abırsızsan sən? Nə qanmazsan? Heç sənin kimisini görməmişəm. varlığını insanlar səhv salıblar. Sənin kimi bir fahişəni ilahiləşdirib adını “sevgi” qoyublar. Sən bilirsən nəsən? Sən varsan? Ya kiminsə uydurmasısan? Yoxsan sən! Uydurmasan!
Yatağımın yanında stolun üstündəki stəkanın suyunu onun üzünə tökdüm və dəsmalla sərt şəkildə sifətini sildim, başından parikini çıxardım. Çopur çopur, sivilcəli iyrənc sima qarşımda canlandı.
- Sənin əsl üzün budur. Iyrənc, diksindirici, itici. O axmaqlar səni belə gözəl görürlər. Eh, korlar... əsl üzünü görə bilmir, sənin simana aldanır, onunla öz alçaq, qorxulu niyyətlərini pərdələyirlər, səni ülviləşdirdikləri adın altında gizlədirlər. bir çox fəqli, bilmədikləri və ya bildirmək istəmədikləri adları gizləyirlər, sənin sifətini gizlətdiyin kimi. Cinsi istəklərsən sən. “Sevmək” dedikləri “səninlə yatmaq istəyirəm” deməkdi. Özünü mənim qabağımda təmizə çıxarmağa çalışma. “Sevgi” süni seçmədi. Podyum kimi. Ən gözəli hansıdı? Mənə ən uyğunu hansıdı? Niyə görə “bu mənlik deyil”, “o sənə uyğun deyil” kimi ifadələr işlənir? Çünki sevgi deyə pərdələdikləri bir podyum kimidi.... gəlirlər, keçirlər və sən birini seçirsən. “Sevgi” yalandı. “Sevgi” dedikləri yoxdu. Cinsi istəklər var. Sevgi – sadəcə səninlə yatmasını istədiyin fahişəyə qarşı duyduğun hisslərin məcmusudur. Insanlar aldanırlar. Özləri özlərini aldadır, özlərinə bir hekayə uydururlar... Bu mövzuya qayıdacam... hamı sevdiyini düşünür. Çünki budur o kiflənmiş içlərini, ölmüş insanlıqlarını çiçəkləndirən... Adını qoyduqları... Odur onların ağlını başından alan... Ya da sosial kompleksleri belə adlandırırlar... Ailə qurmağa layiq ən ideal insan. Heç kimin yanında üzü qara olmuyum, ailəm də şad olsun. Sosial ailə qurma kompleksi. Heç kimin qabağında peysər çıxmıyım. Heç kim mənə pis baxmasın. Və ya bir istək olaraq çıxırsan ortaya. Ya da bir prinsip. Əksər vaxt da bir alışqanlıq olaraq. Simpatiya şəklində yol tapırsan insanların ürəyinə. Cənnətə girmək üçün ilan cildinə girmiş şeytan... sonra işğal edirsən bütün qəlbini, bütün ruhunu, bütün varlığını... insanların ən dəyərli şeylərini alırsan onlardan. ən zəif anlarında tutursan onları. Yüksək depressiya həddində. Elə bir zamanda insanlar öz şüurlarında uydurma hisslər sərgiləyirlər ki (ad tapa bilməyib “sevgi” dedikləri). Elə bir şəkildə çıxırsan ki qarşılarına onlar bütün dualarının qarşılığının səndə olduğunu düşünürlər. bu vəziyyətdən çıxış yolu olaraq göndərilən bir mələk olduğunu... onları bu vəziyyətdən çıxaracaq qurtarıcının sən olduğunu zənn edirlər. bilmirlər ki bataqlığın dibində onları udmağa hazırlaşan qumu sənin ciyərlərinə sorduğunu. “Səni gözləyirəm”... qaçanı qovarlar deyib “əlim səndə” deyib qaçırsan. O axmaqlar da qaçırlar sənə çatıb kəpəkli başıvn görmək ümidilə. Orda gözəlliklər doludu ümidilə....
Kin var gözlərində. Insanların saf, körpə hisslərini tapırsan. AİDS kimi seçirsən və onları məhv edirsən. Eritrositlərin gözlərinə pərdə çəkirsən. Və onları danışmağa məcbur edirsən... bilirsən ən mənasız hadisənin belə romana çevrilməsi üçün sadəcə onu danışmağın kifayət etdiyini. Və bu insanların özlərini roman qəhrəmanı kimi hiss etmələrinə səbəb olur. onlar da hadisələrin o cür olacaqlarını zənn etdikləri gün evlərinin yıxılmağı rəsmiləşir. Onlar artıq reallıqdan ayrılırlar hətta bəzən üz döndərirlər. xəyallarda batmağa başlayırlar. Həqiqətlərin insanın gözündə 0-a düşdüyü gün onun sonu başlayır. Və sən yarpaq kimi onları yuxarı dartırsan. Zəif anında, özünü yarımçıq hiss etdiyi anda çıxırsan qabaqlarına. Sənə özlərinin tamamlanmamış yarısı deyirlər və adını “sevgi” qoyurlar. Çox alçaqsan... Aşşağılık fahişə. Bax bu dediklərimsən sən. “sevgi” deyil, bu hisslərin qarışığısan. Kim gedib kiməsə sənilə yatmaq istiyirəm deyər? ya da sən mənim həyat yoldaşım olacaq ideal insansan deyər? Hə? Bir insan sevgi əzabı çəkirsə, o səndən (hər hansı bir şəxsdən) yalnız o yaranı sarımaq üçün istifadə edə bilər. bunu kiməsə deyə bilərsən? Bu xəstə, yaralı, çürümüş ət qoxulu, ürək bulandırıcı fikirləri.... bax bu sənin əsl, silinmiş simandı. “sevgi” deyə ad qoyduqları bu hisslərdən biri isə sənin əvvəlki, cazibədar sifətin idi. Öz dayaz, mənasız, xəstə fikirlərinə bir dərinlik, bir məna gətirirlər onlara “sevirəm” deməklə...