Kitabdan Seçmələr 2: Chuck Palahniuk - Döyüş Klubu
Posted by A-Psychosis | Posted in Chuck Palahniuk , Döyüş Klubu , Kitablardan Seçmələr | Posted on 7:45 AM
"Bəzi əsərlər vardır, ana fikri çərçivəyə salınmış cümlələrlə, hirs, nifrət kimi hissləri olduğu kimi deyil, müəyyən məhdudlaşdırmalar ilə oxuyucuya çatdırır. Bəzən belə əsərlər qıcıqlandırır, sanki istədiyin emosiyaları istədiyin şəkildə oğurlaya bilmirsən kitabın səhiələrindən. Palahniuk-un yazı tərzi yuxarıdakılarla tam tərsdir. "Döyüş Klubu" əsəri yayımlandığı 1996-dan bəri yeraltı ədəbiyyatının bir klassik əsəri olaraq tanınmışdır. Həyatın bəsitliyindən, insanların soyuqluğundan, bahalı əşyalar, ucuz insanlar, standart iş rejimi, maaş çekləri, yalnızlıq və yadlaşma, yalanlar və yalanlardan boşluğa sürüklənən bir gənc adamın hekayəsi. Və ondan törəyən Tyler Durden, bir intiqam mələyi. Tyler fiziki ağrı ilə tanış olaraq yenidən doğmaq istəyir. Bu məqsədlə döyüş klubu yaradılır və çox keçmədən hər yerə yayılır. Onun dünyasında sərhədlərə və qaydalara yer yoxdur. Palahniuk bu əsəri ilə dünyanın dərinləşən çirkinlərini ortaya qoyur və fəqli üslubu ilə onları aydınladır. Əsərə çəkilmiş filmi izləyənlər aranızda mütləq vardır. Hər kəsə ciddi məsləhət görəcəyim romandır.."
I. “Əgər nə istədiyini bilmirsənsə” dedi qapıcı, “özünü istəmədiyin bir çox şeyi satın almış vəziyyətdə taparsan”.
I. “Əgər nə istədiyini bilmirsənsə” dedi qapıcı, “özünü istəmədiyin bir çox şeyi satın almış vəziyyətdə taparsan”.
II. Atam hər zaman “seks darıxdırıcı olmağa başlamazdan əvvəl evlən, yoxsa heç vaxt evlənməzsən” deyərdi.
III. İrlandiyadasan. Gözlərini bağla. Universitetdən ayrıldıqdan sonrakı yaz İrlandiyadasan və hər gün dolu avtobuslarda amerikan və ingilis turistlərin Blarney daşını öpmək üçün gəldiyi qalanın yanındakı kafedə içki içirsən. “Buna son vermə” deyir Tyler. “Sabun və insanların qurban edilməsi əl-ələdir.” İnsan kütləsi arasında kafedən çıxır, yenicə yağan yağmurdan islanmış küçələrdəki səssiz maşın sıraları içində gəzirsən. Blarney daşının olduğu qalaya çatana qədər gecə düşür. Qaladakı yerlər çürümüşdür və hər addım atışında ətrafdakı qaranlığın dərinləşdiyi daş nərdivanlara dırmaşırsan. Hər kəs bu üsyankarlıq hərəkəti adətinə qarşı səssizdir. “Məni dinlə” deyir Tyler, “aç gözlərini.” Qədimdə insanlar bir çayın üzərindəki təpədə qurban edilərdi. Minlərcə insan. Qurban edilən cəsədlər bir odun yığının üzərində yandırılardı. “Ağlaya bilərsən” deyir Tyler, “Tualetə qaçıb, əlini suyun altına tuta bilərsən, amma öncə axmaq olduğunu və öləcəyini bilməlisən. Mənə Bax!”. “Bir gün” deyir Tyler, “öləcəksən və buna qədər mənim üçün bir qəpik də dəyərin yoxdur.” İrlandiyadasan. “Ağlaya bilərsən” deyir Tyler, “amma əlinin üzərinə düşəcək hər damla əlində bir siqaret yanığı yarası açacaq.” Rəhbərli meditasiya. Universitetdən ayrıldığın yaz İrlandiyadasan və bəlkə də bura ilk dəfə anarxiya istədiyin yer. Tyler Durdenlə tanış olmamışdan illər öncə, ilk kremli şirniyyata işəməmişdən öncə, kiçik üsyankarlıqlar öyrənmişdin. İrlandiyada. Qaladakı nərdivanların sonundakı platformanın üstündə durursan. “Yanmağı neytrallaşdırmaq üçün sirkə istifadə edə bilərsən” deyir Tyler, “amma öncə imtina etməyin lazımdır.” Yüzlərlə insan qurban edilib yandırıldıqdan sonra qurban daşından aşağı, çaya bəyaz qalın bir maye axar. Öncəliklə dibə vurmalısan. İrlandiyadakı bir qalanın platformasında dibsiz bir qaranlığın içində durursan və bir metr irəlidə, qarşında qayadan bir divar vardır. “Yağış” deyir Tyler, “illərboyu yanan qurban daşını yuyar və hər il insanlar yandırılar və qurban daşından axan su odunların küllərinin arasından sızaraq kül suyu qarışığını formalaşdırar və kül suyu yanan qurbanların əriyən yağları ilə qarışdığında qurban daşının altından çaya doğru qalın və bəyaz sabun axardı.” Və qaranlıqdakı üsyankar tərzi ilə ətrafındakı irlandiyalılar platformanın ucuna gedib, dibsiz qaranlığın ucunda durub işəyərlər. Və sənə tərəf dönüb, durma, ifrat vitamindən saralmış zəngin amerikan sidiyini boşalt deyərlər. “Bu həyatının ən önəmli anı” deyir Tyler, “və sən bunu əldən verirsən.” İrlandiyadasan. Ah, bəli, edərsən. Oh, bəli. Amoniak və gündəlik qəbul edilən B vitaminlərinin qoxusunu duyarsan. “Sabunun suya qarışdığı yerdə” deyir Tyler, “insanların öldürülməsindən minlərlə il sonra insanlar paltarlarını o məkanda yuduqlarında paltarlarının daha təmiz olduğunu sezdilər. Blarney daşına işəyirəm. “Tanrım” deyir Tyler. Üstündə müdirimin ürəyini bulandıran qan ləkələri olan qanlı şalvarıma işəyirəm. Paper küçəsində kirayəlik bir evdəsən. “Bunun bir mənası var” deyir Tyler. “Bu bir işarədir” deyir. Tyler bir çox yararlı bilgi ilə doludur. “Sabunu olmayan cəmiyyətlər” deyir Tyler, “paltarlarını və saçlarını yumaq üçün özlərinin və itlərinin sidiyini istifadə edərdilər.” Uzanıb gedən yolun sonunda sirkə və əlindəki yanığın qoxusu var, kül suyunun qoxusu və xəstəxanaların qusdurucu sidik və sirkə qoxusu var. “Bütün o insanları qurban etmək doğru idi” deyir Tyler. Əlimin arxası eynilə Tyler-ın öpüşü şəklində bir dodaq kimi qırmızı və parlaqdır. Öpüşün ətrafında ağlayan birinin göz yaşlarının yaratdığı siqaret yanığı izləri var. “Aç gözlərini” deyir Tyler və üzü yaşlardan dolayı parlayır. “Təbriklər” deyir Tyler, “Dibə çökməyə bir addım daha yaxınlaşdın.” “İlk sabunun qəhrəmanlardan düzəldildiyini görməlisən” deyir Tyler. Məhsul testlərində istifadə edilən heyvanları düşün. Kosmosa göndərilən meymunları düşün. “Onların ölümü, hiss etdikləri ağrılar, qurban edilmələri olmasa” deyir Tyler, “əlimizdə heç nə olmazdı.”
IV. Sahib ola bilmədiyim bütün gözəllikləri yox etmək istəyirdim. Amazon meşələrini yandırmaq istəyirdim. Ozonu dağıdacaq qədər çox kloroflorokarbon buraxmaq, böyük zibil tankerlərinin qapaqlarını açmaq, qurudakı petrol quyularını boşaltmaq istəyirdim. Yeyə bilməyəcəyim bütün balıqları öldürmək, heç bir zaman görəməyəcəyim Fransa sahillərini kirlətmək istəyirdim. Bütün dünyanın dibə çökməsini istəyirdim. Nəslini davam etdirmək üçün cinsi əlaqəyə girməyəcək olan bütün təhlükə altındakı pandaların və yaşamaqdan imtina edib özünü sahilə vuran bütün balina və delfinlərin kəlləsinin ortasına bir güllə vurmaq istəyirdim. Minlərlə ildir insaoğlu bu planetin içinə etdi, kirlətdi və indi tarix məndən hər kəsin zibilini təmizləməyimi gözləyir. Louvre muzeyini yandırmaq istəyirdim. Antik yunan heykəllərini çəkiclə qırmaq, götümü Mona Lisa-ya silmək istəyirdim. Artıq bu mənim dünyamdır. Bu mənim dünyam, mənim dünyam və o antik insanların hamısı öldü.
V. “Anlaman gərək, atan sənin üçün bir Tanrı modeli idi” deyir. İşim və ofisim arxamızda kiçilir, kiçilir, kiçilir və gözdən itir. Əllərimdəki qazı qoxuluyuram. Usta “əgər bir erkəksən və xristiansan və Amerikada yaşayırsansa, atan Tanrının bir modelidir. Və əgər atanı heç tanımadınsa, əgər atan öldüysə və ya evə heç gəlmədisə, Tanrı ilə bağlı nəyə inana bilərsən ki?” deyir. Usta “edəcəyin şey bu olar, bütün həyatını ata və Tanrı axtarmaqla keçirərsən” deyə davam edir. “Nəzərə almalı olduğun şey Tanrının səndən xoşlanmaması ehtimalıdır. Ola bilər, Tanrı bizə nifrət edir. Amma bu, başımıza gələ biləcək ən pis şey deyil” deyir. Tyler-a görə Tanrının qayğısını görmək heç zaman heç qayğı görməməkdən daha yaxşı idi. Bəlkə də Tanrının nifrəti vecinə almamasından daha yaxşı idi. Ya Tanrının ən pis düşməni olmaq, ya da heç bir pox olamamaq vəziyyətində isəniz, hansını seçərdiniz? Tyler Durden-ə görə biz Tanrının ortancıl uşaqlarıyıq, çünki tarixdə nə özəl bir yerimiz var, nə də bizə özəl bir qayğı göstərilmişdir. Tanrının diqqətini çəkə bilmədiyimiz müddətdə nə lənətlənmək, nə də xilas olmaq üçün ümid edə bilərik. Hansı daha betər, cəhənnəmmi, ya heçlikmi? Sadəcə yaxalanıb cəzalandırıldığımız zaman xilas ola bilərik. “Louvre muzeyini yandır” deyir usta, “götünü Mona Lisa-ya sil. Beləliklə ən azından Tanrı ismimizi öyrənmiş olar. “ Alçaldıqca düşərsən, yüksəldikcə uçarsan. Nə qədər uzağa qaçarsan, Tanrı o qədər çox geri gəlməyini istər. Qumsaldakı qum dənələri və göy üzündəki ulduzlarla nömrələnmək yetərli deyil.
VI. Qanun qanundur deyərdi TV-lər. Çox sürətli maşın sürmək yanğın çıxartmaqla eynidir, o da bomba yerləşdirməklə eynidir, o da birinə atəş etməklə eynidir. Günahkar günahkardır.
VII. Usta danışmağa başlayır və bunlar qatışıqsız Tyler Durden sözləridir. “Yaşayan ən güclü və ən ağıllı adamların benzindoldurma məntəqələrində benzin nasosladıqlarını və ofisiantlıq etdiklərini görürəm” deyir. “Gənc və güclü qadınlar və kişilərdən ibarət bir sinif var və həyatlarını bir şeyə həsr etmək istəyirlər. Reklamlar bu insanları ehtiyacları olmayan maşınların və paltarların ardınca süründürür. Cəmiyyətlər nifrət etdikləri işlərdə işləyirlər, buna görə də əslində ehtiyacları olmayan şeyləri satın alırlar. Cəmiyyətimizdə böyük bir savaş və ya iqtisadi böhran olmadı. Amma bizim ruhani bir savaşımız var. Mədəniyyətə qarşı böyük bir inqilab başlatdıq. Böyük böhran bizim həyatlarımızdır. Ruhi bir depressiya içindəyik. Bu qadın və erkəkləri əsir edib, onlara azadlığı göstərməliyik. Və onları qorxudub, cəsarəti öyrətməliyik. Napolyon, sərkərdəlik nişanı olan bir dəmir parçası üçün həyatlarını fəda edəcək adamlar yetişdirə biləcəyini söyləyib lovğalanırdı. Dünyadakı zənginlikləri təkrar bölüşdürənə qədər tətil etdiyimizi və işləmədiyimizi düşün. RockFellerPlaza-nın xarabalıqlarının ətrafındakı meşələrdə maral ovladığımızı düşün.
VIII. Təbii ki, tətiyi çəkincə, öldüm. Və Tyler da öldü. Bu, gerçək həyatdan daha yaxşı idi. Və bir mükəmməl dəqiqə sonsuzadək davam etməz. Cənnətdə hər şey ağappaq rəngdə. Saxtakar. Cənnət çox səssiz, plastik dabanlı ayaqqabılar var. Cənnətdə yata bilərəm. İnsanlar mənə məktub yazıb məni unutmadıqlarını bildirirlər. Onların qəhrəmanı olduğumu, daha da yaxşı olacağımı yazırlar. Buradakı mələklər Tövratdakı kimidir, legionerler və təğmənlər var, cənnətlik bir ordu növbələrlə işləyir. Məzarlıq. Yeməkləri nimçələrdə gətirirlər, yanında da bir bardaq dərman olur. Oyuncaq Bəbələr Vadisi oyun seti.
Tanrı ilə tanış oldum. Qoz ağacından düzəldilmiş masasının ardında otururdu və arxasındakı divarda diplomları asılı idi. Və mənə “niyə?” deyə sordu. Niyə bu qədər çox problem yaratmışdım? Hər birimizin özəl və nadir bir yeganəliyin müqəddəs bir qar dənəsi olduğumuzu anlamamışmıydım? Hamımızın sevgi təzahürləri olduğunu görə bilmirdimmi? Masasında oturub qeyd tutan Tanrıya baxdım. Hər şeyi yanlış anlamışdı. Biz özəl deyilik. Zibil də deyilik. Biz sadəcə varıq. Varıq və olacaq olan olur. Amma Tanrı “yox, bu doğru deyil” dedi. Oldu, yaxşı. Tanrıya heç nə öyrədə bilməzsiniz.
Tanrı ilə tanış oldum. Qoz ağacından düzəldilmiş masasının ardında otururdu və arxasındakı divarda diplomları asılı idi. Və mənə “niyə?” deyə sordu. Niyə bu qədər çox problem yaratmışdım? Hər birimizin özəl və nadir bir yeganəliyin müqəddəs bir qar dənəsi olduğumuzu anlamamışmıydım? Hamımızın sevgi təzahürləri olduğunu görə bilmirdimmi? Masasında oturub qeyd tutan Tanrıya baxdım. Hər şeyi yanlış anlamışdı. Biz özəl deyilik. Zibil də deyilik. Biz sadəcə varıq. Varıq və olacaq olan olur. Amma Tanrı “yox, bu doğru deyil” dedi. Oldu, yaxşı. Tanrıya heç nə öyrədə bilməzsiniz.