İntro..

Posted by Sximnik | Posted in | Posted on 12:46 PM

…İlahi, bu nə ağrıdı?! Elə bil başımın içində mina partdıyıb. Taqətim də yoxdu bir hərəkət eləməkçün, hər yerim də ağrıyır. Elə bil üstümə tonlarca yük yükləyiblər. bəlkə də bu dəyqə yerimdən tərpənmək mənə indiyə qədər tapşırılmış bütün işlərdən daha çətindi. Aman Allah, bu nə ağırlıqdı çöküb üstümə?! Nə oldu mənə?! Sadəcə yuxuya getdiyimi xatırlayıram. Ama bugün işdə bu qədər yorulacaq, taqətdən düşəcək bir iş də görməmişəm axı.... hal hazırda uzandığım yer də yatağıma bənzəmir. Qoxu da otağımın qoxusu deyil. Otağımın divarlarından da siqaret iyi gəlir ama burda belə bir iy hiss olunmur. Yox, səhər açılmayıb hələ ki... yoxsa Alim zəng eliyərdi. Hər gün səhər o oyadır onsuz məni işə gecikməməyimçün. Zəngin səsinə ayılmayan, ayılsam da söyə söyə söndürüb təzdən yatan zibil olduğumu bilir, ona görə... demək ki hələ gecədir. Şübhələrim daha da artır. Bədənimi soyuq tər basdı. Ürək döyüntülərim də artır. Həyəcanlanıram deyəsən. Fikrimdə daha da qətiləşirəm. bura heç mənim otağıma bənzəmir. Gecə saatdan asılı olmayaraq aşağaıdakıların səsi gəlməli idi axı. Vaxtını gecə klubunda keçirənlərin, birbiriylə sğyüşən fahişələrin səsi gəlməli idi axı... Ah, titrəməyə başlayıram artıq. Bir gün o fahişələrin səsini eşitməyimi bu qədər çox istəyəcəyim heç ağlıma da gəlməzdi. Hardayam mən?! Gözlərimi açmalıyam....
...Və gördüyüm səhnədən dəhşətə gəldim. Donmuş bədənimdə indiyəcən heç vaxt hiss eləmədiyim bir gizilti gəzdi. Hər hüceyrəmdən tər axmağa başladı. Elə bil bütün damarlarım partdadı. Iç qanaxma keçirdim elə bil. Canıma vəlvələ, bədənimə titrətmə hakim kəsildi. Gördüyüm bu səhnədən sonra ürəyim kamerasında yanğın olan məhbus kimi çırpınmağa başladı, qəfəsini qırmaq istəyən aslan kimi qabırğalarımı yumruqlamağa başladı. Yenə dünən gecə yatmazdan əvvəl hiss etdiyim o dözülməz baş ağrısı. Yox, bircə bu yox.... Yoooooxxx....
...bu gecə nə uzunn oldu?! Alim niyə zəng eləmir?! Niyə səhər açılmır?! Nə əzab verici gecə oldu bu... bayaq gordüklərim yuxumu idi? Yəqin... ama çox inandırıcı idi. Yox... bu mənim yatağım deyil. Ilahi, hər şey yenidənmi başlayır?iki dəfə ard arda eyni yuxu? Bu dəfə üstümdə o taqətsizlik yoxdu ama... gözlərimi açmağa qorxuram. Mən axı soyuqqanlı idim. Niyə belə həyəcan keçirirəm?! Mən axı cəsarətli idim, niyə belə qorxuram?
... Yox, elə qorxmağa dəyərmiş. Deməkki yuxu deyilmiş. Ama gərək bu dəfə huşumu itirməyim. Ən azı harda olduğumu, niyə burda olduğumu anlamadan.. bu nə qəribə yerdir? Heç vaxt görmədiyim əşyalar, mühit. Heyrətlənməmək mümkün deyil. Bəlkə halüsinasiya görürəm? hə, hə, elədir ki var. Özüm öz dediyimə inanıram görəsən? Belə də şey olar? Dostlarımın zarafatına da bənzəmir. ən yaxşısı gözləməkdir. Nə edəcəyini bilmirsənsə, edə biləcəyin bir şey yoxdursa ən yaxşısı nə olacağını səbrlə gözləməkdir. Qapının arxasından səslər gəlir. Deyəsən otaqda kamera var. Oyandığımı görən kimi gəlməyə başlayacaqlar. Qapı açıldı sonunda.. səbəbini bilmədiyim mənasız bir həsrət sona çatdı. Qapının açılması ilə birisi içəri girdi. Və heyrətdən dilim tutuldu. Huşum artıq mənnən asılı deyildi. Istədiyi vaxt gedirdi, istədiyi vaxt gəlirdi.
Işə getməkçün səhərin açılmağını bu qədər çox arzuladığım heç yadıma gəlmir. Buda mı yuxu idi? Aman Allah, bu nədi mən yaşayıram? Yenə də sükut, səslər gəlmir. Cəhənnəm olsun, görək nolur....
O yenə qarşımda idi. Iri qara gözlərilə maraqla və diqqətlə mənə baxırdı. Heç vaxt insan görməyibmiş kimi. Mənsə indiyəcən keçirmədiyim, adını belə bilmədiyim bir hislə gözümü ona dikmişdim.
- Narahat olma, sənə pisliyim dəyməz.
Hara narahat olma? Burda rahat olmaq olar?
- Sən sadəcə bizə lazımsan.
Necə yəni bunlara lazımam? Məndən nə istəyə bilərlər ki?
- Səndən sadəcə məlumat alacağıq. Sənin köməyinə ehtiyacımız var. Nun üçün burdasan.
Bu cür yerdə, dünyanın ən inkişaf etmiş ölkələrinin saraylarında olmayan əşyalar olduğu balaca otaqda... bunlara sahib olanlar məndən nə kimi məlumat ala bilərlər ki?
- burda, yəni harda?
- Adını bilmədiyin, təsəvvürünə belə gətirmədiyin, varlığına inanmadığın, nağıllarda adı gələndə güldüyün yerdə.\
Harda olduğumu düşünmək belə istəmirəm.
- Məndən nə istəyirsiz?
- Danışmağıvı isiyirəm
Insan olsa mütəntiqdi deyəcəm ama...
- Nə haqda? Sən kimsən? Bura haradı?
- Bunları boş ver. Hər şeyi sənə izah edəcəm. hələlik istirahət elə.
Bir neçə gün sonra artıq hər zamankı soyuqqanlılığım, bivecliyim qayıtdı yerinə. Ölmüş maraqsızlığım yenidən dirildi. Özümü artıq yenə də dünyadakı kimi hiss edirdim. Çox çox uzaqlardan dünyanın çempionlar liqasının topu boyda göründüyü otağımın pəncərəsindən baxanda. Hər zamanki hissiyatsızlıq, pessimist, heç nəylə maraqlanmayan – harda olduğu, nə üçün olduğu, sonunun nə olcağıyla belə maraqlanmayan “mən” gəlib oturmuşdu yenə öz qızıl taxtında. Sarayın qapılarını kilidləmişdi yenə. Dünya necə də balaca gorsənir ona uzaqdan baxanda.... həm maddi həm mənəvi baxımdan. Necə də mənasız, maraqsiz gorsenir. Oysaki dünya necə də böyük, ucsuz bucaqsızdır, maraqlıdır içində olan insanlarçun, dünyalılarçün. Halbuki mənim o boyda dünyadan istədiyim tək şey siqaretimdi... o boyda dünyadan... içimdə olan kiçik geri dönmə istəyimin tək səbəbi siqaretimdi. Ama insanlar.... necə də bağlıdırlar, dörd əllə yapışıblar dünyadan heç ölməyəcəkmiş kimi.həyatı dünyanı böyük, ucsuz bucaqsız, əbədi zənn edirlər. Gözləri tutulub. 3 gün yaşayacaqları dünyada 5 gün dava eliyirlər. Böyük ölkələr balacaları, böyük insanlar balaca insanları “döyür”, “qul” ideologiyası hökm sürür. Mənəviyyat adına bir pox qalmıyıb. Kapitalizm əsrlərdən bəri gələn müxtəlif mənəvi əsaslara söykənən milli dəyərləri, münasibətləri nəğd pul üzərinə keçirib. Pul üstündə qırır insanlar bir birilərini yalnız tək bir şeyə - comərdliyə sərhəd qoyulmayan yerdə. Pulun, geyimin, maşının dəyərilə insanların yarışdığı pritondu sadəcə zəkanızla bir birinizlə yarışın deyilən yer – dünya. Insanın dəyər verdiyi şeylərlə insana dəyər verilən yerdir dünya. Ona dəyərini sadəcə insanın qazandırdığı şeylərlə. Öz ailəsini saxlamaqçün qürurunu, mənliyini alçaldan vaideynlərin, yekəqarın müdirlərinin ciblərini doldurmaları üçün işlədikləri zavodların zəhərli havasıynan nəfəs alıb həyatını sürdürməyə çalışdığı, parazitlər kimi çırpındığı yerdir. Pulu olanın kitab nədi bilmədiyi, kitab oxumaq istəyənin kitab almağa pulu olmadığı yerdir. Öz əməyini, canını, ciyərini satıb quru çörək alanlarla gecələrdən həzz alıb ən bahalı maşınlara, evlərə sahib olan fahişələrin birgə yaşadığı yerdir o yer...
Insanlar necə də qəribə zamanədə yaşayırlar. Kişilik yox, mənlik yox. Cəsarətli olmağı küçə döyüşləri ilə, səbrli olmağı hər cür zülmə qarşı soxub içinə oturmaqla ölçürlər. Adını vətən qoyduqları qeyri müəyyən, abstrakt bir anlayışa görə əsgərlik deyilən anlaşılmaz bir qurumda gənclərin həyatını məhv edirlər. siqaretin bitməyiylə bitən dostluqları göstərirlər onlara. Artıq insanlar həyatlarını təbiətin qanunlarına görə deyil, öz qanunlarına gör yaşayırlar. Ağıllarına da gəlmir təbiətin bir gün onlardan amansız intiqam alacağı.
Nədi vətən? Təbiət yaradıb bu anlayışı? Yox. Vətən insan hərisliyinin ən yuksək nöqtəsidir. Yox, mən səhv edirəm. vətən yox, dövlət. Dövlətlər. vətən deyə bir şey ümumiyyətlə yoxdur. Çünki burdakı torpaqla Kanadadakı torpağın, burdakı dağla, meşəylə, ordakıların mənəvi baxımdan heç bir fərqi yoxdur. Dövlət eqoizmin son həddidir. Ilk öncə şəxsi qullara sahib oldular, sonra qəbilələrə, tayfalara, kəndlərə sahib oldular, sonra şəhərlər yarandı, sonra qalalar tikildi, güclülər bir neçə qalanı ələ keçirdi, texnika inkişaf elədi, qalalar sərhədlərlə, krallar prezidentlərlə, vəzir-vəkillər nazirlərlə, həbsxana rəisi prokurorla əvəz olundu. Aclar, sürünənlər isə sadəcə yeni nəsillərlə əvəz olundu.
Gündəlik əyləncələr, keçici həvəslərlə yaşayırlar. Bu dəqiqəni ən şən şəkildə necə keçirə bilərəm? ama heç kim bu dəqiqəni necə ən xeyirli şəkildə keçirə bilərəm deyə düşünmür.
“Oğlumuzun evlənmə yaşı çatıb, arvad, axtaraq ona bir qız tapaq”a qarşı mübarizə apardığımız dövrdə utanmaz-utanmaz, sırtıq-sırtıq televiziyaya çıxıb “ay camaat, mən özümə arvad axtarıram” “özümə ər axtarıram” deyə hayqırırlar. Hələ fəxr də eliyirlər butun dunya azərbaycanlılarının bunlara baxmaqları ilə çox böyük pox yeyirlərmiş kimi.... yüz cür don geydirib özlərini təmizə çıxarmağa çalışırlar.
Anlıq heyvani zövq parıltısı üçün insanlıqlarından keçirlər.
Bəs harda qaldı insanlıq? Hardadı mənəviyyat? Hardadı cəsarət, səbr, inam? Hanı Tanrının qoyduğu qanunlar? Hanı....
Aha, zəng çalındı. Indi gələcəklər.... budur qapı açıldı, iri, qara gözlü otağa daxil oldu. Yanında qoca bir kişi də var. Saçları tökülsə də, üzü qırış qırış olsa da hələ də gözlərində həyat eşqi, insanlarda görmədiyim saflığı gördüm.
- Gəl oğlum, artıq getmək vaxtıdır.
Son bir dəfə pəncərədən dünyaya baxıb soyuqqanlılıqla qocanın yanına getdim. Ümid edirəm bu haqda düşünməyə yenə vaxtım olar..... kim bilir...?!