Eşitmə...!
Posted by Sximnik | Posted in Deyinmələr | Posted on 1:35 PM
Çıxartma o nauşnikleri qulağınnan... çıxartma... eşitmə bu oğraşdarın qeybətlərini. Etdikləri qəhbəlikləri, alçaqlıqlarını danışmalarını... lovğalıqlarını, başqalarını alçaltmalarını... kimisə xor görməklərini, lazımsız söhbətlərini, qızları analiz etmələrini, özlərini öymələrini, paltarlarını, maşınlarını, telefonlarını hardan aldıqlarını... lazım deyil eşitməyin onların panyatka söhbətlərini. Kimnən harda nə söhbət etdikləri, kimi harda necə yerində oturtmaqlarını, kimi necə sındırmaqlarını... Açma qulaqlarını... qoyma səni aldatsınlar... qoy birini maşın vursun, o biri yansın, o birisini bıçqlasınlar, o biri kömək istəsin.. lazım deyil... qoy eləcə də qalsınlar... açma qulaqlarını... qoyma qəlbinə kin, nifrət, şübhə salsınlar... qoyma ruhuna qara ləkə atsınlar... öyrənmə onlardan alçaqlıq, oğraşdıq, qız bişirmə, başqasının haqqını yemək, başqasına küfr etmək metodlarını... çixartma o nauşnikləri... eşitmə onların yalan vədlərini, boş “fəlsəfə”lərini, qıçlarınnan uydurduqları 1 aylıq xoşbəxtlik fəlsəfələrini, səviyyəsiz musiqilərini... Disarmonia Mundi`yə qulaq as, Norma Jean`ə qulaq as yaxşısı... Yalnızlıq ağır basanda Shamrain dinlə, bircə onları dinləmə... onları eşitmə... və əlinnən gələni elə... dinləmə onların yalan inanclarını, saxta tedris prosesini, beynini yumalarını... içiboş inkişaf, progress planlarını... eşitmə lənətə gəlmiş motor səslərini, metronun danqadurunqlarını, siqnal səslərini, şoferlərin söyüşməyini, qocalı cavanlı “məşğul, səviyyəli, komforta öyrenceli” basabasda tər iyniyən millətimizin lazımsız deyinmələrini.... Sən işində ol... Qulaq as Hurts`ın Unspoken`inə... ayrıl buralardan... qanadlan... ekstaza gir... bircə burdan uzaqlarda ol... bacardığın qədər...