PT.2: 3-Ə GİRİŞ

Posted by Sximnik | Posted in | Posted on 1:31 PM




Bəziləri bilmək istər ya yaşayaraq ya da düşünərək
Bəziləri axtarıb tapmaq
Bəziləri hiss etmək istər
Amma bəziləri var olduğunu nə bilər nə hiss edər…
Sevgini sadəcə azad insanlar hiss edər, digərləri sadəcə
onun kölgəsini görər…


… və birdən alovun səviyyəsinin artdığını hiss etdim. Artıq sinəmə çatanda ürəyimdə bir sancı hiss etdim. Dayanar dedim ama gözüm yandı… yerimdə dayana bilməyib ayağa qalxdım. əlimdə Filipp`in qılıncı olaydı da bu`nun başından vurub bədənini ikiyə ayıraydım. Yumruğum toppuz olardı da beynini dağıdardım. Ama… Yanından keçib onun arxasındakı pəncərəyə yaxınlaşdım. Bütün hirsimi pəncərədən çıxdım onu açanda… var gücümlə içimdəkiləri tüpürdüm. Yerə düşən ləkələrdən anladım divara vurduğum yumruğun ağrısını hiss etmədiyimi. Bəzən daha əhəmiyyətli işlər olan zaman beyin endorphin ifraz edir. Sinapslardan ağrı hissinin siqnalları keçmir onurğa beynindən baş beyninə… gözlərimi yerdəki qan ləkələrindən ayırıb başımı qaldırdığımda isə…
Ah Bardamu… !
Oradan keçən zaman başım dəmirə dəyməsin deyə başımı əyəndə zamanın nə olduğunu düşündüm. Düşündüm… hətda zamanın yükü altında əzildim… Mahiyyətini dərk etdim. Və bir gün 11 yaşımda çəkilmiş şəklimi görəndə. Və uşaqlıq şəklimdə gözlərimə baxanda. Bir həyat eşqi, sevgi, sevinc saçan gözlərimə. Və indi bir də indi güzgüdə gözlərimdəki kədəri görəndə anladım… - zaman.və əllərimə baxanda… Bir gün anasını qucaqlayan o kiçik, totuş-potuş əllər… Atasının əlindən tutub yolu keçən o uşağın əlləri. Bir gün insanları sevgiylə qucaqlayan o əllər indi hansısa qadının bədənində ehtirasla gəzişir…kimisə vurur, kimisə incidir, kimisə əzir. Və gözlərimi qaldırıb yuxarı baxanda… Beynimə nəzər salanda. O vaxtkı “öz beynim”lə indiki Bardamu`nun beyni, düşüncələri və həyat tərzi arasındakı uçurumları görəndə, anladım zamanın ihtişamını.bir gün barmaqlarımın ucu o dəmirə dəysin deyə tərləyib, nəfəsim kəsilənə kimi, əzələlərim yanana kimi hoppanmışdım. Ama indi başımı əyirəm dəyməsin deyə… və indi… ba hadisə, bu varlıq qarşımda durduğu bu anda… mənim onun arxasına keçdiyimi görüb o da fırlanan piano stolunu fırladıb düz gözlərimin içinə baxırdı. Yaşla dolu, işıl işıl, parlayan, qəmli, dünyanın yükünü içində daşıyan, içinə yığmış, özü ayrı bir dünya olan gözləriylə… hmm… və indi anladım zamanın qüdrətini. Və cəmiyyətin, insanların, ətrafın insana təsirini…
Nə oğraş, alçaq insanlığın əhatəsində yaşayırıq… bu gözəlliyin bu məsumiyyətin qarşısında necə laqeyd durmaq olar? Bu gözəl gözləri, heyranedici saçları…necə məhv etmək, görməzdən gəlmək olar?

T.B.C.