Bloqlarımız ("qəhrəmanlar")
Posted by A-Psychosis | Posted in Tənqidi deyingənizm | Posted on 6:55 AM
"Başına siyasi qəzet keçirib yaşayanların siyasi tənqidi çürütmələri anormal deyil, sadəcə ürəkbulandırıcıdır..."
Azərbaycan adlı igidlər diyarında qəhrəman çoxdur, amma hansı qəhrəmandan ?! Qısaca cinayətkar psixologiyasına deyinmək istəyirəm. Bir cinayətkarın düşünmə tərzini, onu cinayətə yönləndirən səbəbləri təhlil etsək, öz əməllərinə yaxşıca düşünülüb planlaşdırılmış qəhrəmanlıq davranışı kimi baxdığını görə bilərik. Cinayətkar öz davranışının ona müəyyən üstünlük gətirdiyi fikrindədir. Yəni məsələn, planlı şəkildə bank soyma əməliyyatını həyata keçirən oğru polisdən daha ağıllı və üstün olduğunu düşünər, öz gözündə o bir qəhrəmandır, lakin etdiyi hərəkətin qəhrəmanlıqla heç bir əlaqəsi olmadığının, düşüncəsində canlandırdığı igidlikdən çox uzaqda bir məna daşıdığının fərqinə vara bilməz, anladığında isə artıq gecdir. “Qəhrəmanlıq” anlayışının yanlış anlaşılması təkcə ölkəmiz üçün yox, bütün dünya üçün xarakterikdir. Məsələn, güclü viruslar yaradıb kompüter şəbəkələrini yoluxduran bir xaker öz gözündə böyük qəhrəmandır, əslində zərərli bir həşərat olduğunu heç düşünməz. Bəli, xakerlik heç olmasa qlobal bir “qəhrəmanlıq” problemidir, bəs ölkəmizdə kiçik və bəsit “qəhrəmanlıqlar”a nə deməli ?! Bütün gününü netin qıztutma əməliyyatının uğurlu olma ehtimalının yüksəl olduğu yerlərində keçirən insanlar böyük qəhrəmanlardır məsələn, amma bu çürüdülmüş məsələləri çürütmək fikrim yoxdur.
Hazırda məni ən çox maraqlandıran bloq aləmimizdən deyinmək istəyirəm. Ölkəmizin ixracının yüksək faizini xam neft üzərində cəmləşdirib iqtisadiyyatı biristiqamətli inkişaf etdirməsi kimi bloqlarımız da biristiqamətli fəaliyyət göstərir, təbii ki hər kəs yox, əksəriyyət. Ana xətt tənqiddir, tənqid sanılan tənqidlər. Bloqlarımızdakı siyasi tənqid yönümlü yazılar nə vaxt seyrəkləşəcək görəsən ?! Düzdür siyasi vəziyyət bunu gərəkdirir, amma millətimizə hər şeyi ifrat çürütmək xas olduğundan bunu daha yaxşı başa düşürəm. Vəziyyəti izləmişəm, elə ən çox oxunan bloqlar da elələridir. Bu da yuxarıdakı psixoloji aspektlərin təhlilinə qayıtmağımı gərəkdirir. Cinayətkarlarla əlaqəli bir gerçəyə də diqqət etmək lazımdır: cəzaları ağırlaşdırmaq heç də cinayətkarı etdikləri şeydən uzaqlaşdırmaz, peşmanlıq və dəyişmək hissi aşılamaz, əksinə bir qəhrəman olduqları düşüncəsini daha da gücləndirər. Cinayətə meylli kəslərin eqosentrik bir dünyada yaşadığı da həqiqətdir. Yəni nə qədər çox baş qoşsan, fikir versən, o qədər çox eqosunu doldurar və əməlindən yüksək həzz alar. Demək istədiyim, belə çürüdülmüş siyasi “tənqid” dolu bloqların oxucusu çox olduqca, belə yazılar daha da sıxlaşır və həqiqətən artıq ürəkbulandırıcı dərəcədədir. Bir başqa problem də var ki, o da tənqidin tənqid kimi əhəmiyyətini itirməsidir. Bir prosesi təhlil etmək deyil əsas məsələ, vacib olan şey sonda qüsurlu vəziyyəti təmizləmək üçün təklifin verilməsidir. Buna isə demək olar ki siyasi tənqidlərin əksəriyyətində rast gəlinmir. Belə bloggerlər qəhrəmanlardır, kəskin olduqlarını düşünsələr də, qılıncları taxtadandır. Bloqlarımızda mövzu rəngarəngliyi, oxuyuculara nəsə öyrədən, elmyönümlü, ya ictimai problemlər və onların həllinə yönəlmiş, bədiilik qoxan məqalələr görmək ümidi ilə...