Vərəm
Posted by Sximnik | Posted in Deyinmələr | Posted on 7:27 AM
Vərəmdən ölmək istəyirəm.İppolit kimi... gəbərib getmək...əsrlərlə hər kəsə əziyyət verən, narahat edən, ətrafına zərərdən başqa heç nə verməyən, ayaqları mikrob dolu o murdar milçək kimi.... ciyərlərimdən başlayıb axırıma çıxsın, yesin bitirsin hüceyrələrimi, bir-bir, seçiciliklə, dənə-dənə, hər birini ayrı-yrı.... bu oğraş cəmiyyətin beynimi, beyin hüceyrələrimi bircə-bircə yediyi, həzm etdiyi kimi.... xəyallarımı, ümidlərimi, sevgimi, həyəcanımı günbəgün, hər saat, aniyə-saniyə damla-damla, qətrə-qətrə süzüb qurutduğu kimi.... hər gün Onun yaxınlaşdığını hiss etmək, yolunu gözləmək.... hər keçən saat, dəqiqə, saniyə yaxınlığını, təsirini hiss etmək... hər keçən an onun böyüklüyü, əzəməti, ihtişamı qarşısında belimin get-gedə, yavaş-yavaş bükülməsi, gecələr onun gücü qarşısında dizlərimin bükülməyi, onun qarşısında – gücünün, qorxusunun, təsirinin qarşısında diz çökmək, qiptə etmək, soyuq tərlər axıtmaq... hüceyrələrimin qılaflarını qıra-qıra içini yeyib axırıncı hüceyrəmə çatdığı anda ruhumun son bəlğəmimlə bədənimdəın ayrılması.... uzaqlara lap uzaqlara... buraların, insanların olmadığı yerlərə...