Küllər Cənnətdən Düşəndə...

Posted by A-Psychosis | Posted in | Posted on 2:32 AM

Tərk etdiyim bütün sözlər səbəblərdir
Bağladığım qapılara açarları keçirir
Və,bilirəm,onlar heç vaxt açıla bilməzlər
Yanıb kül olmaqdan dünyamı xilas edə bilməzlər
Bu alovlar səhvlərimdir,doğruları məhv edir
Küllər cənnətdən düşəndə
Onlar etirafım kimi düşürlər...

Utancımdan kənarda,yalanların mərkəzində
Yanğından qaralmış divarlara söykənirəm
Cızıram sözləri,etməyə cəsarət etmədiyim
Və bilirəm artıq gecdir,kədər göz yaşları indi nifrətlə axır
Dəyişmək də gecdir,həqiqətlər saxta gözlərlə baxır
Günahlarımı soyunuram,ola bilsin dəfn etdim
Xatirələrlə birgə,illərlə həbs etdiyim
İnsanlar silahlara qurşanır,bütün sular çirkli axır
Xəyallar üstün gəlir,doğrular altda qalır
Dağıntılar cəlbedici,əllərimdəki qanlar ağırlıq edir
Xəstə otaqlarını həyat sananlarla,dünyanı dövr edənlər
Kağızlarında boğulanlar və aclıqdan ölənlər
Qarşılaşır küçələrdə,saxta gülüşlər hökmranlıq edir
Və bilirəm artıq gecdir,kədər göz yaşları indi nifrətlə axır
Dəyişmək də gecdir,həqiqətlər saxta gözlərlə baxır
Günahlarımı soyunuram,ola bilsin dəfn etdim
Xatirələrlə birgə,illərlə həbs etdiyim

Tərk etdiyim bütün sözlər səbəblərdir
Bağladığım qapılara açarları keçirir
Və,bilirəm,onlar heç vaxt açıla bilməzlər
Yanıb kül olmaqdan dünyamı xilas edə bilməzlər
Bu alovlar səhvlərimdir,doğruları məhv edir
Küllər cənnətdən düşəndə
Onlar etirafım kimi düşürlər...

Sakit barda izdihamdan dalğa kimi ümidsizlik səsləri
Yaxşı günlər üçün seçilmiş bir qədər içki və xoşbəxt sonluqlar
Qırmızı sel,yuxusunda batan şəhərdə dağıntılar
Ekranlarda hərbi maşınların sonsuz nəğməsi
İnandırılırıq,həyatımızın gələcəyi bunlardan asılıdır
Axışın döyüşlərə,düzülün sərhədlərə,borcunuzdur ana vətənə
Prezident yerinizə ağlayacaq,liderlər sizin üçün ən yaxşısını edir
İnandırılırıq,ibadətimiz tamahkarlıq sütunlarına yoldaşlıq edir
Xoşbəxt son,axmaq insan,əllərdə qan,quru qəhrəman statusu
Bir-iki medal,yanmış cənnət,barıt qoxan nəfəslər rəhbərlik edir..

 Tərk etdiyim bütün sözlər səbəblərdir
Bağladığım qapılara açarları keçirir
Və,bilirəm,onlar heç vaxt açıla bilməzlər
Yanıb kül olmaqdan dünyamı xilas edə bilməzlər
Bu alovlar səhvlərimdir,doğruları məhv edir
Küllər cənnətdən düşəndə
Onlar etirafım kimi düşürlər...

İndi isə,aç qulaqlarını geniş,eşit günahlarını,alçaq insan
Güc əllərində,alovlar dilində
Bu elə gözəl dünyadır,alçaq insan
Sənin kimi oğrular və parazitlər üçün
Pul və şöhrət,elə ucuz və əlçatandır
Bəs insanlıq,bəs təbiət,hə alçaq insan
Axx,necə gözəl dünya
Sənin kimi oğrular və şarlatanlar üçün
İndi sus,qarşında şah əsərin,izlə həzz al,alçaq insan..