Dosta Məktublar 5: İçimdə qalanlardan tökülənlər

Posted by A-Psychosis | Posted in | Posted on 1:29 PM

 “Charles Bukowski kişinin xatirəsinə həsr olunur.”
  
   Məqaləmə başlıq tapmaq kimi bezdirici bir şey düşünsəm də ağlıma gəlmir, əslində əsas məsələ başlıqdan başlayır, sonra kəlimələr rahat tökülür sətirlərə, cümlələr Nil çayı kimi axır, sonda da delta yaradıb ora-bura parçalanır, hər oxuyucu sonda mənanı və nəticəni müxtəlif cür qavrayır yəni demək istədiyim. Hər kəsin canı cəhənnəmə, nə qədər yaxşı yazdığımı düşünsəm də, bəzən reklam etməyə həvəs olmadığından dolayıdır ki, məqalə oxunmur, bəlkə də siyasi axmaqlıqlardan yazmadığımdan, başlığa müxalifət, iqtidar yazmadığımdandır. Hər yazıçı zatən yaxşı yazdığını düşünür, lazımsız eqolar, yalnızca yazdığını düşünür, nə yazdığı önəmli deyil, təki cəlbedici başlığı və reklamı olsun. Pivə götürdüm soyuducudan və keçdim kompüterin qarşısına, yazmaq rahatladır, düşünmədən yazıram, və arada ölmüş yazıçılardan oxuyuram, canlıları bəyənmirəm, məndən yaxşı yaza bilməzlər, canım.. Maraqlıdır, hər kəs ağıllı olduğunu düşünür, içi mən qarışıq, hər kəs patriot olduğunu, tanrının orada bizi gözətlədiyini, və ya elə bir şeyin ola bilməyəcəyini, yaxşı öpüşdüyünü, daha zövqlü olduğunu, böyük filosof olduğunu düşünənlər belə var. Hər kəs nəyəsə əmindir, lənətə gəlmiş boşbaşlar. Filosofları da sevməm, filləri sevmədiyimdən deyil, onlar da yekəbaşdırlar. Hərə bir fərqlilik edir, ad qoyub gedir, insan sülaləsini dəyişmiş görmürəm amma, o zaman nəyə lazımdınız ey başbilənlər, ortada səmərə yoxsa faydalı iş də olmamış deməkdir. Ümumiyyətlə sevmirəm boş danışanları, nəyisə öyrətməyə çalışanları, bekarçılıqdan yazdıqlarını düşünürəm, və hər kəs şöhrətpərəstdir, özündən sonra iz qoymaq istər, ölüb torpaqda çürüsə də, yandırılıb külü havaya sovurulsa da, ölümündən sonra barəsində danışılmağını istər, nə önəmi, mənə deyin nə önəmi bütün bunların, götünüz havada qalacaqsa altına düzəltdiyiniz oturacağın bir küncdə qoyulub ona tamaşa edilməsinin nə xeyri, heç cür anlamadım.
Seks, kino, gəzinti, içki barədə düşünənlər daha ağıllı gəlməyə başladı nədənsə, amma siz belə düşünməyin, mən bir az xəstəyəm. Otağıma qaçıb rahatlığıma qovuşmağa çalışıram, pleyerdə bəsləndiyim musiqilərdən qoyuram, günboyu axsın arxa fonda, içimdəki həvəsi və yaşam sevgisini oyadır sanki. Sərtdirlər qulaqlara, amma həyatdan ki sərt deyillər. Arada dostumdan aldığım məktubları oxuyuram, əslində tanımadığım kəsdir, və həqiqətən tanımadığım kəslərə dost demək daha təhlükəsizdir, o da məni tanımır, maraqlı olduğumu düşünür, hər məktubuna bir-iki kəlimə cavab yazıb göndərirəm, hər dəfə də şikayətlənir, bu dəfə içkiliyəm, və bir şeylər yazmağa cəhd edəcəyəm, həyat barədə nə düşündüyümü soruşmuşdu sonuncu dəfə. Ayaqlarımı aralayıb birtəhər əyriayaq stuluma basdırdım götümü (stulu təmir etmirəm, dərd etmirəm, insanlardan daha dözüləsidir), və ağzıma gələni yazdım, ümid edirəm bu dəfə zibil tip olduğumu anlar da, filosofluq etməyimi gözləməyindən əl çəkər və sikdirib gedər.
   “Dostum, dünyaya ağlayaraq açdım gözlərimi tanımadığım kəslərin, iri məməlilərin arasında, ağa bürünmüş qara-qura varlıqların mənə yönəlmiş baxışları ilə “blin, nə gijdillaqxana yerdir bura, mən haradayam” deyə düşündüm, elə söyüşümün də debütünü etmişdim, qışqırıb etiraz etmək istədim, amma ağladığımı düşündülər, götümdən şillə vuranı da tutsaydım mələdəcəkdim, varyoxuna söyməyə cəhd etdim, amma yenə ağladığımı düşündülər, əvvəldən elə hər kəs məni səhv anlamağa başlamışdı, sonra yeni hisslə tanış oldum, aclıq, bu dəfə həqiqətən özümü cırıb dağıtmağa başladım, içindən çıxdığını düşündüyüm kəsin qucağına atıldım, yumyumşaq məmələri əmməyə başladım, ilk dəfə idi rahatlamışdım yekəgöt böyüklərin arasında, sonradan ayaqlarımın arasında nəyinsə sallandığına diqqət etdim, əlimi aparıb yoxlamaq istədim, əlimdən vurdular, başımı yaxınlaşdırıb ağzımla yoxlamaq istədim, amma heç cür o sirliyə çata bilmirdim, arxamda niyə bu çıxıntıdan olmadığını düşündüm, hər şey maraqlı idi, niyə və necə peyda olduğumu özümdən soruşmaqla keçirdi vaxt, yedim, içdim, işədim, siçdim, üzümə güldülər, qaşqabaq asdılar, artıq aclıq və həzz adiləşmişdi, böyüyüb onlar kimi olmaq istədim, qələt elədiyimi sonradan anlamışdım, hər gün yeni şeylər kəşf edirdim, ayaqlarımın arasındakı çox işimə yarayırdı, artıq ağlamırdım, dünya deyilən yerdə mənə də bir zibil boçkası ayrılmışdı, zaman keçdikcə başımdan nələr ötdü, düşündüm və düşündüm, niyə səhv anlaşıdığımı, niyə yalan adlı toyuğun daim yumurtlamağa hər kəsin ehtiyacı olduğunu, kim olduğumu, arxamdakı çıxıntıdan qabaqda niyə olmadığını (yaxşı ki olmamış, birin hələ doyuzdurmaq çətindir), niyə və necə yarandığımı, hər şeyi və hər şeyi, düşünmək yaramırdı artıq, sikilmişdim əməlli, böyüklər təcavüzkar imiş, artıq ağlamırdım və yerimə işəmirdim, artıq hər şey marağını itirmişdi, artıq düşünmürdüm, tək bir şeyin həyatın mənası olduğunu pıçıldamışdı qulağıma zibil daşıyanlar: Ye və Siç! Və tez gəbərib get ki dünyanı çox kirlətməyəsən..”