Deyingən alıntı

Posted by Sximnik | Posted in | Posted on 11:40 AM




Qırışlı sifəti heç dəyişməyən bədbin, ətalətli Bakı iyun günəşinin altında süst düşmüşdü. Qızmar günəş şəhərinbaşına od yağdırır, ayaq altında əriyən asfaltdan qalxan isti adamın sifətini yandırırdı. Damlarda qaynayan qırıniyinə qarışan turşumuş tər qoxusu, maşınların tüstüsü şəhərin divarlarına, daşa-torpağa hopmuşdu. Qara tumanlıqara-qura oğlan uşaqları şəhərin müxtəlif yerlərində quraşdırılan fontanlarda çimir, polislər onları qovsa da, beşdəqiqə sonra qayıdıb yenə suya dalırdılar. Dənizkənarı parkda səs-küydən ağız deyəni qulaq eşitmir, qara eynəkli,qara şalvarlı, ağ köynəkli əyalət oğlanları üzlərində makiyajları əriyən qızlara sataşır, hərdən bir onlara barmaq daatırdılar. Bu əyalət oğlanlarının bacıları bir qayda olaraq Bakının “Mars”, “Piraniya”, “Koral” kimi barlarındafahişəlik etdiyindən, onların küçədə gördükləri qızlara sataşaraq, talelərindən intiqam almaqdan başqa çarələriqalmayıb. Dönərin ürəkbulandıran qoxusu dönərxanaların yanından keçənlərin paltarlarına, bədənlərinə yapışır, təriyinə qarışırdı. Şəhərdə aparılan tikinti və bərpa işlərində çalışan qurşağa qədər soyunmuş fəhlələrin qaldırdığı tozbuludu yoldan keçənlərin ciyərlərinə hopur, astma xəstəsi olanları öskürək pristupuna tuturdu. Yolların və səkilərinasfalt örtüyü, daş döşəməsi üç-dörd aydan bir dəyişdirildiyindən, piyadalar dizlərinə qədər palçığa, quma batır,maşınlar isə havadakı tozun bir an olsun yerə düşməsinə imkan vermirdilər. İlıq pivə içmək üçün kilkə qoxuyan,kondisionersiz kafelərə daraşan adamlar, bir müddət sonra oradan ucuz pivə və balıq iyi verə-verə çıxıb, şəhərincanına düşürdülər. Tinlərdə əyinlərinə naxışlı qara köynəklər geymiş, boyunlarının ardına yaylıqlar qoymuş əlitəsbehli, bığlı şəhər qədeşləri istidən ləhləyir, hər on beş-iyirmi metrdən bir qızmar asfaltın üstündə bağdaş quran85qara çarşablı dilənçilər əsəblərə toxunan cır səslərilə “Həzrət Abbas” və “İmam Hüseyn” adına pul dilənirdilər.Ağzına qədər dolmuş zibil qutularının üstündə vız vuran yaşıl, qara milçəklər, cücülər və eşşək arıları, zibillikdəruzisini axtaran it-pişik, əsasən də rus millətinə mənsub “bomj”ların üz-gözünə yapışırdılar. Bomjlar onları əlləriilə üzlərindən qovsalar da, bir-iki saniyə sonra həşəratlar təzədən, bu dəfə daha qətiyyətlə zavallılara hücumçəkirdilər. Musiqiyə yüksək səs verib dar küçələrdə şütüyən avtomobillər, siqnalları ilə şəhəri başlarınagötürmüşdülər. Sfetoforların yarısının işləmədiyi paytaxt Bakıda yaranan tıxaclarda ilişib qalan avtobus və mikroavtobusların təpədən dırnağa qədər suyun içində olan, bir-birlərinin tər və müxtəlif ifraz qoxularını nəfəslərinəçəkən bakılılar və şəhərin qonaqları, siqaret çəkən sürücüyə lənətlər yağdırır, başlarını pəncərələrdən çıxardıbsərinləməyə çalışır, qoltuqlarının altı qırxılmamış arvadlar xırda bir bəhanə tapıb davaya, söyüşə başlayırdılar.Sürücülər də boş dayanmır, yanlarından ötüb keçən rəqiblərini ana-bacı söyüşləri ilə söyür, onların qız-gəlinləriniyada salırdılar. İki-üç nəfərlik qruplarla işləyən cibgirlər də basabasdan istifadə edib, camaatın ciblərindən mobiltelefon və pulları çırpışdırırdılar. Sovet dövründə əkilən, müstəqillik dövründə isə ildə minlərlə kəsilən ağaclardanyoxsun qalan Bakının əhalisi min bir müsibətlə kölgə tapıb, sərinləməyə çalışır, bəzi adamlar ağcaqanadlı, toztorpaqlıbağlara üz tutur, əhalinin bir qismi də Şixov çimərliyində üstündə on santimetrlik neft təbəqəsi olan,kanalizasiya sularının axıdıldığı Xəzərə kəllə vururdular. Çimərlikdə xələtlə suya girən abırlı-ismətli xanımlara,sahildə satılan isti qarğıdalıları yeyib sapını, qarpızları gəmirib qabıqlarını qumun üstünə tullayaraq milçəklərəziyafət verən adamlara da rast gəlmək olurdu. (Əli Əkbər, Artuş və Zaur)