Kitabdan Seçmələr 3: Adam Fawer - Empati (2-ci hissə)

Posted by A-Psychosis | Posted in , , | Posted on 5:44 AM

I.    “Neyronun nə olduğunu bilirsən, elə deyilmi?” Stevie “yox” anlamında başını salladı. “Neyron sinir hüceyrəsinin bəzəkli adıdır. Beynimizdə təxminən yüz milyard neyron vardır və bir-birləri ilə elektrik siqnalları vasitəsilə əlaqə saxlayırlar.” “Üç təməl neyron vardır. Aferent neyronlar toxuma və orqanlardan beyinə məlumat göndərir. Eferent neyronlar isə o məlumatı işləyib beyindən göndərilən siqnalları köçürür. Vasitəçi neyronlar da beyin və mərkəzi sinir sistemi içindəki əlaqəni təmin edir.” “Anladım.” “Yaxşı, 1996-da Giacomo Rizzolatti və Leonardo Fogassi adlı iki italyan elm adamı meymunların motor neyronlarını tədqiq edirdilər. Bir fasilə zamanı Fogassi bir bananı əlinə alınca, Rizzolatti meymunda hərəkət olmamasına rəğmən premotor korteksindəki bir neyron qəfəsinin atəşləndiyinə diqqət etdi. Normal olaraq neyronlar sadəcə bir hərəkət, hadisə əsnasında atəşlənir, amma o vəziyyətdə meymun hərəkəti gördüyü anda da atəşlənmişdi. Meymunun bananı əlinə alması ilə eyni şeyi elm adamının etdiyini görməsinin fərqi yox idi: hüceyrələr hər iki halda eyni reaksiyanı vermişdi. Rizzolatti bu hüceyrə qəfəslərinə “güzgü neyronlar” adını verdi.” “Qoy təxmin edim” dedi Stevie, “Bu güzgü neyronlar duyğuları da təqlid edirlər.” “Doğrudur. Biri ilə qarşılıqlı təsirə girdiyimiz zaman, o insanın davranışlarını müşahidə etməkdən daha artığını edirik. Beynimizdə onların hərəkət, təəssürat və duyğularının əksini yaradırıq, hərəkət edən, qəbul edən və hiss edən özümüzmüş kimi.” “Meymun gördü, meymun etdi” dedi Stevie. “Eynilə. Güzgü neyronlar, məsələn bir qolf taxtası ilə qarışıq hərəkətləri, sadəcə bir başqasının onları edişini seyr edərək etməyimizi təmin edir. Eyni zamanda duyğuları da göndərirlər ki, bir boksyora yumruq dəydiyi zaman olduğumuz yerdə təsirlənməyimizin də səbəbi budur, güzgü neyronlarımız o yumruğun bizə dəydiyi hissini verir.” “Ya da bir porno film seyr edərkən...” “Anladın” dedi Elijah onun sözünü kəsərək. “Hər nəisə... Elm adamları bizi digər heyvanlardan fərqləndirən şeyin beynimizdəki güzgü neyronların sayı olduğuna inanır, bəzi şeyləri öyrənməyimiz onların vasitəsilə mümkün olur. Alət istifadə etmək, söhbətləri anlamaq...” Elijah bir anlıq dayandı: “Və empati hiss etmək.”

II.    Christina dodaqlarını yaladı, ona doğru əyildi, atəşli və sərt şəkildə öpməyə başladı. Dilini ağzının içinə sürüşdürdü. Sərin və şokolad dadında idi. Amma altında bir istilik var idi: islaq və qaranlıq idi. Jill əlini yavaşca onun yanağında gəzdirdi, sonra boynunu oxşadı. Christina da onu özünə doğru çəkdi, bir əli ilə belini qucaqlarkən, digərini saçlarının arasında gəzdirdi. Sonra əli ayağı boyunca sürüşüb dizinə, oradan da gecəliyinin altına getdi. Oxşamalar yavaşca ayaqlarının arasına doğru çıxarkən Jill həzzdən partlayacağını zənn etdi. Bütün bədəni ürpərirdi. Sümükləri jele kimi olmuşdu. Zehni bütün düşüncələrdən təmizləndi və Christinanın ehtirasla titrəyən mavi arzusu onunkinə qarışdı. Bütün qorxuları yox olan Jill özünü buraxdı. Əlləri Christinanın üzündə və saçlarında dəlicə dolaşdıqdan sonra bədəninə sürüşdü. Gecəliyinin düymələrini açdı və əlini gecəliyin açılan yaxasından içəri soxub qadının ilıq, dolğun döşlərinə toxundu. Bədənləri bir-birinə bağlanarkən dərin bir nəfəs alıb Christinanı yeni bir həvəslə qucaqladı. Artıq özünün harada qurtarıb, onun harada başladığını bilmirdi. Tək bildiyi toxunduqları hər nöqtədə birlikdə olduqları idi. Birdən çılpaq qalmaq üçün dərin bir arzu hiss etdi, bədənlərinin arasında heç bir şey olmamalı idi. Ayağa qalxdı, gecəliyini başından çıxarıb atdı. Sərin hava dərisinə dəyincə hiss etdiyi ürpərti Christinanın soyunmasını izlərkən tərli həyəcana çevrildi. Qadının dolğun döşləri üstlərini örtən incə pambıqlı parçadan qurtulub sərbəst qalınca Jill onlara doğru çəkildiyini hiss etdi. Onu qucaqlamaq, bədəninin hər parçasının özününkünə dəydiyini duymaq üçün ayağa qalxdı. Christina onu özünə çəkib dıqnaqlarını kürəyində gəzdirdi. Jill ağzını açıb boynunu həfifcə dişləyərkən, həm də dili ilə incə dərisini yalayırdı.
III.    Evinə girdiklərində nə danışdı, nə də işıqları yandırdı. Bu davranışında heç bir sünilik yox idi. Onu yataq otağına yönəltdi. İlk dəfə orada öpüşdülər. Laszlo üçün son dərəcə həyəcanverici idi. Dodaqları bir-birinə dəydiyində hər şey dayandı sanki. O anda sadəcə Darian var idi. Başqaları önəmli deyildi. Başqaları zatən heç vaxt önəmli olmamışdı. Sadəcə Darian. Saçı çiyələk kimi qoxurdu. Yumşaq və düzgün dərisinin verdiyi coşğu və onun içinə girmə arzusu xaricində bütün düşüncələri özündən uzaqlaşdırmışdı Laszlo. Amma dirəndi və özünü tələsməməyə məcbur edərək onu yavaşca soyundurdu. Paltarının altından ortaya çıxan o mükəmməl vücud pəncərədən girən solğun işığın altında parlayırdı. Və sonra Darianın ayaqları bədəninə möhkəmcə dolandı, tək vücud halına gəldilər. Sevişmələri eyni zamanda həm mehriban, həm də sərt idi. Darian bəzən onun üzünü yumşaq öpücüklərlə öpür, bəzən də bıçaq kimi kəskin dırnaqlarla kürəyini cızırdı. Laszlo da özünü onun dərinliklərinə doğru itələyərkən həfifcə boynunu dişlədi. Darian inləyərək onun çiyinlərini qucaqladı, öncə yavaş, sonra sürətlənən templə onu özünə çəkib uzaqlaşdırırdı. Sonda Laszlonun o günə qədər dadmadığı qədər güclü bir həzz dalğası içində birlikdə orqazma çatdılar. Bir-birinin qolları arasında özlərindən keçmədən öncə bədənlərini bir-birinə sıxıb gecə boyunca iki dəfə daha sevişdilər. Səhər Laszlo jalüzlərin arasından sızan gün işığında Darianı seyr edərkən birdən o günə qədər dinləmiş olduğu zibil sevgi mahnılarının hamısının anlamını qavradı. Darian ağıllı idi. Gözəl idi. Sirli idi. Və Onun idi...

IV.    “Beş duyğumuzla qəbul edə bilmədiyimizə görə Tanrı sadəcə bir fikir olmalıdır. Tanrı yaddaşımızın bir parçası olmadığına görə, o zaman obrazlamamızdan irəli gəlir deməkdir. Və Tanrı bədənsəl olmadığına görə, Tanrı fikri də bir fakta söykənə bilməz. Elə isə, bir fikirlərarası əlaqədən qaynaqlanır deməkdir. Amma bütün fikirlər təcrübələrdən irəli gəlir və bizim Tanrıya inanacağımıza səbəb olacaq heç bir təcrübə yoxdur.” “O halda Tanrı yoxdur.”