Qanunlar haqqinda

Posted by Sximnik | Posted in | Posted on 4:50 AM

Dövrümüzdə tətbiq olunan qanunlar insanların rifahı üçün deyil, onların inkişafı, rahat yaşaması üçün deyil. Qanunlar sadəcə bizi idarə edən sistemin daha dayanıqlı və maneəsiz şəkildə inkişaf etməsini, insanların kölələşdirilməsini təmin etmək, onların hər addımını, hər hərəkətini, hər sözünü izləmək, hər cür fəaliyyətinə nəzarət etmək üçündür. Bu qanunlar cinayətlərin (cinayət sadəcə insan öldürmək deyil) qarşısını almaq üçün deyil, özü başlı başına bir cinayətdir. Insan “doğa”sına qarşı olan hər şey cinayətdir. Əgər bu qanunlar insan fəaliyyətinin düzgün inkişafını təminn etsəydi, insanların onlara əməl etməsi üçün xüsusi xidmət orqanlarının, xüsusi hazırlanmış güc strukturlarının yaradılmasına ehtiyac olmazdı. Əgər qanunlar insanların xeyrinə və insan “içgüdü”lərinə uyğun olsaydı, onları pozanlar üçün xüsusi cəza tədbrləri olmazdı, həbsxanalar olmazdı. əgər insanlar kütləvi olaraq qanunlardan şikayətlənirlərsə, onları pozmağa qarşı içlərində xüsusi, özlərində asılı olmayan istək varsa, demək ki, bu qanunlar insan təbiətinə, onun instinklərinə ziddir. Əgər qanunlar insanlara “dubinka” gücü ilə qəbul etdirilirsə, demək ki, cinayət – bu qanunlara qarşı gəlmək deyil. ən böyük cinayət bu qanunların özüdür. Onlar insanların fəaliyyətinə mane olur, insanların fərdi instinktlərinin normal həyata köçürülməsinin qarşısını alır, insanların şüuraltı düşüncələrinə təsir edir və sonda normal düşüncə qabiliyyətinə mənfi təsir göstərir... (!)
Hələ görək bu qanunların işləmə prinsipləri nədir? Onun işləməsinin cəmiyyətə, insana müsbət təsiri varmı? Cinayətkarı islah edə bilirmi? Bir cinayətkar həbsə girir. Min işgəncə görür. Sonra çıxır. Və növbətçidə görürük ki, Həsənov İlqarağa artıq 3cü dəfədir ki, eyni cinayətdən tutulub. əgər bir qanun-cəza sistemi cinayətkarı islah edə bilmirsə, eyni cinayətin başqa başqa şəxslər tərəfindən, hətta bir nəfər tərəfindən bir neçə dəfə təkrarlanmasına şərait yaradırsa... bu şəxslər bir dəfə cəza aldıqdan sonra belə.... bu qanun-cəza sistemi dayanıqsız və səhv bir sistemdir. Insanın təbii istəklərinə qarşı olan bir sistem əleyhinə bir gün hər kəs öz etiraz səsini qaldıracaq və belə sistemlər məhvə məhkumdur...