Draconian - A Rose For The Apocalypse (resenziya)
Posted by A-Psychosis | Posted in Metal (Resenziyalar) , Yaşam notları | Posted on 7:54 AM
"Tanrılarımızı dar ağacına çəkək, Yeni işıq hər birimizin üzərində parlayacaq..." (Draconian - The Drowning Age)
Möhtəşəm “Arcana Rain Fell” albomu ilə qrupa başlayan sevgim hər albomda özünü daha qabarıq şəkildə biruzə verdi, və bu hər qrupa nəsib olan şey deyil. Diskoqrafiyasını 5 bir-birindən gözəl albomun bəzədiyi Draconianın yeni “A Rose For The Apocalypse” relizi doom və ümumiyyətlə metal səhnəsində qrupun necə güclü kollektiv olduğunu bir daha sübut edir. Ağır doom və yumşaq gothic elementlərini məharətlə tarazlaşdıran qrup daha bir möhtəşəm işə imza atdı. Anders Jacobsson-un ağır nəfəsli qroulu və Lisa Johansson-un gözəl emosional təmiz vokalı həmişəki kimi yaxşı vəhdətdədir.
Albom qaranlıq atmosferli macərasına açılış treki “The Drowning Age” ilə başlayır, elə ilk andan həyəcanlandırıcı və ritmin yavaşca yüksəldiyi intro ilə 7 dəqiqə ərzində zəngin doom riffləri, və “Let’s bring our gods to the gallows, A new light will shine on us all” yadda qalıcı lirik cərgəsi ilə albomun içinə addımlamağa başlayırsan. Və albomun qalan hissəsi - heç biri zəif hesab edilməyəcək treklər – eyni keyfiyyətlə davam edir, sadəcə dinləməyə təhrik edici saunddur. Hər bir treki doom ağırlığında işləməməkləri isə fikrimcə ağıllıcadır, bu həm monotonluğu azaldır, həm albomu daha fərqli və rəngarəng edir, xüsusilə aqressiv treklər hesab etdiyim “End of the Rope” və “Deadlight”. Lisa-nın vokalı xüsusilə “Elysian Night” trekində gözəl və nəzərə çarpandır. Həmçinin Johan Ericson və Daniel Arvidsson-un yüksək qiymətləndirdiyim gitar işləri zəngin və “dadlı”-dır. İlk dinləmədə albom barəsində yalnız gözəl təsüratlar qaldı, başqa heç nə düşünmək mümkün deyil. İkinci dinləmədə qrupun saundunun digər çox sevdiyim melodeathdoom fin qrupu Rapture-ə necə bənzədiyini hiss etdim, həqiqətən də arada bir axıcı ritmik doom riffləri Rapture saundunu çox xatırladır, xüsusilə “End of the Rope” trekində.
Daha bir güclü Draconian relizi geridə qaldı, və bu il əksər doom metal səhnəsindəki albomları dinləmiş biri olaraq qətiyyətlə qeyd edə bilərəm ki, ilin hələ ki ən yaxşı doom metal albomudur. Albomun lider treklərindən biri “The Last Hour Ancient Sunlight”-a kipin çəkilməsi də sevindirici oldu. Ən çox xoşladığım “Wall of Sighs” treki ilə bağlanan albom yüksək həzz almağıma və metalı bir daha sevdiyimə səbəb olduğu üçün Draconiana sonsuz təşəkkürlər; əlbəttə bir gün konsertində iştirak etmək ümidi ilə :)
P.S 4:54-də başlayan riff partiyası albomun ən yadda qalan və gözəl hissəsidir...