Kitabdan Seçmələr: Adam Fawer - Ehtimalsız
Posted by A-Psychosis | Posted in Adam Fawer , Ehtimalsız , Kitablardan Seçmələr | Posted on 6:12 AM
"Bir sürükləyici roman yazarı kimi Adam Fawer-dən oxuduğum zaman zaman-ın necə zaman olmaqdan çıxıb işıq sürətinə qovuşduğunu mütləq qeyd etməliyəm, bir-birinin davamını gətirən sürprizdolu hadisələr və yazarın çox güclü təsvir bacarığı ilə ərsəyə gəlmiş maraqlı personajlara heyran olmamaq mümkün deyil. "Ehtimalsız" romanı bir macəradır, David Caine adlı şəxsin başından keçən hadisələr, xəstəliyinin əslində bir möcüzəvi qabiliyyət olduğunu anlamasından bəri onu gözləyən təhlükələr, tələbələrinə öyrətməyə çalışdığı həyati təcrübələr, daha nələr nələr. Əsərin ən önəmli tərəflərindən biri, oxuyucunun elmi qidalanmasıdır, elmi fakt və məlumatların geniş yer aldığı əsər biliklərinizi daha da artıracaq, və həyata baxışınıza mütləq təsir edəcəkdir. Bir oxuyucu kimi romandan çıxardığın əsas nəticə ehtimallara güvənilməməsidir, böyük və ya kiçik ehtimallar yoxdur, hər an hər şey ola bilər, önəmli olan An-ı yaşamaqdır.. Kitabı məsləhət etməyəcəm, dediklərim zatən məsləhətdir, oxumağınız yalnızca özünüzə bir mükafatdır!" - Alim Babayev
I. Gəlin, ehtimaldan bəhs edək. İlk öncə ehtimal dediyimizdə ən çox ağıla gələn lotoreyalardan bəhs edək. Amerikadakı ən böyük lotoreyanı, Powerball-I qazanabilmə ehtimalı 120.000.000-da 1-dir. Powerball-ın ilk oynanmağa başlandığı 1997-dən bəri 50-dən çox insan bu ehtimalı alt-üst edərək böyük mükafatı qazanmışdır. Onlar, bu planetdəki ən şanslı, ən zəngin insanlar arasındadır. Onlara nifrət edirəm, amma mövzumuz bu deyil.
İndi də aşağı ehtimallı bir hadisədən bəhs edək: Dünyaya nəhəng bir göy daşı (asteroid və s.) çarpacaq və hər şey yox olacaq. Geofiziklərə görə, hər il bunun baş vermə ehtimalı 1.000.000-da 1-dir. İnsanoğlunun atalarını da nəzərə alsaq, yeddi milyon ildən çox bir müddətdir ki, bu planetdə varlığımızı davam etdirdiyimizə görə, bir göy daşının bu günədək bizi məhv etmə ehtimalı 100-də 700-dür. Yəni anladığınız kimi, bir dəfə deyil, yeddi dəfə ölmüş olmalıydıq indiyədək. Amma çoxunuzun bildiyi kimi, insan sülaləsinin yazılı tarixindən bu tərəfə məhv olmadıq.
Nə deməyə çalışıram sizcə? Bir göy daşı bizi məhv edəcək deməyə çalışmıram. Aşağı ehtimallı hadisələr barədə bir şərh verməyə çalışıram. Demək istədiyim: Hər an hər şey ola bilər!
II. - Hansı daha böyükdür?
a) Gözlənilən dəyər (hedonizmdən həzzalma)
b) Gözlənilən dəyər (dini həyat)
Fərziyyə...
a) Ehtimal (ölümdən sonra həyat yox) * (hedonizmdən alınacaq həzz) + Ehtimal (ölümdən sonra həyat var) * (sonsuzadək lənətlənmək)
...və...
b) Ehtimal (ölümdən sonra həyat yox) * (dindən alınacaq həzz) + Ehtimal (ölümdən sonra həyat var) * (əbədi xoşbəxtlik)
Pascal-ın məntiqi çox bəsit idi: Əgər (a) (b)-dən böyükdürsə, o zaman hedonizmə davam edəcəkdi, amma əgər (a) (b)-dən kiçik isə, onda dindar olmalı idi.
“Amma dəyişgənlərin dəyərlərini bilmədən bu tənliyi necə həll etdi?” deyə sordu Michael.
“Bir neçə fərziyyə irəli sürdü, məsələn əbədi xoşbəxtliyin dəyəri pozitiv sonsuz idi, və əbədi lənətlənmənin dəyəri neqativ sonsuz.”
Əbədi xoşbəxtlik= +00
Əbədi lənətlənmə= -00
“Əgər bir tənlikdə sonsuz-u istifadə edirsinizsə, bu digər hər şeyə təsir edər, çünki çox böyük saydır, beləcə (a) hedonizmin gözlənilən dəyəri neqativ sonsuz, (b) dini həyatın gözlənilən dəyəri pozitiv sonsuz.”
(a) hedonizm= -00 və (b) din= +00
o zaman, (a)<(b)
“Bəs siz də dindar həyat tərzinə üstünlük verirsiniz?” deyə soruşdu Michael sinfi güldürərək.
“Əslində” dedi Caine gülümsəyərək “yox”.
“Niyə?”
“İki səbəbi var. Birincisi, mənə görə dünyəvi həzzləri dadaraq yaşanacaq həyat insan pozitiv sonsuzluq verir, amma dini bir həyat neqativ sonsuzluqdur.” Bir neçə tələbə bunu alqışladı. Caine əlini qaldırdı. “İkincisi, lotoreyanı niyə oynayıramsa, dünyəvi həzzləri də eyni səbəblə sevirəm. Bəzən insan ‘statistikanın, ehtimalların canı cəhənnəmə’ deməli və içindən gələni etməlidir.”
III. “Şahmat həyat kimidir, David” demişdi atası. “Hər fiqurun öz işləvi vardır. Bəziləri zəifdir, bəziləri isə güclü. Bəziləri oyunun əvvəlində işə yarayar, bəziləri isə sonunda. Amma qazanmaq üçün hamısını istifadə etmək məcburiyyətindəsən. Eynilə həyatda olduğu kimi şahmatda da hesab tutulmaz. On fiquru əldən verib, yenə qazana bilərsən oyunu. Şahmatın da gözəlliyi budur elə. İşlər hər an tərsinə dönə bilər. Qazanmaq üçün etməli olduğun tək şey taxtanın üzərindəki gözlənilən hücumları və anlamlarını yaxşı bilmək və qarşındakının nə edəcəyini müəyyən edə bilmək.”
“Yəni bu gələcəyi təxmin edə bilmək kimi bir şeymi?” deyə soruşdu Caine.
“Təxmin etmək imkansızdır. Amma indiki zamanı çox yaxşı bilirsənsə, gələcəyi idarə edə bilərsən.”
IV. Birdən ağlına uşaq ikən sirkə gedib filləri ilk gördüyü gün gəldi. Üç fil var idi və bu altı tonluq canlıların qaçmaması üçün ayaqlarına incə kəndir bağlamışdılar sadəcə. Nava çox təəccüblənmişdi. Atasından niyə heyvanların ipləri qırmadıqlarını soruşduğunu xatırlayırdı. “Bu, belə şərtlənmələri ilə əlaqəlidir” deyə izah etmişdi atası. “Fillər daha körpə ikən qalın dəmir zəncirlərlə bağlanırlar. O ilk aylar boyunca nə qədər çalışırlar çalışsınlar, bu zəncirləri qıra bilmədiklərini görürlər.
“Amma iplər zəncirlərdən daha incə” dedi Nava. “Fillər ipləri qıra bilər.”
“Bəli. Amma fillər zəncirləri qıramayacaqlarını öyrənənə qədər iplərdən istifadə olunmur. Bax Nava, əslində o filləri orada saxlayan iplər deyil, öz ağıllarındakı şərtlənmə. Elə buna görə də bilik önəmlidir. Əgər bir şey edə biləcəyini düşünərsənsə, əslində bu mümkün olmasa belə edə biləcəyini görərsən. Əgər edə bilməyəcəyini düşünərsənsə, onda böyük ehtimalla edə bilməzsən, çünki heç etməyə cəhd etmərsən belə.”
V. Qadın (Q) – Anlayırsan?
Caine (C) – Bəli. Gələcək onu görənədək formasızdır. Bir qəpiyi havaya atdığında iki ehtimal olunan gələcək vardır, birində yazı gəlir, digərində şəkil, amma sən görənədək ikisi də deyil.
Q – Bəli, buna görə də partiküllər eyni anda hər yerdədir, çünki eyni anda bütün gələcəklərdədirlər.
C – Amma bu Laplace Şeytanı ilə tərsdir. Laplace, İndi-də hər şeyi bilirsənsə, keçmişdəki və gələcəkdəki hər şeyi bilə bilərsən deyir. Laplace-ın nəzəriyyəsi doğru isə, o zaman gələcək öncədən formalaşmış, tək, amma gələcək tək deyil, sonsuz, müxtəlif.
Q – Laplace-ın nəzəriyyəsi tamamlanmamışdır. An-ın keçmişi üçün doğru amma, gələcəyini əhatə etmir.
C – Laplace Şeytanı keçmişdəki hər şeyi bilir, çünki keçmiş həmişə tək, çünki bütün parçaları irəliyə doğrudur. Amma Laplace Şeytanı tam olaraq gələcəyi bilə bilməz, çünki bir-dən çoxdur. Laplace Şeytanı bütün ehtimal olunan gələcəkləri bilir.
Q – Bəli, An-ın gələcəyi ehtimallara əsaslanır. İndi-lərin hamısını görə bildiyin üçün bütün ehtimal olunan gələcəkləri görə bilərsən, amma bunlar sonsuzdur. Gerçək düşüncənin bir əksidir, hər önə atılan addımda öz gerçəyini seçərsən, çünki hansı An-ı düşünmək istədiyini seçərsən.
C – Anlayıram. Buna görə də Hər An-ı gözlərim açıq ikən görə bilmirəm, çünki kainatı görərkən İndi-yə kilidlənirəm və ehtimal olunan gələcəkləri görə bilmirəm.
Q – Bəli.
C – Amma... Niyə mən? Niyə mən Şeytanam? Niyə başqası deyil?
Q – Bu da ehtimal ilə əlaqəlidir, eynilə “zınqrov əyrisi” kimi hər kəsdə şeytana aid güclər var əslində. Bəzilərinin gücləri zəif, bəzilərinki güclüdür. Çox az insanda heç yoxdur, buna görə də bir neçəsində hamısı olmalıdır. Elə bunlar da şeytanlardır.
C – Əgər hər kəsdə bir az qabiliyyət belə olsa, mən niyə Hər Anda başqalarını bilmirəm?
Q – Hər An onların şüuraltında var. Görə bilirlər, amma anlaya bilmirlər. Bəzən bir əks-səda var sadəcə.
C – Bir hadisəni sanki öncədən yaşamısan və ya görmüsən kimi hiss etməyə oxşarmı?
Q – Bəli. Bu, An-ın keçmişində görüldüyü förması ilə ehtimal olunan gələcəklərdən biri. İnsanlar gördükləri gələcəklərə gedən yolu hər zaman izləməzlər. Amma izlərlərsə və bu gerçəkləşərsə, bu şüurda birdən peyda olar, dejavu deyilən şey də budur.
C – Hər kəsin fərqli qabiliyyətləri var demək.
Q – Bəli, bəzilərininki zəif, bəzilərininki isə güclü. Zəif olanlar irəlini görməzlər. Ehtimal olunan gələcəkləri görə bilmədikləri üçün, hərəkətlərinin nəticələrini təxmin edə bilməzlər. Həyatboyu kor və axmaqmış kimi yaşayarlar. Qərarları təsadüfidir, qərarlarının nəticələri kimi. Güclü qabiliyyəti olanlar əksər şeyi görə bilərlər, amma gördükləri şüuraltındadır. Yaxşı fikirlərinə uzaqgörənlik, instinkt, intuisiya deyirlər. Əslində bu fikirlər Hər An-da gördükləri ehtimal olunan gələcəklərdən qaynaqlanır. Hər An-da hər kəs üçün mükəmməl və xoşbəxt gələcəklər də vardır. Güclü qabiliyyəti olanlar gələcəkdəki qərarlarına uyarlar və eyni şeyləri edərlər. Buna görə də qərarları doğrudur, onlara uğur gətirəcəyini bilərlər.
C – Mənim kimi başqaları varmı? Başqa Şeytanlar varmı?
Q – Bəli. An-da daha çox Şeytan vardır. Sokrat, Böyük İskəndər, Sezar, Moilere, Napolyon Bonapart, Herman van Helmholtz, Vincent Van Gogh, Alfred Nobel, hamısı bir Şeytan.
C – Saydıqlarının da mənim kimi epilepsis-i var idi.
Q – Bəli, Hər An-ı görən Şeytanlar An-da əzab çəkərlər.
C – An-da nə etməliyəm?
Q – Nə istəyirsənsə onu. Öz gələcəyini seçmə və beləliklə ətrafındakıların da gələcəyini dəyişdirmə ehtimalın var.
C – Amma hansı qərarların doğru olduğunu necə biləcəyəm? Hər şey birinə bağlı. Mənim üçün doğru olan qərarı seçib başqasına ziyan vura bilərəm.
Q – Qərarlar doğru və ya yanlış deyil. Qərarlar qərardır. Sən, sənə görə ən yaxşısını seç.
C – Amma necə seçim?
Q – O səndən asılıdır.