Pray for Azerbaijan!

Posted by A-Psychosis | Posted in | Posted on 4:35 AM

Yaponiyada zəlzələ, insanlar qırılır, "Pray for Japan" edirik, Somalidə aclıq, uşaqlar qırılır, "Pray for Somali" edirik, Azərbaycanda bədbəxtlik, insanlar insan ola bilməməkdən əziyyət çəkir. Birinci özümüzə pray etməliyik ki, cəmahət oyansın, üzünə su vursun, özünə gəlsin. Pray edək ki, insanlarımız haqqlarını tələb edə bilsin, tələb edə bilməsə də şəraitə uyğunlaşıb yaşaya bilsin, ortada qalmasın vallah.. Dua edək ki, cəmahət Qarabağ probleminin həll edilməsinə dəstəyini, hakimiyyətə etirazını facebookda bildirməklə bekarçılıq etməsin, xeyirli işlə məşğul olsun. Pray edək ki, anti nəyəsə hərəkatlarımız genişlənsin, məntiqəuyğun davransın, ya aksiya keçirilməsin, ya da hamı birlikdə ayağa qalxsın. Pray edək ki, türk filmlərinin dilimizə dublajı yığışdırılsın, telekanallarımız pəhriz vasitəsi olmaqdan çıxsın, "kaybedenler kulübü","qınayaq" zad çürüdülüb mazgimiz sevilməsin, həyatını qıztutmağa sərf edənlər qızdan bol olub əziyyət çəkməsin,
Üzeyirkimilər pullaşıb Bieber olsun, hostedlər mosted edib eminemed filan olsunlar, erməni bayrağına şəkildə işəyənlər artırıb ermənistanda vip tualetlərə baş çəkə bilsinlər, nəbilim böyüyək şişək, pray edək. O Somalidəkilərə pray etməklə bir şey qazanmırsız, özümüzə pray edək. Nəmazla məşğul olanlar daha çox etsin, tez qəbul olunar. Facebookda Pray for Azerbaijan filan yaradaq, vallah ciddi sözümdür, anti aynişan zad, çaynik zad xeyir vermir..