Dosta Məktublar 6: "Humanizm" doğru kəlimə deyil, amma ilk ağla gələndir..

Posted by A-Psychosis | Posted in | Posted on 8:39 AM

   Yaz sonunu sevirəm daha çox, yox, payızı, payızı bəlkə də, hər nəisə, havanın sərinliyi ruhumda alışan istiliyi soyudub üz cizgilərimdəki gərginliyi yumşaltdığı üçün bəlkə də, bir rahatlıq dalğası, bir yüngülləşdirici duyğu seli vurur içimə.. Dünyada o qədər çirkli kömür birlikdə alışıb yanır ki, kirli tüstünü sinəsinə çəkmiş insanların baxışları tündləşir, iyrənc qoxan nəfəsləri burnumu qıcıqlandırır, bir çuxura yığılmış pox kütləsindən saçılan iyrənclik qədər ürəkbulandırıcı nəfəsləri.. Yağışı sevirəm, qardan daha çox, yağış yuyub aşkar edərkən gizlənənləri, qar qaraları örtüb bəyaz göstərər gözlərə. Ah, lənətə gəlmiş yağışın doldurduğu dərələrin gölməçələri, ölüm yatır oralarda, sənin ölümün, baxmaq istəməzsən yığılmış su kütləsinə, bənzərin düşər üzərinə, səni qətlə yetirmiş əkizin, hər şey eynidir, fərqli olan baxışların, gözlərinə təcavüz etmişlər sanki.. Dünyada o qədər plastik kütlə birlikdə alışıb yanır ki, soyuduqdan sonra insanların üzünə maska olur, əllərinə qandal, düşüncələrinə cəllad. Zorlayırlar beynimi götsifətli insanlar. Ha, bir də insanlıq eşqindən dəm vurub xeyirxahlıq damğası ilə dolaşan insanlar var, ki onlara həmişə söyləmək istədim: “insanlıq səni seçər, sən insanlığı seçməzsən!”..
Nədir, bu lənətə gəlmiş insan sevgisi sizdə, nədir bu humanizm tamaşaları ?! poxdan betər bir şey. Gəlin, ayaqlarınızı aralayıb qarşımda oturun, gəlin, çəkinməyin, maskalarınızı bərkidib, yenicə oral seksdən çıxmış dodaqlarınızı aralayıb saxta kəlimələri düzün ağzınızdan tökülən spermlərlə, gəlin, “ay, bilirsən, insanlar aclıqdan ölür, canım yanır onlara, bir yardım edə bilsəm, dua edirəm.”, “ah, lənətə gəlmiş bu sistem, insanların başına oyun açır,yazıq insanlar.”, deyin sizi axmaq sözbazlar, qonşumuzda bir kişinin (düzü heç sevməzdim onu) evi yanıb kül olduğunda hər kəs “yazığım gəlir ona” deyib keçdi, ah, nə gözəl, sözləriniz qarnını doydurdu və ona başını soxacaq bir otaq verdi, biriniz yaxınlaşıb pul vermədiniz “bəlkə acdır, çörək alsın” düşünüb, niyə axı dərk edə bilmirsiniz heç kəsin əslində vecinizə olmadığını, insanın və cəmiyyətin eqoist bir varlıq olduğunu, öz mənfəətini yüksək güddüyünü, gəlin, əyriayaq stulumda oturub düz danışın, humanizmdən dəm vuracaqsınızsa yekə götünüzü qaldırıb sikdirib gedin. Düzdür, arada bəzi “ürəyiyumşaqlar” çıxır, yardımsevərlik edir, onların səmimiliyinə belə inanmadım, kim bilir nə mənfəət güdürlər, çatmaq istədikləri “xəyalmı,gerçəkmi” Cənnətmi, ya qaçmaq istədikləri “saxta,real” Cəhənnəmmi ?! Bir az güldükdən sonra önəmli bir şeyi də qeyd edim, insanilik deyilən şey var, ya da insanlıq, hər nəisə, heç bir mənfəətə əsaslanmayan, heç bir özünüzə xeyir güdmədən etdiyiniz bir şeydir (mən belə anlayıram sadəcə), ki belə şeyin absurd olduğunu bəlkə də çoxlarınızın paslı beyni dərk etməyəcək, ya da önmühakimə, və müqavimət markalı eynəklərinizi çıxardığınızda görə biləcəksiniz, əslində vecimə deyil nəyi necə qəbul etdiyiniz. Yardım etdiyinizdə belə bir mənfəət güdürsünüz ki, o da etdiyinizin içinizdə yaratdığı həzz duyğusudur. Vay, nə gözəl, o “Tutunamayanlar”ı oxumayıb, ağzından Olric düşməyən insanlar, bir baxın, Oğuz Atay da məni dəstəkləyirmiş: “Həyatdan mənfəət güdməmək həm Tanrının, həm də insanların gözündə bağışlanılmaz günahdır. İnkişaf edib yayılmaması üçün lazımi hər bir tədbir görüləcəkdir. Bütün tarix, iqtisad, bütün sosioloji, bütün psixoloji, qısaca bütün lojilər həyatın mənfəətə əsaslandığını göstərmək üçün çalışacaqlar, çalışmalıdırlar. “Mən mənfəətimə baxaram” deməlisiniz, heç kəsi tanımamalısınız, hələ həyatdan mənfəət güdməyənləri heç!”.. Əzizlərim, insan pul sevəndir, insan dediyiniz eqoistdir, humanizm tumanizmdir, absurddur, dəfələrlə yeyilib çeynənmiş ucuz fahişədən fərqi yoxdur bu sözün. Somali imiş, hara imiş, orada ölən uşaqları heç bir yerinizə də almırsınız, alsanız nə xeyri! Pul qazanmağa və yaşamağa çalışın, beynimi minməyin boş sözlərlə lütfən.
   Hörmətli Bukowski bir hekayəsində yazmışdır, sırf sizə çatdırmağım üçün: “İsa psixoloqların və eqoların ən böyüyü idi – Tanrının oğlu olduğunu iddia etdi. Pulgir insanları kilsədən qovdu. Etdiyi ən böyük xəta idi, siçdilər ağzına. Bir mıx qənaət etmək üçün ayaqlarını üst-üstə mıxladılar. Nə pox bir iş!”