Məktublar Pt.1
Posted by Sximnik | Posted in Deyinmələr | Posted on 12:28 PM
Məğlubların övladıyıq biz. Onlardan daha məğlubuq. Heç döyüşə başlamamış uduzmuşuq. Heç bir mübarizə görməmiş kürəyi yerə dəyənlərik. Rəqib nədi bilmədən, düşmən görmədən məğlub olanlarıq... Doğulmamış ölənlər... Ən güclülərik. Gücümüzü zəifliyimizdən alırıq. Məğlubiyyət bizə güc, inam verir. Sonda qalanların öndə gedənlətiyik. Həyatımız bitdikdən sonra atomar səviyyədə torpağa qarışıb kainatın bir parçasına çevrilib iyrənc varlığınızı davam etdirməyiniz üçün ilahi görəvimizə davam edəcəyik. Həyatımız bitdikdən sonra... heç başlamayan həyatımız. Biz öldükdən sonra var olanlarıq. Göyün üzərindəki qəhvəyi dənəciklər. Mövcudiyyətimizin məqsədi sadəcə bir gül yetişdirməkdir bizim. ən gözəl gülü bitirmək üçün yığışmışıq. ən gözəl gül ən çox peyin olan yerdə bitirmiş. O cındır tarixi qəhrəman, tarixin axışını dəyişəcək ağzı sperma qaynayan qəhbə... içəcək qanımızı, udacaq enerjimizi... 39cu gün gözünü açanlarıq biz. Dözmədi tanrı, 39cu gün üfürdü bizə ruhundan. Adəmdənn əvvəl yarananlarıq... çox gördü bizə sevinc yağışın. Sadəcə kədər qaldı bizə... 30gün yağıb bir ömür sürəcək kədər... ShamRain. Süni seçmədən artaqalanlarıq biz... hiperbolular... heç var olmayan divarlarla örtülü, darısqallıqda nəfəs alanlar. Divarlardan nəfəs alanlar... Ən güclülərik. Sizə məğlub olmuşuq. Sizin oğraş “insanlıq” anlayışıvıza. Ama özümüzə qalib gəlmişik. Qıra bilmədik divarlarınızı, amma dırnaqlarımızı itirdik, barmaqlarımızdan axıtdıq damla damla qanımızı. Siz böyüdükcə biz kiçildik, siz öldükcə biz dirildik. Siz nəfəs aldıqca biz öldük. Əzildik., sizin baxışlarınızın altında... yüdiz bitirdiz ömrümüzü... biz qorxmadıq mövcudiyyətimizin yox olmasından, sona çatmasından... heç başlamayacağından qorxduq... Bilmədik həzsiz, zövq almadan yaşamaq nədir. Heç dadını bilmədik. Və 39 günə yarandıq. Və var olmadıq heç, sadəcə mövcudiyyətimiz oldu... yaşlanmadıq... sonumuzu bildik ama unutduq. Cavabını bilə bilə suallara səhv cavab verdik. Kəsiləcəyimizi bilsək belə həyəcanlandıq nəticələri gözlərkən. Murdar olmadıq sizin kimi. Itirmədik səbəblərimizi, insanlığımızı... heç bataqlığa düşmədik... cığırla getdik... əl uzatdıq sizə, ama bizi də aparmaq istədiz... daşdan divrlar hördü qəlbimizə, qoyadız çırpınmağa... Hər şeyimizi aldız... kədəri və tanrının ilk bəxşişinni qoyduz arxanızca... bizim üçün... lazımsız bildiz... üz çevirdiz... lağ elədiz... halbuki var olma səbəbiniz idi. Wondering why the pain never deserted me The sadness sorrow bewilderness that never ends... My sweet nightmares end... And İ wake alone And İ hear the sound of raindrops On the windiwglass again... My sorrow rains And the sky falls down To the oceans... Hər zaman alçaldıq, qoparıldıq, tapdalandıq. Ama dayandıq, köksümüzü sipər etdik. Dözdük, səbr etməyi öyrəndik... döyüşməyi öyrəndik, özümüzə qarşı... Antonius olmadıq, Antisfen olduq, Napoleon olmadıq, Krişnamurti olduq, Attikus olduq, Ömər olduq.. Müxtəlif zamanlarda zühur etdik. Antisfenlə, Diyogenlə, Ömərlə, Şəmslə, Mövlana ilə.... Sartrla, Celine ilə... Bardamu, Raskolnikov, Mışkin, Marseult, Turqut, Hikmət, Sürəyya, Sadık ilə.... Sonra qruplar şəklində zühur etdik.... adımıza Anathema, Saturnus,ShamRain, Wolverine, Draconian, Katatonia, Agalloch, Dark the Suns, The Howling Void dedilər... Acedia dedilər...