"Chuck Palahniuk - Rant" romanından parça

Posted by A-Psychosis | Posted in , | Posted on 10:56 AM


Bodie Carlyle: O yaz əl arabasını itələyərək tarlalara getdik və qapıları döydük. Bunu soruşduq: ailənin oraya yığdığı qurumuş, köhnə boyaların paslı qutularını ala bilərikmi? Öğğk onlara bunun balaqurdların metal dəmir-dümür proyekti olduğunu söyləyir. İnsanlar işə yaramayan zibil qutulardan xilas olduqları üçün bu təklifi sevə-sevə qəbul edir. Bütün şənbə günü Öğğk-ün ailəsinin axırına özümüz üçün sərvət dəyərində qutular yığırıq.
   Öğğk qutulardan birinin metal qapağını açır, içərisində yataq otağı boyasından qalan çəhrayı rəng var, ancaq o da sonsuzadək o rəngdə qalmayacaq. Bütün ferma evlərinin keçmişdən qalma otaqlarındakı rəngləri unudun. Təəccübləndirici heç bir şey yoxdur. Sadəcə ölü rənglər. Ta ki Öğğk qutulardan birini açıncaya qədər. Qutunun içi qəzet kağızı ilə dolu idi, bəzisi yumaq edilmiş, digərləri sərt bir cismin ətrafına sarılmış. Yuvarlayaraq açırıq, qəzet yumaqlarının içində köhnə şüşələr var. Bənövşəyi, keçmiş zamandan qalma şüşələr. Kiçik üz kremi və dərman qabları.
   Qəzet bilyard masalarının üzərindəki parça kimi yumşaqdır, rəngi bəyaz deyil, sarıdır və cinayətləri sonlandırmaq üçün işlənmiş cinayətlər, dünyanın sonunu gətirəcək savaşlar və yoluxucu xəstəliklərlə doludur. Hər il qəzetlər dünyanın bir daha sonunun gəldiyini elan edir.
   Hartley Reed (Trackside Market-in sahibi): Uşaqlardan biri, yəni Jordan-ların qızı mənə bir ovuc qızıl pul gətirdi. Pulların çoxu 1897-ci ildə buraxılan Liberty (azadlıq) dolları idi. Sonradan qızın bir daşla nənəsinin taxma dişlərini dağıtdığını öyrəndim. Uşaqların “Diş Pərisi pulu” dediyi pul ilə dişləri mübadilə etmişdir. Pulları mənə gətirdi və Walker kataloqundan özəl sifarişlə gətirdiyim oyuncaq uşaq evini öz evinə apardı.
   Bodie Carlyle: Boya qutularının içi pullarla dolu idi. Qızıl və gümüş pullar, səs çıxarmasınlar deyə yaxşıca sarılmışdılar. Bəzilərinin üzərində ilanlarla döyüşən qartallar var idi, bəzi pullarda isə gözəl qızlar və yaşlı insanlar. Gözəl qızlar ayaq üstə və demək olar ki çılpaq idilər, amma yaşlı insanlar sadəcə qırışıqlıqlarını göstərirdilər.
   “Qızıl böcəklər” deyir Öğğk, millət nə hökümətə güvənir, nə də banklara. Nə qonşulara, nə də ailəyə. Nə də arvadlarına. Bu tənha, tək başına xəsislər gümüş və qızıl yığırlar və gizli həyatlarını paylaşmadıqları üçün də infarkt keçirirlər, deyir Öğğk. Əgər sahibi ölmüşsə və əgər həqiqi və qanuni varislər pullar özlərindən gizləniləcək qədər sevilməmişsə, buna oğurluq deyilməz, deyir Öğğk. Pirat xəzinələri kimi. O boya qutuları rəflərə yan-yana düzülmüş, axırlarda və tərk edilmiş maşınların baqajlarında paslanmışdır.
   Məgər Öğğk pulların buralarda olduğunu bilirmiş. Əlbəttə hər boya qutusunda pul yox idi, amma yetərincə var idi. Öğğk bu vəziyyəti uzun zaman idi ki bilirdi, amma belə bir zənginliyə sahib olma səbəblərimizi tapana qədər bu qutuları gətirməyə çalışmadı.
   Öğğk-ün pirat xəzinəmizi necə təmizləyəcəyini tapması inflyasiya demək idi. Beşinci sinifdəki ən yaxşı yoldaşlarımızdan başlayıb, ətrafımızdakı hər kəsdən bunu soruşduq: Kimin dişi laxlayır? Dişi düşən hər uşağa gümüş və ya qızıl pul verdik və ona bu pulu Diş Pərisinin gətirdiyini söyləməsini tənbehlədik. Beşinci sinifdəki uşaqların böyük qismi Diş Pərisinin yalan olduğunu bilir, ancaq ailələrimiz bizə bu qədərini danışmaz.
   Hər həftə sonu geridə qalmış pulun yığıldığı boya qutularını götürmək məqsədi ilə uzaqdakı fermalara, kimsəsiz fermalara getmək üçün o əl arabasını uzun yollar boyunca itələyirdik.
   Və hər həftə uşaqlara yeni düşən dişə qarşılıq bunu Pərinin gətirdiyini ailələrinə dedirtmək üçün daha çox gümüş və qızıl verirdik.
   Bunun yalan olduğunu çox ailə bilirdi, amma ana və atalar istər Diş Pərisi, istər Şaxta Baba və bunun kimi şeylər haqqında söylədikləri yalanları etiraf etmək istəmirdilər. Biz ailələrimizə yalan söyləyirdik, onlar da bizə söyləyirdi, amma heç kəs yalançı olduğunu etiraf etmədi.
   Beşinci sinifdəki heç kəs məni və ya Öğğk-ü satmadı, çünki hər kəs pul özündə qalsın istəyirdi və artığının gələcəyinə ümid edirdi.
   Diş Pərisi ilə əlaqədar eyni yalanda heç kəs tələyə düşmədi.
   Mənfəətləri əsas məsələ olduğunda, eyni yalanı söyləyən çox insan tapa bilərsiniz. Hər kəs eyni yalanı söylədi və o bir yalan deyildi, ən azından artıq yalan deyildi.
   Livia Rochelle (Müəllim): Beşinci sinifdə dərs dediyim il Elliot-ların qızı mənə qızıl pul gətirdi və bunu versəm neçə Tootsie şəkəri ala bilərəm deyə soruşdu. Kitabxanaya gedib qızıl pulu araşdırdıq və 1858-ci ildən qalma iki dollarlıq Liberty pulları olduğunu öyrəndik. Pulun ön üzündə bir qadın profili var idi: alnını, üzərində “Liberty” yazılan bir tac çevrələyirdi və profilin ətrafına on üç ədəd ulduz yerləşdirilmişdi.
   Baxdığımız kitaba görə o qızıl pulun dəyəri on beş min dollar idi.
   Pulu oğurlamış ola bilməsindən qorxduğum üçün pulu haradan tapdığını soruşdum. Elliot-ların qızı dişi düşdüyü üçün Diş Pərisinin bu pulu özünə verdiyini söylədi və barmağı ilə gülüncə ağzının kənarında formalaşan boşluğu göstərdi. Ön tərəflərə yaxın bir üyüdücü diş düşmüşdü, bir süddişi.
   Bodie Carlyle: Kiçik azıdişi beş dollar idi, həm də dollar qızıl idi. Süddişi, on. Böyük uşaqlar Pərinin verdiyi pulun yarısına dişlərini beşinci sinifdəki uşaqlara satırdı. Uşaqlar at dişlərinə, köpək dişlərinə, kökünə qədər istifadə edilmiş böyük inək dişlərinə keçməyə çalışdı. Hadisələr bu vəziyyətə gəlincə də Öğğk diş mütəxəssisi oldu. Güc tətbiq edərək qoparılmış diştacı ilə həqiqətən düşmüş diş arasında fərqi bilirdi. Öğğk-ün yataq otağında içində millətin dişləri olan sabun qutuları, ayaqqabı qutuları, bir də alış-veriş torbaları yığını var idi. Middleton Diş Muzeyi.
   Beşinci sinfi zəngin etdiyimiz üçün Öğğk-ün və mənim zənginliyimiz şübhə çəkmirdi. Bir uşağa verdiyimiz qızıl və ya gümüş pula qarşılıq özümüzə iki ədəd ayırırdıq. Öğğk pulunu xərcləmədiyi üçün məndəki pulun iki qatını yığmışdı.
   Komanda kapitanları əvəzində pul almağa başladığı üçün ən bərbad oyunçu belə atış edə bildi. Middleton məktəbindəki müəllimlər ən yaxşı qiyməti yazmaq üçün bir miqdar pul alırdı. Uşaq baxıcıları, yatmayıb gecə yarısı göstərilən filmləri izləmək istəyən uşaqlardan gümüşdən yüz dollarlıq rüşvət alırdı.
   Pul çatırsa hər kəsin hər kəsə hər şeyi sata bildiyini öyrəndik. Middleton iqtisadiyyatının tamamı inflyasiyaya düçar olmuşdu.
   Bütün uşaqlar zəngin idi. Bütün böyüklər də o pulu almaq üçün gülümsəyir, yaltaqlanır və özünü sevimli göstərirdi.
   Mary Cane Harvey (Müəllim): Uşaqlar bir qadının üzərinə albalı siropu tökülmüş dondurma satdığını söylədilər, bir qızıl dollara ikisini verirmiş. Uşaqların bu dondurmalardan iki dişdəm alıb qalanını yerə atdığını görməliydiniz.
   Əziyyət çəkmədən qazandığınız pulu çox asan xərcləyərsiniz.
   Brenda Jordan: Diş Pərisi hər ailəyə fərqli şəkildə gəldi. Elliot-lar düşən bir dişi kağıza büküb yatmadan öncə yastığın altına qoydular. Səhər açıldığında kağızın içində pul var idi. Perry-lər dişi yarısına qədər su ilə dolu bir qaba qoydular və bu qabı mətbəxdəki pəncərənin qarşısına qoydular. Səhər açıldığında dişin əvəzinə qabda pul var idi. Hendersen-lər Elliot-larla eyni ritualı istifadə etdilər. Mənim ailəm də dişi suya atıb şkafın üzərinə qoydu. Diş Pərisi içəri uça bilsin deyə ən yaxındakı pəncərəni araladıq.
   Bir gecə qabın içindəki dişimin əvəzinə 1897-ci il tarixli Morgan gümüş bir dollar qoydum. Amma səhər olduğunda qabın içində adi iyirmi beş sentlik qəpik var idi, üstəlik yeni tarixli idi. Anamla atamın yenisini qoyub həqiqisini götürdüklərini bilirdim, buna baxmayaraq özümü xoşbəxt kimi göstərdim.
   Cammy Eliot (uşaqlıq dostu): Böyüklər Diş Pərisi haqqında yalan söyləyirdi. Uşaqlar yalan söyləyirdi. Hər kəs hər kəsin yalan söylədiyini bilirdi. Böyüklər uşaqlardan oğurlayırdı, tacirlər də böyüklərdən. Acgözlülüklə yarışırdılar.
   Diş Pərisi hadisəsinin baş verdiyi yaz Middletondakı bir az etibarlı insanların bütün etibarını itirdiyinə and içə bilərəm. O zamandan bəri heç kəsin sözü keçmir. Hər kəs hər kəsin yalançı olduğunu bilir. Buna baxmayaraq millət gülümsəməyə və zərif davranmağa çalışır.

Melanxolia

Posted by A-Psychosis | Posted on 8:49 AM


 
Ara sıra səssizliyin digər  ucundan  yavaş yavaş yaxınlaşan və yaxınlaşdıqca artan maşın səsləri idi tənha gecənin sükutunu pozan. Səsi artdığı kimi də səssizliyin digər ucuna getdikcə azalırdı. Aylardı tərpənməyən o dirəklər idi onların yollarını işıqlandıran, öz zəif, insanın bir müddət baxdıqca gözlərini ağrıdan, qüssə yağdıran işıqlarıyla, saatlarla, heç fasiləsiz, davamlı...
Funeral-ın səsi o qədər zəif idi ki, ətrafdakı hər şeyin səsini eşitmək olurdu, hətta o səs təbiətin əhvalı ilə elə uyğunlaşmışdı ki, sanki hamısı bir simfoniyanın paralel notlarıymış kimi...
Artıq noyabr gəlmişdi. Hətta getməyə hazırlaşırdı... Amma bir yarpaq belə tərpənmirdi ağaclarda... Göyün üzü qarma qarışıq... Elə bil insanlar da hiss etmişdi bunu... Təbiətin ritminə uyğun rəqs edir, ona qarşı çıxmır, əksinə bir şey etmirdilər...
Gecə yarını keçmişdi...
Qəlbim sığmırdı 4divarın içinə... Bir dəyişiklik ümidilə çıxdım evdən... Amma görünür  ümidim elə ümid olaraq qalacaq...
Çünki təbiət də yorğun və yuxusuz idi... Gecə də bezmişdi sanki hər axşam düşməkdən... bezmişdi özündən əvvəl və sonra, hər gün qarşılaşdığı sərt, duyğusuz, gobud, boz günlərdən...
Gecə də susqun idi, küsgün idi... O da heç nə danışmaq istəmirdi, sadəcə susurdu. Qəlbini qırmışdı uzaqdan gələn yad buludlar onun... Qapanmış özünə, gözləyir, səbr edirdi, içini yeyə-yeyə...
Insanlar da hiss etmişdi bunu sanki... Hətta külək, buludlar, maşınlar, işıqlar belə...
Külək deməyə söz tapmır sadəcə sükut edirdi... küləyin dərk edə bilməyəcəyi qədər böyük idi gecənin dərdi... İşıqlardan kədər yağırdı, buludlarsa dolmuş amma ağlaya bilmirdi... İnsanlar da hər zamankı kimi deyildilər.. Hər zamankı tələskənlik yoxdu üzərlərində, bir yorğunluq, bezmişlik, durğunluq amma....
 əvvəlki izdihamı, səs küy, şənlik və gülüş səsləri yerini tək tük dayanmış 2-3 nəfərlik qruplara və onların pıçıltılarına vermişdi... Gülüşlərin yerinə sakit, təmkinli simalar gəlmişdi...
Maşınlar da çox səs salmaq istəmir, sakitcə ordan keçib özünü hiss elətdirmədən uzaqlaşmaq istəyirdilər, səssizcə...
Siqaretimin son tüstüsü qalxor havaya aramla. Düşüncələrim də, hislərim də qarma qarışıq, bir pişiyin oynadığı yumaq kimi, param parça, dolaşıq,zamanın belə düyünlərini aça bilmədiyi...
Heç kim anlamadı dərdini, bəlkə də heç kimə anlatmadı, belkə də kimsə anlamaq istəmədi bu sükutun səbəbini, bəlkə kiminsə anlaya biləcəyini düşünmədi, ya da anlada biləcəyini, sözlərə güvənmədi bəlkə də, kiminsə anlamağını  istəmədi ya da anlaya biləcəyini gözləmədi... Bəlkə də boğmaq istəmədi kimisə öz kədəriylə, heç kimə maraqlı olmayan, hər kəsin unutduğu o gerçəklərin səbəb olduğu...
Bir dəfə demişdi mənə... Demişdi ki ən ağır dərdin dərdini anlayanlanların olmamasıdı. Və əlavə eləmişdi, heç kimdə günah görmürəm, deyə, təmkinlə, uzaqlara baxaraq, sözlərə illər öncə güvənim itib, insanlar neynəsin... onda bildim onu anlamaqçun sözlərdən vaz keçmək gərəkdiyini...

                                                                                                             (Sximnik)

Çekilin Başımdan

Posted by Sximnik | Posted in | Posted on 1:54 PM

Çok uğraştınız beni kendinize benzetmek için Güzel sözlerin içine zehir kattınız. Dürüstlük diye oyunlar oynadınız hep bana Aşk adı altında canımı yakınız. Hangi tutku hangi sevgi örter gerçeği İhaneti entrikayı, yalan yeminleri Uzak durun yanaşmayın, Boş yere konuşmayın, Anlamaya çalışmayın, Çekilin başımdan offf… İnsanlık aşk dilenirken siz israf ettiniz, Boş vaatlerle oyalayıp çok beklettiniz, Sevgi yerine nefret tohumu ektiniz Histeri ve kıskançlıkla canıma yettiniz Hakkınız yok şimdi düşlerime karışmaya Siz kalın yerinizde çıkmayın karşıma Uzak durun yanaşmayın, Boş yere konuşmayın, Anlamaya çalışmayın Çekilin başımdan offf… Uzak dur, Yanaşma…

Məktublar Pt.1

Posted by Sximnik | Posted in | Posted on 12:28 PM

Məğlubların övladıyıq biz. Onlardan daha məğlubuq. Heç döyüşə başlamamış uduzmuşuq. Heç bir mübarizə görməmiş kürəyi yerə dəyənlərik. Rəqib nədi bilmədən, düşmən görmədən məğlub olanlarıq... Doğulmamış ölənlər... Ən güclülərik. Gücümüzü zəifliyimizdən alırıq. Məğlubiyyət bizə güc, inam verir. Sonda qalanların öndə gedənlətiyik. Həyatımız bitdikdən sonra atomar səviyyədə torpağa qarışıb kainatın bir parçasına çevrilib iyrənc varlığınızı davam etdirməyiniz üçün ilahi görəvimizə davam edəcəyik. Həyatımız bitdikdən sonra... heç başlamayan həyatımız. Biz öldükdən sonra var olanlarıq. Göyün üzərindəki qəhvəyi dənəciklər. Mövcudiyyətimizin məqsədi sadəcə bir gül yetişdirməkdir bizim. ən gözəl gülü bitirmək üçün yığışmışıq. ən gözəl gül ən çox peyin olan yerdə bitirmiş. O cındır tarixi qəhrəman, tarixin axışını dəyişəcək ağzı sperma qaynayan qəhbə... içəcək qanımızı, udacaq enerjimizi... 39cu gün gözünü açanlarıq biz. Dözmədi tanrı, 39cu gün üfürdü bizə ruhundan. Adəmdənn əvvəl yarananlarıq... çox gördü bizə sevinc yağışın. Sadəcə kədər qaldı bizə... 30gün yağıb bir ömür sürəcək kədər... ShamRain. Süni seçmədən artaqalanlarıq biz... hiperbolular... heç var olmayan divarlarla örtülü, darısqallıqda nəfəs alanlar. Divarlardan nəfəs alanlar... Ən güclülərik. Sizə məğlub olmuşuq. Sizin oğraş “insanlıq” anlayışıvıza. Ama özümüzə qalib gəlmişik. Qıra bilmədik divarlarınızı, amma dırnaqlarımızı itirdik, barmaqlarımızdan axıtdıq damla damla qanımızı. Siz böyüdükcə biz kiçildik, siz öldükcə biz dirildik. Siz nəfəs aldıqca biz öldük. Əzildik., sizin baxışlarınızın altında... yüdiz bitirdiz ömrümüzü... biz qorxmadıq mövcudiyyətimizin yox olmasından, sona çatmasından... heç başlamayacağından qorxduq... Bilmədik həzsiz, zövq almadan yaşamaq nədir. Heç dadını bilmədik. Və 39 günə yarandıq. Və var olmadıq heç, sadəcə mövcudiyyətimiz oldu... yaşlanmadıq... sonumuzu bildik ama unutduq. Cavabını bilə bilə suallara səhv cavab verdik. Kəsiləcəyimizi bilsək belə həyəcanlandıq nəticələri gözlərkən. Murdar olmadıq sizin kimi. Itirmədik səbəblərimizi, insanlığımızı... heç bataqlığa düşmədik... cığırla getdik... əl uzatdıq sizə, ama bizi də aparmaq istədiz... daşdan divrlar hördü qəlbimizə, qoyadız çırpınmağa... Hər şeyimizi aldız... kədəri və tanrının ilk bəxşişinni qoyduz arxanızca... bizim üçün... lazımsız bildiz... üz çevirdiz... lağ elədiz... halbuki var olma səbəbiniz idi. Wondering why the pain never deserted me The sadness sorrow bewilderness that never ends... My sweet nightmares end... And İ wake alone And İ hear the sound of raindrops On the windiwglass again... My sorrow rains And the sky falls down To the oceans... Hər zaman alçaldıq, qoparıldıq, tapdalandıq. Ama dayandıq, köksümüzü sipər etdik. Dözdük, səbr etməyi öyrəndik... döyüşməyi öyrəndik, özümüzə qarşı... Antonius olmadıq, Antisfen olduq, Napoleon olmadıq, Krişnamurti olduq, Attikus olduq, Ömər olduq.. Müxtəlif zamanlarda zühur etdik. Antisfenlə, Diyogenlə, Ömərlə, Şəmslə, Mövlana ilə.... Sartrla, Celine ilə... Bardamu, Raskolnikov, Mışkin, Marseult, Turqut, Hikmət, Sürəyya, Sadık ilə.... Sonra qruplar şəklində zühur etdik.... adımıza Anathema, Saturnus,ShamRain, Wolverine, Draconian, Katatonia, Agalloch, Dark the Suns, The Howling Void dedilər... Acedia dedilər...

Lənət Olsun Sənə...

Posted by Sximnik | Posted in | Posted on 9:07 AM

Hamsı sənə görə oldu... tək səbəbkarı sənsən... sən alçaq... insani hissləri heç dərk eləməyən qəlbsiz məxluq.... sən oğraşın ucbatınnan oldu... bu nə əzabdı bu nə vəziyyətdi düşmüşəm. sən bivecə görə mən artıq `sevdiyim`ə nifrət eliyirəm... nə qədər olar axı? Nə taxtabaş adamsan sən... ay it balası sənə 100 dəfə demişəm ki bu telefonuva kontur al daaa... konturun yoxdu bu nə danışmaq sevgisidi baş qaldırıb səndə? Yoxdu konturun sox içivə deyəcəklərivi məni görəndə dinən də blət... bəsdi dəə... artıq sinir krizləri keçirirəm.. artıq sənin atdığın bu bakcell`in belə xəbəri olmayan vızıvlardan təngə gəldim artıq. Onların əlindən artıq hər dəfə ən sevmədiyim insan zəng edəndə belə ehvalım çox yaxşı olsun, ona gözəl əhvalla cavab verim deyə zəngə qoyduğum ən `sevdiyim` track`ə də nifrət edirəm. nə fikirləşirdim nə oldu... sənə görə.. sənə görə... düşünürdüm ki hər zəng gələndə şad olum ki yenə ən sevdiyim səs gəlir... ama indi o qədər sinirlərimə toxunub ki zəng gələndə lap `mozalan`ın gününə düşürəm. ən sevdiyim insan belə zəng edəndə ona ağır bir şəkildə yaşıma görə çooooxxx `incə` olan səsimlə `bağıraraq` `həəəə.. :@` deməkdən başqa çarəm qalmır... lənət olsun sənə...

İstəklərim sonsuzdur... Ama "sən" yetərsən...

Posted by Sximnik | Posted in | Posted on 1:01 PM

Yemək istiyirəm. mədəm partdıyana kimi... boğazımda tıxansın qalsın nefes ala bilmiyim... Qaçmaq istiyirəm.. miolin liflərindən nitrit turşusu ifraz olunub əzələ hüceyrələrinin qılaflarını dağıdanacan... damarda qanın sürəti artsın, ürək döyüntülərim tavana vursun, tab gətirmiyib partlasın... Piylənmək istiyirəm, ama nə qədər? bilmirəm.. hər bir qram piy hüceyrəsinə 40km kapilyar lazım imiş. Hesablamaq lazımdı.. o qədər piylənməliyəm ki ürək çatdırmıyıb diyansın. Qusmaq istiyirəm, o andaca mədə təzyiqi yetməsin, nəfəs borusunun klapanlarının bağlandığı vaxtda nə yuxarı qalxa bilsin nə geri qayıda bilsin.. Nəfəs almaq istiyirəm, elə dərindən ki alveollarım cırıq cırıq olsun o təzyiqdən.. Okeanın dibində canlıları araşdırmaq istiyirəm, araşdıran yerdə oksigen balonu deşilsin ya da nəbilim, şlanq cırılsın.. Kosmosa uçmaq istiyirəm, gəminin pəncərələrinin UNO məhlə uşaqları tərəfindən atılmış daş nəticəsində qırılması ümidilə.. Tasmaniyaya getmək istiyirəm, Qrant`ı xilas etməyə. O oğraş Ayrton`un gəmini batırması niyətiylə.. Üsyan etmək istiyirəm, doğrasınlar tikə tikə. Bidət eləmək istiyirəm soysunlar dərimi.. əllərimi kəssinlər, dırmaqlarımı çıxarsınlar, lezvalasınlar hər yerimi... dərimi yandırsınlar, sümüklərimi sındırsınlar.. tam xod`da Brutal Death`e qulaq asmaq istiyirəm kar olsun qulaqlarım. Bütün gün kompüterin qabağında oturum görməsin gözlərim.. bədənimi yara bassın istiyirəm, ciyərlərimə vərəm çöksün... istiyirəm fotosintez dayansın, çox demirəm bir sutkalıq... bütün beyin kapilyarlarımın partlayacağı qədər vaxt istiyirəm sadəcə. Oksigen çatışmazlığından hər hüceyrəmin gəbərib gedəcəyi qədər... xaricə getmək istiyirəm.. bəlkə bir təyyarə qəzasına düçdüm... yatmaq istiyirəm bir də oyanmamaq beklentisiyle... qazı yanıq qoymaq istiyirəm, düzdü bizdə o bəxt yoxdu ama yenə də birdən partdıyar fikriylə.. səni istiyirəm... tərəzinin bir tərəfində bu “istəklərim” bir tərəfində də sən...

Dosta Məktublar 6: "Humanizm" doğru kəlimə deyil, amma ilk ağla gələndir..

Posted by A-Psychosis | Posted in | Posted on 8:39 AM

   Yaz sonunu sevirəm daha çox, yox, payızı, payızı bəlkə də, hər nəisə, havanın sərinliyi ruhumda alışan istiliyi soyudub üz cizgilərimdəki gərginliyi yumşaltdığı üçün bəlkə də, bir rahatlıq dalğası, bir yüngülləşdirici duyğu seli vurur içimə.. Dünyada o qədər çirkli kömür birlikdə alışıb yanır ki, kirli tüstünü sinəsinə çəkmiş insanların baxışları tündləşir, iyrənc qoxan nəfəsləri burnumu qıcıqlandırır, bir çuxura yığılmış pox kütləsindən saçılan iyrənclik qədər ürəkbulandırıcı nəfəsləri.. Yağışı sevirəm, qardan daha çox, yağış yuyub aşkar edərkən gizlənənləri, qar qaraları örtüb bəyaz göstərər gözlərə. Ah, lənətə gəlmiş yağışın doldurduğu dərələrin gölməçələri, ölüm yatır oralarda, sənin ölümün, baxmaq istəməzsən yığılmış su kütləsinə, bənzərin düşər üzərinə, səni qətlə yetirmiş əkizin, hər şey eynidir, fərqli olan baxışların, gözlərinə təcavüz etmişlər sanki.. Dünyada o qədər plastik kütlə birlikdə alışıb yanır ki, soyuduqdan sonra insanların üzünə maska olur, əllərinə qandal, düşüncələrinə cəllad. Zorlayırlar beynimi götsifətli insanlar. Ha, bir də insanlıq eşqindən dəm vurub xeyirxahlıq damğası ilə dolaşan insanlar var, ki onlara həmişə söyləmək istədim: “insanlıq səni seçər, sən insanlığı seçməzsən!”..