Hərənin xiyarı özünə!
Posted by A-Psychosis | Posted in Deyinmələr | Posted on 6:54 AM
Qırışlı sifəti heç dəyişməyən bədbin, ətalətli Bakı iyun günəşinin altında süst düşmüşdü. Qızmar günəş şəhərinbaşına od yağdırır, ayaq altında əriyən asfaltdan qalxan isti adamın sifətini yandırırdı. Damlarda qaynayan qırıniyinə qarışan turşumuş tər qoxusu, maşınların tüstüsü şəhərin divarlarına, daşa-torpağa hopmuşdu. Qara tumanlıqara-qura oğlan uşaqları şəhərin müxtəlif yerlərində quraşdırılan fontanlarda çimir, polislər onları qovsa da, beşdəqiqə sonra qayıdıb yenə suya dalırdılar. Dənizkənarı parkda səs-küydən ağız deyəni qulaq eşitmir, qara eynəkli,qara şalvarlı, ağ köynəkli əyalət oğlanları üzlərində makiyajları əriyən qızlara sataşır, hərdən bir onlara barmaq daatırdılar. Bu əyalət oğlanlarının bacıları bir qayda olaraq Bakının “Mars”, “Piraniya”, “Koral” kimi barlarındafahişəlik etdiyindən, onların küçədə gördükləri qızlara sataşaraq, talelərindən intiqam almaqdan başqa çarələriqalmayıb. Dönərin ürəkbulandıran qoxusu dönərxanaların yanından keçənlərin paltarlarına, bədənlərinə yapışır, təriyinə qarışırdı. Şəhərdə aparılan tikinti və bərpa işlərində çalışan qurşağa qədər soyunmuş fəhlələrin qaldırdığı tozbuludu yoldan keçənlərin ciyərlərinə hopur, astma xəstəsi olanları öskürək pristupuna tuturdu. Yolların və səkilərinasfalt örtüyü, daş döşəməsi üç-dörd aydan bir dəyişdirildiyindən, piyadalar dizlərinə qədər palçığa, quma batır,maşınlar isə havadakı tozun bir an olsun yerə düşməsinə imkan vermirdilər. İlıq pivə içmək üçün kilkə qoxuyan,kondisionersiz kafelərə daraşan adamlar, bir müddət sonra oradan ucuz pivə və balıq iyi verə-verə çıxıb, şəhərincanına düşürdülər. Tinlərdə əyinlərinə naxışlı qara köynəklər geymiş, boyunlarının ardına yaylıqlar qoymuş əlitəsbehli, bığlı şəhər qədeşləri istidən ləhləyir, hər on beş-iyirmi metrdən bir qızmar asfaltın üstündə bağdaş quran85qara çarşablı dilənçilər əsəblərə toxunan cır səslərilə “Həzrət Abbas” və “İmam Hüseyn” adına pul dilənirdilər.Ağzına qədər dolmuş zibil qutularının üstündə vız vuran yaşıl, qara milçəklər, cücülər və eşşək arıları, zibillikdəruzisini axtaran it-pişik, əsasən də rus millətinə mənsub “bomj”ların üz-gözünə yapışırdılar. Bomjlar onları əlləriilə üzlərindən qovsalar da, bir-iki saniyə sonra həşəratlar təzədən, bu dəfə daha qətiyyətlə zavallılara hücumçəkirdilər. Musiqiyə yüksək səs verib dar küçələrdə şütüyən avtomobillər, siqnalları ilə şəhəri başlarınagötürmüşdülər. Sfetoforların yarısının işləmədiyi paytaxt Bakıda yaranan tıxaclarda ilişib qalan avtobus və mikroavtobusların təpədən dırnağa qədər suyun içində olan, bir-birlərinin tər və müxtəlif ifraz qoxularını nəfəslərinəçəkən bakılılar və şəhərin qonaqları, siqaret çəkən sürücüyə lənətlər yağdırır, başlarını pəncərələrdən çıxardıbsərinləməyə çalışır, qoltuqlarının altı qırxılmamış arvadlar xırda bir bəhanə tapıb davaya, söyüşə başlayırdılar.Sürücülər də boş dayanmır, yanlarından ötüb keçən rəqiblərini ana-bacı söyüşləri ilə söyür, onların qız-gəlinləriniyada salırdılar. İki-üç nəfərlik qruplarla işləyən cibgirlər də basabasdan istifadə edib, camaatın ciblərindən mobiltelefon və pulları çırpışdırırdılar. Sovet dövründə əkilən, müstəqillik dövründə isə ildə minlərlə kəsilən ağaclardanyoxsun qalan Bakının əhalisi min bir müsibətlə kölgə tapıb, sərinləməyə çalışır, bəzi adamlar ağcaqanadlı, toztorpaqlıbağlara üz tutur, əhalinin bir qismi də Şixov çimərliyində üstündə on santimetrlik neft təbəqəsi olan,kanalizasiya sularının axıdıldığı Xəzərə kəllə vururdular. Çimərlikdə xələtlə suya girən abırlı-ismətli xanımlara,sahildə satılan isti qarğıdalıları yeyib sapını, qarpızları gəmirib qabıqlarını qumun üstünə tullayaraq milçəklərəziyafət verən adamlara da rast gəlmək olurdu. (Əli Əkbər, Artuş və Zaur)
Albom qaranlıq atmosferli macərasına açılış treki “The Drowning Age” ilə başlayır, elə ilk andan həyəcanlandırıcı və ritmin yavaşca yüksəldiyi intro ilə 7 dəqiqə ərzində zəngin doom riffləri, və “Let’s bring our gods to the gallows, A new light will shine on us all” yadda qalıcı lirik cərgəsi ilə albomun içinə addımlamağa başlayırsan. Və albomun qalan hissəsi - heç biri zəif hesab edilməyəcək treklər – eyni keyfiyyətlə davam edir, sadəcə dinləməyə təhrik edici saunddur. Hər bir treki doom ağırlığında işləməməkləri isə fikrimcə ağıllıcadır, bu həm monotonluğu azaldır, həm albomu daha fərqli və rəngarəng edir, xüsusilə aqressiv treklər hesab etdiyim “End of the Rope” və “Deadlight”. Lisa-nın vokalı xüsusilə “Elysian Night” trekində gözəl və nəzərə çarpandır. Həmçinin Johan Ericson və Daniel Arvidsson-un yüksək qiymətləndirdiyim gitar işləri zəngin və “dadlı”-dır. İlk dinləmədə albom barəsində yalnız gözəl təsüratlar qaldı, başqa heç nə düşünmək mümkün deyil. İkinci dinləmədə qrupun saundunun digər çox sevdiyim melodeathdoom fin qrupu Rapture-ə necə bənzədiyini hiss etdim, həqiqətən də arada bir axıcı ritmik doom riffləri Rapture saundunu çox xatırladır, xüsusilə “End of the Rope” trekində.
Dövrümüzdə tətbiq olunan qanunlar insanların rifahı üçün deyil, onların inkişafı, rahat yaşaması üçün deyil. Qanunlar sadəcə bizi idarə edən sistemin daha dayanıqlı və maneəsiz şəkildə inkişaf etməsini, insanların kölələşdirilməsini təmin etmək, onların hər addımını, hər hərəkətini, hər sözünü izləmək, hər cür fəaliyyətinə nəzarət etmək üçündür. Bu qanunlar cinayətlərin (cinayət sadəcə insan öldürmək deyil) qarşısını almaq üçün deyil, özü başlı başına bir cinayətdir. Insan “doğa”sına qarşı olan hər şey cinayətdir. Əgər bu qanunlar insan fəaliyyətinin düzgün inkişafını təminn etsəydi, insanların onlara əməl etməsi üçün xüsusi xidmət orqanlarının, xüsusi hazırlanmış güc strukturlarının yaradılmasına ehtiyac olmazdı. Əgər qanunlar insanların xeyrinə və insan “içgüdü”lərinə uyğun olsaydı, onları pozanlar üçün xüsusi cəza tədbrləri olmazdı, həbsxanalar olmazdı. əgər insanlar kütləvi olaraq qanunlardan şikayətlənirlərsə, onları pozmağa qarşı içlərində xüsusi, özlərində asılı olmayan istək varsa, demək ki, bu qanunlar insan təbiətinə, onun instinklərinə ziddir. Əgər qanunlar insanlara “dubinka” gücü ilə qəbul etdirilirsə, demək ki, cinayət – bu qanunlara qarşı gəlmək deyil. ən böyük cinayət bu qanunların özüdür. Onlar insanların fəaliyyətinə mane olur, insanların fərdi instinktlərinin normal həyata köçürülməsinin qarşısını alır, insanların şüuraltı düşüncələrinə təsir edir və sonda normal düşüncə qabiliyyətinə mənfi təsir göstərir... (!)
Əvvəli hər zamankı söhbətlər “niyə inanmırsan flan?”
İddia: Məkkə 21°25’ şimal enliyində yerləşir ve Məkkə sözü Quran’da 2125ci ayədə keçir. Bu möcüzədi..
Dimıli bələ.... Məkkə sözü ilk dəfə olaraq Quran’da Ali Imran surəsinin 96cı ayəsində keçir. Bu sure 3cü surədir və bu surədən qabaq 2 sure var – fatiha surəsi 7 ayə, bəqərə suresi 286 ayə. Sonra isə Ali Imran surəsi gəlir ki bu da 200 ayədir. Üst Üste toplasaq hələ 96cı olduğun yox 200cü ayə olduğun götürsek görürük ki ayə 2125ci ayə deyil. Bu belə.....
Amma belə bir maraqlı fakt ortaya çıxdı ki, hər zamankı ucundan tutma sohbət “fi sabiti” ortaliğa girdi. Diməli iddiaya göre həmin ayə (yəni Məkkə sözünün keçdiyi Ali imran surəsinin 96cı ayəsi) 47 hərfdən ibarətdir. Hemin 47 hərfi də fi sabitinə yəni 1,618e böləndə eliyir 29 hərf. Ayənin əvvəlindən Məkkə sözünə qədər 29 hərf var imiş (hətda “Mekke” deyil ayədə “Bəkkə” olaraq keçir). Ayə belədir “Innə əvvələ beytin vudia li’nnəsi li’lləzi bibəkkətən muberakən va hudən lil’aləmin”. Ayədə tam olaraq 47deyil 42 hərf var. Ereb dilinde oxunmayan herfler var. Bunlar dayaq hərfləri ve her hansı bir saitin uzanması yəni uzun oxunması üçün istifadə edilən hərflərdir. Yəni onlar yazılsalar da səs kimi oxunmurlar. Hətda oxunmayan bu hərfləri saydiğima baxmayaraq ayede 42 herf çixdi. Avtomatik bunu fi sabitinə böləndə də “serf eliyen” reqem alinmir tebii. Amma ereb dilinde “şəddə” adlı bir işarə var ki bu işarə bir hərfin iki dəfə oxunması üçündü. Ayədə gördüyünüz “evvelen” “lillezi” sözlərindəki kimi. Bu zaman hərf bir dənə yazılır ve bu işarə olduğu üçün 2 səs kimi oxunur. Sadəcə bu halda hərflərin sayı 47 olur. Amma day bu cür hesablamağa bir neçe pritenziyalarım olacaq. Eger bele möcüzədən söhbət gedirsə niyə görə bizim kimi insanlarin (hələ alim yox professor yox ərəb dilini bərbad səviyyədə bilən) qarşi arqumentlər qoya biləcəyi boşluqlar var? Quranda ümümiyyətlə hərəkə yoxdu. Yəni ayə əslində 42 samitin yanaşı düzülməsilə yaranıb. Əgər oxunuşa əsasən hesablanırsa o zaman mən də oxunmayan hərfləri saymıram. Haqqim var ya yox? (!) əlavə olaraq oxunuşa görədirsə mən saitləri də saymaq istiyirəm. Saitler hərf deyil bəyəm? yəni bu qədər “əmma”lar ola ola ayədən istifadə eliyib “kıçlarınız”dan möcüzə .uydurmağa ehtiyac yoxdur. Allahın kitabından öz axmaq əməllərinizdə istifadə eliyib onun hörmətini samağa isə qəti ehtiyac yoxdur.
Dərdim heç kimnən deyil. Sadəcə olaraq dini bu qədər cılızlaşdırmayaq. Sizin dininiz sizə başqasının dini də özünə. Cılızlaşmayaq. Bir şeyi qəbul eliyirsizsə inanırsızsa suya düşmüşlər kimi çöpdən yapişmıyın. Tam inanın, bütün qəlbinizlə.... möcüzələrlə yox. Qıçıvızdan şey uydurmuyun. Elmi kəşf olan kimi “üstüne atlamayın hemen”. Fi sabiti yox idi heç səsiviz çıxmırdı, DNT yox idi, insanlar aya uçmamışdılar, zırt yox idi, pirt yox idi oturmuşduz yerivizdə (bu olmusuz daaa). Elm bi şey kəşf eliyən kimi düşürsüz üstünə bu Quranda var idi deyə.... cilizlasmayaq.... adam olaq...
Parkda yenə “solğun mavi”də oturdu O.”Sirdaş”ın yarpaqlarından saralmış “solğun mavi”,əyriayaq dostu köhnə skamyada..Yorğun gözləri ilə “sirdaş”a baxdı,yaxın dostu qoca ağaca,”dostum,qocalırsan,saçların tökülür,üzün də xeyli qırışmış” dedi içindən,-“havamız kirli,nəfəs almaq çətin,bir az oksigenindən ver dostum..”,gözlərini yumdu və susdu bir müddət əlində toxunuş hiss edənədək,tərpənmədi,qulaqlarında “yardım edin,xilas edin” səsləri cingildədi,göz qapaqlarını ağırca araladı,ətrafında dağıntılar,qarşısında bir ayağı qopmuş uşaq və palçıqlı ayaqqabılarının batdığı qan gölməçəsi,dondu hissləri,ətrafına ağır qaranlıq çökdü,günəş tutulması kimi bir şey,sözlərlə ifadə edə bilmədiyi qaranlıq..Bir anlıq dərin ağrı titrətdi içini,”solğun mavi”yə yığışıb qaldı eləcə,solğun səmanı və xəstə axan suları xatırladan dostuna sığındı yenə..Oyandığında piano qarşısında idi zəif gövdəsi,qulaq batırıcı alqışlar ucalırdı,çirk örtmüş üzlərini seçə bilmədiyi yaşıl geyimli camaat ətrafında..Bir pianoya baxdı,bir ona “qəribə sevgi” ilə baxan gözlərə.Romandan bir hissə xatırladı,-“Piano çala bilməyi çox istərdim,sözlərlə ifadə etməyi bacarmadığım duyğularımı,ağrılarımı dillərinə tökərdim.Bəzən şiddətli,bəzən yavaş toxunardım onlara.Bəlkə də necə incə özəllikləri vardır o toxunuşların.Sözləri daha öncə elə pis istifadə etdim ki,korlayar deyə qorxdum hisslərimə toxunarsa.Səslərin başqa cür toxunulmazlığı var..”,-keçdi ağlından.Nəticəsini bilməsə də dillərə toxunmaq eşqi oyandı içində birdən,qərarsızcasına ilk toxunuşu etdi həmişəki kimi,elə o anda yaşıl camaat tərəfdə partlayış..Dizləri üzərinə çökdü O,yenə məhv etmişdi qərarsız addımı ilə ətrafını,o “yaşılları”,dəyərli yaşılları..Başını qaldırdığında əzabları ilə qarşılaşmalı oldu,güzgülü otaqda idi bu dəfə,özünü məhv edirdi hər baxışı,hər dəfə varlığındakı yoxluğunu seyr edirdi,gözəl şeylərin yoxluğunu,çirkinləşirdi hər baxdığında o parıltılı güzgülərə,hüceyrələri parçalanıb yox olurdu otaqda,soyuq sakitlikdə üşüdüyünü hiss edirdi,üzərinə tökülən “yaşıllar”ın qoxusu ürəyini bulandırırdı..Birdən ətrafındakı hər şey tündlüyünü itirərək şəffaflaşdı,yerini sonsuz boşluq aldı,içini boş,həcmsiz müstəvidən fərqsiz hiss eməyə başladı.Uzaqdakı tabut və ona doğru qaçan biri çəkdi diqqətini...O tabutun önündə idi,özünü itirmişdi,baxışları heç bu qədər canlı olmamışdı,zəif bədəni heç bu qədər əsməmişdi.Tabutda O uzanmışdı,ölmüşdü(?!),üzərində müxtəlif cür silahlar,qanlı bayraqlar və ayıra bilmədiyi üzü naxışlı dini kitablar səpələnmişdi.Gözləri dolmuşdu,çarəsiz idi peşmanlıqları önündə,hər hüceyrəsinin ağrısını,sancısını hiss edirdi,hər bir hüceyrəsi ona hökm etmək istəyirdi.Nəhayət O,susqun vəziyyətini pozmağa cəhd etdi,quru dodaqlarının arasından pıçıldadı: “Mən O idim,mən deyə bilmədiyim O,...İnsanlıq!”
Vərəmdən ölmək istəyirəm.İppolit kimi... gəbərib getmək...əsrlərlə hər kəsə əziyyət verən, narahat edən, ətrafına zərərdən başqa heç nə verməyən, ayaqları mikrob dolu o murdar milçək kimi.... ciyərlərimdən başlayıb axırıma çıxsın, yesin bitirsin hüceyrələrimi, bir-bir, seçiciliklə, dənə-dənə, hər birini ayrı-yrı.... bu oğraş cəmiyyətin beynimi, beyin hüceyrələrimi bircə-bircə yediyi, həzm etdiyi kimi.... xəyallarımı, ümidlərimi, sevgimi, həyəcanımı günbəgün, hər saat, aniyə-saniyə damla-damla, qətrə-qətrə süzüb qurutduğu kimi.... hər gün Onun yaxınlaşdığını hiss etmək, yolunu gözləmək.... hər keçən saat, dəqiqə, saniyə yaxınlığını, təsirini hiss etmək... hər keçən an onun böyüklüyü, əzəməti, ihtişamı qarşısında belimin get-gedə, yavaş-yavaş bükülməsi, gecələr onun gücü qarşısında dizlərimin bükülməyi, onun qarşısında – gücünün, qorxusunun, təsirinin qarşısında diz çökmək, qiptə etmək, soyuq tərlər axıtmaq... hüceyrələrimin qılaflarını qıra-qıra içini yeyib axırıncı hüceyrəmə çatdığı anda ruhumun son bəlğəmimlə bədənimdəın ayrılması.... uzaqlara lap uzaqlara... buraların, insanların olmadığı yerlərə...
© All Rights Reserved. Deyingənlərin blog'u
